Dövlət başçısı Suqovuşanda turizm kompleksinin təməlini qoyub

Dövlət başçısı Suqovuşanda turizm kompleksinin təməlini qoyubTərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri, Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev dövlətimizin başçısına və birinci xanıma kompleksin layihəsi barədə məlumat verdi.

Bildirildi ki, ərazinin minalardan təmizlənməsindən, dağıdılmış tikililərin qalıqlarının yığışdırılmasından, çoxillik bitkilərin budanmasından sonra burada abadlıq işlərinə başlanılacaq və əraziyə uyğun bitkilər əkiləcək.

Diqqətə çatdırıldı ki, ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilən Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırları salınacaq, oturacaqlar, söhbətgahlar quraşdırılacaq. Həmçinin burada turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyekti yaradılacaq.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva turizm kompleksində istifadə olunacaq xüsusi maşınlara baxdılar.

Prezident İlham Əliyev kompleksin təməlini qoydu.

Sonra dövlətimizin başçısı və birinci xanım kompleksin ərazisində ağac əkdilər.

Qeyd edək ki, Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.

Dövlət başçısı Suqovuşanda turizm kompleksinin təməlini qoyubDövlət başçısı Suqovuşanda turizm kompleksinin təməlini qoyubDövlət başçısı Suqovuşanda turizm kompleksinin təməlini qoyubDövlət başçısı Suqovuşanda turizm kompleksinin təməlini qoyubDövlət başçısı Suqovuşanda turizm kompleksinin təməlini qoyub


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

15:15 220
.

Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs

10:17 281
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

15:20 156
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 318
.

Bu rayona 33 sm qar yağıb

Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)

11:53 216
.

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksi

12:15 191
.

Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq

Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"

11:45 200
.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

16:30 87
.

Dekabrda neçə gün iş olmayacaq?

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadü

14:10 222
.