İran səfirliyi Azərbaycan xalqını və xüsusən jurnalistləri təbrik etdi - FOTO
Ötən illərdə müştərək tarixi-mədəni irsə malik Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması hər iki ölkənin xalqlarının bir-birinə daha sıx bağlanmasına və iqtisadi-siyasi əlaqələrin möhkəmlənməsinə gətirib çıxarıb.
Bildiyimiz kimi, bu yaxınlarda Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu, regional əhəmiyyətli tarixi sənəddir. Azərbaycan 44 günlük Vətən müharibəsində təmin etdiyi böyük Qələbəsi ilə regionda yeni reallıq yaradıb. Bu yeni reallıq region ölkələrin baxışlarını dəyişib, gələcəyə daha inamla baxmağa imkanlar formalaşdırıb.
Artıq Qarabağlı, Zəngəzurlu Novrumuzu keçiririk.
BiG.AZ xəbər verir ki, Bu bayram münasibəti ilə İranın Azərbaycandakı Səfirliyi rəsmi "Twitter" səhifəsində təbrik paylaşımı edib:
"İranın Azərbaycandakı Səfirliyi Novruz bayramının və təbiətin baharının gəlişi münasibətilə dost və qardaş ölkə olan Azərbaycan dövlətini və xalqını təbrik edir, bu yeni ildə qonşu olan hər iki ölkənin əziz, istiqanlı və qohum xalqlarına günbəgün artan rifah və səadət arzulayır".
Qeyd edək ki, martın 18-də İran İslam Respublikasının Azərbaycandakı Səfirliyində qurumun mətbuat katibi Seyid Əli Musəvi jurnalistlərlə görüş keçirib, onlara Novruz hədiyyələri verərək bayramlarını təbrik edib.
Biz də, öz növbəmizdə, dostluq münasibəti göstərən ölkənin xalqını bahar bayramı münasibətilə təbrik edir və jurnalistlərə ayırdıqları diqqətə görə xüsusi təşəkkürümüzü bildiririk.
[b]Natəvan Baxşiyeva
[/b]
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1100 Tarix: 20 mart 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAktyor Aslan Fətullayev vəfat etdi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər
15:15 220 Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu təmirə bağlanır. -in əldə etdiyi məlumata görə, institutun fəaliyyətinin müvəqqəti olaraq başqa ünvanda davam etdirilməsi ilə bağlı qərar qəbul olunub. Bu məqsədlə Səhiyyə Nazirliyinin balansında olan Mərdəkan və ya Saray qəsəbəsindəki binalardan birinin seçilməs
10:17 281 Quba sakini Bakıda dəm qazından boğularaq öldü
Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır
15:20 156 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 318 Bu rayona 33 sm qar yağıb
Azərbaycanda yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Kişçayda (Şəki) 33, Qrızda 31, Sarıbaş (Qax), Əlibəy (Zaqatala)
11:53 216 Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas edildi
Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə köməksi
12:15 191 Almaniyada 13 min ildir "yatan" vulkan oyanır: Püskürmə bütün Avropada hiss olunacaq
Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər. Qaynarinfo xəbər verir ki, bu barədə "Twoja Pogoda"
11:45 200 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur
Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy
16:30 87 Dekabrda neçə gün iş olmayacaq?
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazara təsadü
14:10 222