Çindəki təyyarə qəzasında 10 saniyəlik sirr - YENİ DETALLAR- VİDEO

Çindəki təyyarə qəzasında 10 saniyəlik sirr - YENİ DETALLAR- VİDEOÇinin cənubunda dünən baş verən təyyarə qəzası ilə bağlı yeni təfərrüat üzə çıxıb.

BiG.AZ-ın Oxu.az-a istinadən məlumatına görə, mütəxəssislər hesab edirlər ki, hündürlüyün itirilməsi ilə G-qüvvəsi ekipajı sıradan çıxarıb və pilotlar huşlarını itiriblər:

"10-20 saniyə arasında pilotlardan biri və ya hər ikisi özünə gələrək təyyarəni qəzadan xilas etməyə çalışmış ola bilər".

Məlumatlar göstərir ki, təyyarə düşmə anında təxminən 10 saniyə dayanıb və qısa müddətə yenidən yuxarı qalxıb, daha sonra isə sürətlə enməyə davam edib.

Beynəlxalq ictimaiyyətə əks olunan təhlükəsizlik kamerası görüntülərində təyyarənin burnu istiqamətində çırpıldığı anlar həm aviasiya dünyasını, həm də ictimaiyyəti şoka salıb. Onun necə bu formada yerə düşməsi böyük çaşqınlığa səbəb olub.

Dağa çırpılan və böyük yanğına səbəb olan təyyarədəki sərnişinlərin və ekipaj üzvlərinin vəziyyəti ilə bağlı məlumat yoxdur.

Digər tərəfdən, uçuş məlumatlarında diqqətçəkici nəticələr ortaya çıxıb. Qəzaya düşən təyyarənin dəqiqədə bir neçə min fut aşağı enəcəyi gözlənildiyi halda, onun çox qısa müddətdə 30 min futdan çox aşağı endiyi qeyd edilib.

Qəzanın səbəbini öyrənmək üçün "qara qutu"nun axtarışları davam etdirilir.

Qeyd edək ki, Çin aviaşirkətə məxsus bütün "Boeing 737-800"lərin fəaliyyətinin dayandırıldığını bildirib.

Xatırladaq ki, bazar ertəsi "China Eastern Airlines" aviaşirkətinə məxsus "Boeing-737" sərnişin təyyarəsi Çinin Uçjou dairəsinin Ten rayonunda qəzaya uğrayıb və meşə yanğınına səbəb olub. Təyyarənin göyərtəsində 123 sərnişin və doqquz ekipaj üzvü olmaqla, ümumilikdə 132 nəfər olub.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1211   Tarix: 22 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Restoranlardakı kimi dadlı kartof qızartmaq hiyləsi

Hər kəs kartof tavada düzgün qızartmağın qaydalarını bilmir, buna görə də onlar tez-tez bir qədər çiy qalır, yanır və ya həddindən artıq yağlı olur. Amma bir neçə qaydaya əməl etsəniz, yemək ideal alınacaq. katofun tavaya yapışmaması üçün onu necə qızartmaq və onların qaralmaması üçün nə əlavə etmə

10.05.2026 261
.

180 illik sirr açıldı

1845-ci ildə Arktikada itkin düşən məşhur Franklin ekspedisiyasının bəzi üzvlərinin kimliyi təxminən 180 ildən sonra DNT analizləri vasitəsilə müəyyən edilib. "Qafqazinfo" xəbər verir ki, İngiltərədən yeni dəniz marşrutu tapmaq məqsədilə yola çıxan Con Franklinin rəhbərlik etdiyi ekspedisiyad

14.05.2026 463
.

Bu peşələrə tələbat ARTACAQ - Bacaranlar SEVİNSİN

Nvidia şirkətinin rəhbəri Jensen Huang yaxın illərdə santexnik, elektrik və qaynaqçı kimi peşələrə böyük tələbat yaranacağını bildirib. BİG.AZ -a istinadən xəbər verir ki, onun sözlərinə görə, bu sahələrin əsas üstünlüyü ondadır ki, süni intellekt və neyroşəbəkələr hələlik bu peşələri tam əvəz edə bilmir

17.05.2026 154
.

Dünyanın ən varlılarından birinin qızı elə paltar geyindi ki... dəyəri bir ölkə büdcəsi qədərindədir

Məlum olduğu ki, mayın 4-də Nyu-York şəhərində ənənəvi xeyriyyə balı keçirilib. Gecənin hörmətli qonaqları geyimlərinə xeyli səy göstəriblər. Məsələn, Hindistanın ən varlı adamı Mukeş Ambaninin qızı İşa Ambani xüsusi diqqət çəkib. -ın xarici mediaya istinadən xəbərinə görə, tədbirdə hindli iş adamını

10.05.2026 621
.

Bir ailədən üç rekordçu: Bacıların ümumi yaşı 316-ya çatıb

Braziliyadan olan üç qadın ən uzunömürlü doğmalar olaraq yeni dünya rekorduna imza atıb. xəbər verir ki, bu barədə məlumatı "Longevi Quest" tədqiqat mərkəzinə istinad edərək "Need To Know" nəşri yayımlayıb. Lenita, Zoraida və Zulina de Deus Nunes adlı bacıların birgə yaşı 316 il təşki

17.05.2026 139
.

Dünyada milyarderlərin sayı daha da artır: hansı ölkələr ən sürətlə zənginləşir

Avropada varlıların sayında ən sürətli artım Polşada gözlənilir. Dünya üzrə dollar milyarderlərinin sayı sürətlə artır və 2031-ci ilə qədər təxminən 400 nəfərə çata bilər. -ın xarici mediaya istinadən xəbərinə görə, mütləq say artımına baxmayaraq, Avropa öz payını artırır, Amerika isə mövqelərini itirir

10.05.2026 311
.

Yuma zamanı bu vərdişlərdən dərhal imtina edin

Müasir texnologiyalara baxmayaraq, bəzi köhnə yuma vərdişləri artıq aktual deyil və həm paltarlara, həm də texnikaya zərər verə bilər. Hər yuma prosesinin öz qaydaları var. Bu gün istifadə olunan yuyucu vasitələr daha effektiv fermentlərə malikdir və daha ekoloji sayılır. Müasir paltaryuyan maşınla

10.05.2026 186
.

Səhvi düzəltmək üçün bir kibrit çöpünü sürüşdürün: çətin riyazi TAPMACA

Kibrit çöpü ilə riyaziyyat tapmacaları məktəbdə bir çoxlarının qarşılaşdığı zehni çətinliklər arasındadır. Bu testlər təkcə hesablamanı deyil, həm də məntiqi və məkan şüurunu yoxlayır. Bilirsinizmi ki, bu tapmacaların həlli bir neçə idrak prosesini əhatə edir? Bu tapmacalar beyni adi qaydalardan imtin

10.05.2026 440
.

Uşaq ağlayanda valideyn nə etməlidir? - Rusiyalı psixoloq cavabladı

Çox vaxt uşaqların qışqırması və göz yaşları valideynlərdə ciddi narahatlığa səbəb olur. Lakin mütəxəssislər bildirirlər ki, belə hallarda böyüklər özlərini təqsirkar hiss etməməli və baş verənləri azyaşlının hisslərinin normal ifadəsi kimi qiymətləndirməlidirlər. xəbər verir ki, bu barədə "Tibb"

17.05.2026 145
.

TOP MP3