Avtovağzalda bayram təlaşı: Sərnişin sıxlığı var VİDEO
Bayramı bölgələrdə keçirmək istəyən vətəndaşların bir qismi rayonlara getmək üçün avtovağzala üz tutublar. Axın o qədər çox olub ki, Bakı avtovağzalında sıxlıq yaşanıb. Biletini əvvəlcədən onlayn qaydada alanlar da yola düşməkdə müəyyən çətinliklərlə üzləşiblər. Avtovağzaldan məsələyə aydınlıq gətirilib.
9 günlük bayram tətilini fürsət bilən paytaxt sakinləri bölgələrə üz tuturlar. Bu isə Bakı avtovağzalında sıxlığın yaşanmasına səbəb olur.
Bölgələrə sərnişin axınının artacağını proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də, istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq müşahidə olunur. Sərnişinlərin bir qismi rahat şəkildə bilet tapdıqlarını desələr də, bir qismi bilet ala bilməməkdən şikayətçidirlər.
Biletlərini onlayn şəkildə alan sərnişinlər isə kassalarda yaranmış növbə sıxlığından şikayətlənirlər.
Avtovağzal nümayəndələri deyirlər ki, avtobusların qarşısındakı sıxlıq biletsiz yola çıxmaq istəyənlərin ucbatından baş verir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyevanın sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejiminə keçib. O, bu il onlayn bilet alanların sayında artım müşahidə olunduğunu bildirib.
Bəzi bölgələrə biletlərin tapılmaması iddiası ilə bağlı isə qurumdan bildirildi ki, paytaxtdan yola düşmüş hər bir avtobusun geri qayıtması müəyyən vaxt alır və biletlər yalnız həmin avtobus Bakı avtovağzalına daxil olduqdan sonra satılmağa başlanır. Bu proses də avtobusların sayı artırıldığı üçün 1-2 saatdan çox çəkmir. (xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 770 Tarix: 20 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu həkimlər 3 min manat əməkhaqqı alacaq
"Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda, fəaliyyət və keyfiyyə
02.09.2026 468 Çində robotlar üçün "uşaq bağçası" açıldı
Çinin paytaxtı Pekində robotlar üçün "uşaq bağçası" açılıb. Burada tədqiqatçılar maşınların öyrədilməsinə alternativ yanaşmanı araşdıracaqlar. Qaynarinfo xəbər verir ki, bu barədə Çində nəşr olunan ingilisdilli "Global Times" qəzeti məlumat yayıb. Robotların təlimi üçün mərkəz Pekini
02.09.2026 221 Müharibədə gərginlik artır: "Tərəflər yeni strategiyaya keçirlər" - POLİTOLOQDAN AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində son günlər hava hücumlarının intensivliyi yenidən artıb. 2 sentyabrda Rusiya qüvvələrinin Kiyev və Odessa vilayətlərinə kütləvi raket və dron zərbələri endirdiyi, nəticədə enerji infrastrukturu və yaşayış binalarının zərər gördüyü bildirilir. Reuters-in məlumatına görə, Odessad
02.09.2026 448 Tanınmış müğənniyə ağır itki (FOTO)
Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. BİG.AZ xəbər verir ki, Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anası Zəkiyyə Cəfərova sentyabrın 2-də axşam saatlarında vəfa
10:36 135 İsrail müdafiə naziri: İran hücum edərsə, çox güclü cavab verəcəyik
İsrailin müdafiə naziri İsrael Katz İranın mümkün hücumuna hazır olduqlarını və Tehran tərəfindən zərbə endiriləcəyi təqdirdə İsrailin böyük güclə cavab verəcəyini bildirib. xəbər verir ki, Katz deyib ki, hazırda regionun müxtəlif yerlərində zərbələr endirilir, lakin İsrail hələlik hücuma məruz qalmayıb
02.09.2026 202 Bakıda 4-cü beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq minatəmizləmə konfransı öz işinə başlayıb. BİG.AZ xəbər verir ki, cari ilin 2-3 sentyabr tarixlərində Bakı şəhərində keçirilə
02.09.2026 190 Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nı
11:48 0 Maşını sığortaladı, qəza oldu, pulunu ala bilmədi - "Atəşgah"la müştəri arasında QALMAQAL
"Atəşgah" sığorta şirkəti ilə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi, nəqliyyat eksperti Adil Nəbiyev Bizim.Media-ya müraciətində qeyd edib ki, avtomobilini sığortalayarkən onun xüsusi təyinatlı təlim avtomobili olduğunu sənədlərdə açıq şəkildə göstərib. Lakin qəza baş verdikdə
02.09.2026 232 AZZA-dan alınan tortla bağlı zəhərlənmə iddiası: İnsanlar nə etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda 58 yaşlı qadının şirniyyatdan zəhərlənməsi ilə bağlı yayılan məlumat qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Zərərçəkənin ailəsinin iddiasına görə, "AZZA"nın Pirşağı filialından alınan ekler və tortda xoşagəlməz dad və qoxu olub və şirniyyatdan istifadə etdikdən sonr
10:57 245