Xərçəng xəstəsi uşağa qarşı iyrənc əməl - Müalicəsi üçün yığılan pullar oğurlandı, uşaq dünyasını dəyişdi - VİDEO

Xərçəng xəstəsi uşağa qarşı iyrənc əməl - Müalicəsi üçün yığılan pullar oğurlandı, uşaq dünyasını dəyişdi - VİDEOSosial şəbəkələrdə kiməsə yardım etmək üçün paylaşılan bank hesablarına, kartlara yəqin ki, hər biriniz rast gəlmisiz. Oğlunun müalicəsi üçün pula ehtiyacı olan paytaxt sakini Rəhim Şirinov da belə bir addım atıb. Lakin bir müddət sonra karta toplanan pul oğurlanıb. Nəticə olaraq maddi durumu yaxşı olmayan ata övladının müalicəsini davam etdirə bilməyib. Və 7 yaşlı Nihad dünyasını dəyişib.
Oğlunun müalicəsi üçün bank hesabı açdırdı, lakin yığılan pullar oğurlandı.

Suraxanı Rayonu Hövsan qəsəbəsində yaşayan Rəhim Şirinov deyir ki, oğlu Nihad 5 il xərçəng xəstəliyindən əziyyət çəkib.

Ailənin maddi durumu yaxşı olmadığından uşağın müalicəsi üçün banklardan kredit götürüblər. Əldə etdikəri bu pullar vasitəsi ilə də müalicəni xarici ölkədə davam etdiriblər. Lakin 7 yaşlı Nihadın müalicəsinə bu pullar kifayət etmədiyindən, onlar bank hesabı açdıraraq bunu sosial şəbəkələrdə paylaşıblar.

Ailə hər şeyin yolunda getdiyini düşünüb, balansa yığılan 5 min manatı çıxarmaq istəyəndə hesabın boş olduğu məlum olub...Onlar məsələ ilə əlaqədar banka müraciət etsələr də, bank məxfilik şərtlərini əsas gətirərək heç bir məlumat verməyib. Uşağın atası Rəhim Şirinov iddia edir ki, xəstəxanaya ödəniş edə bilmədikləri üçün müalicə dayanıb və uşaq dünyasını dəyişib.

Rəhim Şirinov başına gələnlərlə bağlı 2 ay əvvəl polisə müraciət edib. Lakin hələ ki nəticə yoxdur. Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən isə bildirildi ki, polisə müraciət olunub və araşdırılır. Nəticəsi olduqda ərizəçiyə məlumat veriləcək.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 20 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisinin növbəti nümayişi

Bişkek sammiti: Azərbaycanın qlobal və regional diplomatiyada artan çəkisinin növbəti nümayişiAzərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçiriləcək sammitində iştirak etmək üçün Qırğızıstana səfəri beynəlxalq siyasi gündəmin diqqətçəkən hadisələrindən biridir

01.09.2026 254
.

Ərdoğan ŞƏT görüşündə Orta Dəhliz və Azərbaycanla bağlı mühüm bəyanat verib

"Orta Dəhlizin Azərbaycan üzərindən "Bir kəmər, bir yol" təşəbbüsü ilə də uyğunlaşdırılmasını istəyir və bu çərçivədə təşkilat daxilindəki əməkdaşlığa böyük önəm veririk". xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "ŞƏT plyus" formatında görüşdə çıxış

01.09.2026 191
.

Türkiyədə qazıntılar zamanı 8 körpə skeleti tapıldı

Arxeoloqlar Türkiyənin mərkəzi hissəsində yerləşən qədim Çatalhöyük yaşayış məskənində apardıqları qazıntılar zamanı səkkiz körpənin qalıqlarını aşkarlayıblar. Dəfnlər daha əvvəl 18 insan məzarının tapıldığı qeyri-adi kompleksin yaxınlığında müəyyən edilib. xarici mediaya istinadla bildirir ki, qalıqla

01.09.2026 220
.

"ŞƏT-in gücü coğrafi mövqe, əhali, iqtisadi faktorlar baxımından malik olduğu miqyasdadır" - millət vəkili Rizvan Nəbiyev

Azərbaycan 2016-cı ildən ŞƏT-in dialoq tərəfdaşıdır və son illərdə təşkilatla əlaqələri daha da dərinləşdirir. Məlum olduğu kimi, Bişkekdə "ŞƏT plyus " formatında yüksək səviyyəli görüş start götürüb. Millət vəkili Rizvan Nəbiyev görüşlə bağlı BİG.AZ-a geniş açıqlama verib:. "Azərbaycanı

01.09.2026 248
.

Dron bu ölkəyə girdi, türk qırıcılar havaya qalxdı

Ukraynanın Rusiyanın qərbinə endirdiyi zərbələr zamanı bir dron qısa müddətə Estoniyanın cənub-şərq hava məkanına daxil olub və bununla əlaqədar hava təhlükəsi barədə xəbərdarlıq elan edilib. xəbər verir ki, bu barədə ERR məlumat yayıb. Məlumata görə, NATO-nun hava hücumundan müdafiə missiyası çərçivəsind

01.09.2026 241
.

Avropada transfer pəncərəsi bağlanır: Həlledici saatlar başladı

Avropanın əsas futbol çempionatlarında yay transfer pəncərəsi başa çatmaq üzrədir. xəbər verir ki, İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa klubları transferin son günündə heyətlərini gücləndirmək üçün son cəhdlərini edirlər. Avropanın əsas liqalarında transfer pəncərəsinin bağlanma vaxtlar

01.09.2026 220
.

"Bolt"dan ayıq sürücü sifariş etdi, maşını zədələndi - "Atəşgah" zərəri ödəmir (VİDEO)

Ayıq sürücü xidməti üçün çağırılan şəxsin idarə etdiyi avtomobil zədələnib, lakin vətəndaş iki aydan çoxdur ki, dəymiş zərərin ödənilməsi üçün mübarizə aparır. Sığorta şirkəti isə sürücünün sığorta qaydalarına əsasən "səlahiyyətləndirilmiş sürücü" olmadığını əsas gətirərək ödənişdən imtin

01.09.2026 236
.

Atasını öldürüb meyitini "Bəkdəmir yalı"na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI

Gədəbəy rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Baş Prokurorluqdan -a bildirilib ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu

01.09.2026 268
.

Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi

Aparıcı Lamiyyə Ələkbərova yeni kanalda fəaliyyətə başlayıb. Axşam.az-ın əldə etdiyi məlumata görə, aparıcı TMB kanalında icraçı direktor vəzifəsinə dəvət olunub. O, bir neçə gündür yeni vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-2006-ci illərdə Azərbaycan Dövlət Televiziyasınd

01.09.2026 323
.