Buğdanın qiymətində bahalaşma gözlənilir? - ARAŞDIRMA

Buğdanın qiymətində bahalaşma gözlənilir? - ARAŞDIRMABu il yerli buğdanın qiymətinin ötən ilə nisbətən baha olacağını şərtləndirən amillər var. Dünyada baş verən proseslər məhsulun maya dəyərini artırıb. Qiymət dinamikası proqnoz verilməsi mümkün olmayan ssenari üzrə inkişaf edir.

Mövzu ilə bağlı Kaspi qəzeti məqalə dərc edib.

Dünya bazarında buğdanın qiyməti durmadan artır. Təbii ki, bunun əsas səbəbi Rusiya-Ukrayna gərginliyidir. Çünki bu iki ölkənin dünya taxıl bazarında payı çox böyükdür.

Buğda ilə bağlı tələbatının böyük hissəsini idxal hesabına qarşılayan ölkələri qiymət artımı narahat edir, eləcə də Azərbaycanı. Məhsul xaricdə hansı qiymətə təklif olunursa, o qiymətə almağa da məcburuq. 3 ay sonra isə yerli buğdanın biçin mövsümü başlayacaq. Dünya bazarındakı qiymət yüksəlməsi yerli buğdanın satışında da öz əksini tapacaqmı? Adətən hansı məhsulun qiyməti bu il baha olursa, növbəti əkin mövsümündə fermerlər onların əkilməsinə daha çox meyil göstərirlər. Bu qiymət artımları Azərbaycanda buğda əkməyə üstünlük verənlərin artmasına təsir göstərə bilərmi?

İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, Ukrayna hadisələri olmasaydı belə, buğdanın qiyməti ötən ilə nisbətən baha olacaqdı:

"Azərbaycanda və dünyada gübrənin, toxumun qiyməti kəskin artıb. Ötən il neftin, dizelin də qiyməti artırılıb. Ölkədə bütün mal və xidmətlərin dəyərində artım var. Bu, istər-istəməz bütün malların qiymətlərinə sirayət edir. Daxili bazarda da buğdanın qiymətinin keçənilki biçin dövrü ilə müqayisədə yüksək olacağını düşünürəm. Çünki istehsal xərci yüksəlib".

Hansı səviyyədə artım olmasına gəlincə, C.İbrahimli bildirib ki, ilkin olaraq, təxminən 10 faizlik artım gözlənilir:

"Buğdanın qiyməti biçin mövsümündəki qiymətlərlə ölçülür. Biçin mövsümündə müəyyən bir qiymət müəyyənləşir. Sonrakı dövrdə qiymət dünya bazarında baş verən proseslərə uyğun tənzimlənir. Builki biçin mövsümündə əvvəlki biçin dövrü ilə müqayisədə 10 faizlik qiymət artımı gözləyirəm. 2021-ci ildə məhsul toplananda buğdanın qiyməti 34-35 qəpik idi. Sonrakı tarixlərdə 50 qəpiyə qədər yüksəldi. Builki biçin ilində isə başlanğıc qiymət 40 qəpik və onun üzərində olacaq. Qalanları da siyasi proseslərdən asılıdır. Siyasi proseslər qaydasına düşsə, keçənilki biçin dönəminə paralel qiymət reallığı ilə üzləşə bilərik".

İqtisadçı Rəşad Həsənov deyir ki, iki səbəb yerli buğdanın qiymətinin artımını şərtləndirir:

