Təhsil Nazirliyi VACİB məlumat yaydı - SMS vasitəsilə izləyə...
Yaz sessiyasında təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin statistikası açıqlanıb.
Xəzərxəbər xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, indiyədək 2221 müraciət daxil olub. Müraciətlərdən 68-i imtina alıb, 641 müraciət banka göndərilib. 175 nəfərə isə yaz semestri üzrə təhsil tələbə krediti verilib.
Xatırladaq ki, 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna fevralın 16-dan başlanılıb. Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, "ASAN İmza" və "E-imza" ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir. Bu zaman müvəkkil bankın üztanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür. Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsilə izləyə bilir.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1465 Tarix: 19 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSabiq məmur doğum günündə vəfat etdi
Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir
16:52 37 Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb
Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf
12:30 188 Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb
11:30 246 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
16:30 87 Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
14:29 160 Aktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
15:15 220 Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
11:53 216 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl
17:10 1 Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd
15:30 136