Gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar

Gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblarÖlkəmizdə Gənclər və idman siyasəti prioretet istiqamətlərdən biridir. Prezidenit İlham Əliyevin diqqəti və qayğısı sayəsində Olimpiya hərəkatı respublikada geniş vüsət alıb və geniş idman ordusu yaradılıb. Demək olar ki, ölkəmizin hər yerində, hətta ucqar dag royanlarda belə, dövlətimizin başçısının təşəbbüsu və tapşırıgı əsasında ən müasir Olimpiya İdman Kompleksləri tikilərək idmançıların ixtiyarına verilib. Xüsusilə, işgaldan azad edilmiş torpaqlarımızda idman komplekslərinin yaradılması, məskunlaşmadan sonra isə gənclərin bu sahəyə dərindən bağlanmaları mühüm önəm daşıyır.
Göstərilən qaygının məntiqi nəticəsi olaraq Azərbaycan idmançılarının beynəlxalq uguru göz önündədir. Mötəbər turnirlərdə möhtəşəm uğura imza atan gənclərimizin, peşəkarlarımızın səsi dünyanın hər yerindən eşidilir. Bu uğurların davamı olaraq bu yaxınlarda Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Belə ki, qazanılan 16 medaldan 7-si qızıl medaldır.
Prezident İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini, Güləş Federasiyasını təbrik edən dövlətimiz başçısı deyib: "Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər".
Prezident vurğulayıb ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə artan rəqabət şəraitində Avropada birinci olmaq böyük nailiyyətdir: "Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarsılayıblar".
Azərbaycan idmanında güləşin xüsusi yerə və önəmə malik oldugunu qeyd edən dövlət başçısı ölkəmizin daim bu sahədə ön sıralarda oldigunu qeyd etdi: "Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam etdirir".
Beynəlxalq və Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz ölkəmizdə idmanın inkişaf tempinə müsbət mənada təsiri də göz önündədir. Gənclərimiz Azərbaycanı bundan sonra da beynəlxalq arenada aparıcı güləş ölkələrindən birinə çevirəcək və nüfuzunu daha da artıracaq.
Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Bu barədə danışan ölkə başçımız çıxışında bildirmişdir: "Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar".
Beləliklə, hazırda qalib ölkənin qalib ölkənin vətəndaşları olaraq ölkəmizin qalib idmançıları ilə qələbənin xoşbəxtliyini yaşayırıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı olaraq zəfər bizimlədir.

Aysel Mənsimova - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 564   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

15:15 220
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10:17 281
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

15:20 156
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 318
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 216
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksi

12:15 191
.

Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq

Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"

11:45 200
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

16:30 87
.

Dekabrda neçə gün iş olmayacaq?

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadü

14:10 222
.