"Birincisi, dünya bazarında qiymətlər yüksəlirsə, yerli istehsalçı da qiymətləri artırmalıdır. Bu, təbii bazar qanunauyğunluğudur. İkincisi, son bir ildə dünya bazarında gübrənin qiymətində 2 dəfə artım qeydə alınıb. Digər tərəfdən, Azərbaycanda istehsalda istifadə olunan gübrələrin əhəmiyyətli hissəsi Rusiyadan idxal olunur. Rusiyanın başlatdığı müharibəyə görə bu ölkəyə tətbiq edilən sanksiyalar fonunda bu ölkənin öz məhsullarının ixrac etmək imkanı məhdudlaşır, yaxud ixrac etdiyi təqdirdə, həmin məhsullara daha böyük rüsumlar təklif edir. Daşınma xərclərinin artması gübrənin və bu kimi digər pestisidlərin daha baha qiymətə gəlməsinə səbəb olur. Beləliklə, məhsulun maya dəyəri bahalaşır, nəticədə təklif qiyməti artır. Hər iki səbəb yerli istehsalın qiymətinin bahalaşmasını şərtləndirir".

R.Həsənov bildirdi ki, əsas buğda tələbatımız idxal hesabına ödəndiyi üçün qiymət dinamikası da dünyadakı siyasi proseslərdən asılı olacaq:

"Yerli buğda ərzaq məqsədli istifadə üçün o qədər də yararlı deyil. Azərbaycan, demək olar ki, ərzaq məqsədli taxılın 90 faizini idxal edir. İdxal olunan taxılın əhəmiyyətli hissəsi Rusiyanın payına düşür. Keçən il 331 milyon dollarlıq ümumi taxıl idxal olunub ki, onun da 318 milyonu Rusiyadan idxal olunub. Rusiyadan gələn taxılın da 98 faizi ərzaqlıq taxıl idi. Buna görə də, istənilən halda bu istiqamətdə qiymət dinamikası proqnoz verilməsi mümkün olmayan ssenari üzrə inkişaf edir. Kifayət qədər sərt bahalaşma gözlənilir".

Qiymət artımının buğda əkməyə maraq göstərənlərin sayını artıracağına gəlincə, R.Həsənov bildirib ki, bu faktor təşəbbüsləri qismən artıra bilər:

"Meliorasiya tədbirləri düzgün aparılmadığı üçün Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsi yararsız vəziyyətə düşüb. Xüsusilə taxıla yararlı torpaqlardan söhbət gedir. Çünki taxıl kənd təsərrüfatında son çarə kimi qiymətləndirilir. Əgər torpaq məhsuldardırsa, orada mənfəət norması daha yüksək olan məhsulların istehsal edilməsi faydalı hesab edilir. Taxıl su az, çatan, məhsuldarlıq zəif olan yerlərdə əkilir. Düşünürəm ki, hökumət müəyyən qədər dəstəkləsə, təşviq etsə, xüsusilə də torpaqların şoranlaşmasının qarşısının alınması ilə bağlı tədbirləri gücləndirsə, növbəti ildə taxıl əkilməsində artım ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 754   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

16:52 37
.

Avropanın ilk milyonçusu Bolqarıstanda tapıldı - 6500 il əvvəl 1,5 kq qızılla basdırılıb

Bolqarıstanda təxminən 6500 il əvvələ aid Avropanın ən qədim qızıl xəzinələrindən biri aşkar edilib. Tapıntılar arasında təxminən 1,5 kiloqram qızıl əşyalarla birlikdə dəfn olunmuş kişinin məzarı xüsusi diqqət çəkir. Alimlər onu şərti olaraq Avropanın ilk varlılarından biri hesab edirlər. Qaynarinf

12:30 188
.

Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video

Dirəkdən asılan bayraqlardan biri uçmaq üzrə ikən onu xilas etməyə çalışan azyaşlı oğlan həmingünkü duyğularından danışıb. "Qafqazinfo" "Xəzər TV-yə istinadən xəbər verir ki, həmin oğlan 11 yaşlı Muxtar Səfərlidir. Muxtar deyib ki, həmin gün pəncərədən küləyin bayrağı uçurduğunu görüb

11:30 246
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

16:30 87
.

Dentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?

İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi

14:29 160
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

15:15 220
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 216
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

17:10 1
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

15:30 136
.