Zelenski Ukrayna müsəlmanlarının Ramazan ayında üzləşəcəkləri problemlərdən danışıb

Zelenski Ukrayna müsəlmanlarının Ramazan ayında üzləşəcəkləri problemlərdən danışıbUkrayna Prezidenti Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışı zamanı ölkəsindəki müsəlmanların Ramazan ayında əllərində silahla Ukraynanı qorumalı olacağını bildirib.

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir.

Ukrayna ilə Rusiya arasında müharibənin 31-ci günündə Qətərin paytaxtında keçirilən Doha Forumunda siyasətçilərə müraciət edən Zelenski qarşıdan gələn Ramazan ayına toxunub.

Zelenski çıxışına Qətəri salamlayaraq deyib: "Sizə bildiyiniz kimi müraciət etmək istəyirəm. Əssəlamu aleykum. Bu sözlər sülh mənasını verən əsas dəyərlərdir və indi Ukraynada bunlar yoxdur. Çünki Rusiya Ukraynanı işğal edib müstəmləkəsi altına almağa qərar verdi. Gəlib özlərinin olmayanı aldılar, köhnə imperiyalardakı kimi. Rusiya Ukraynadan 28 dəfə böyükdür və dünyanın ən böyük ölkələrindən biridir. Amma bu, onlar üçün kifayət deyil. Rusiya administrasiyası bizim torpağımızı almaq və insanlarımızı fəhlə kimi istifadə etmək istəyir. Amma 31 gündür ki, Ukrayna özündən 28 dəfə böyük olan ölkəyə qarşı müqavimət göstərir.

Rusiya Ukraynanı aldıqdan sonra dayanacaqmı? Müstəmləkəçilərin tələbləri heç vaxt bitməz. Rusiya sülh içində yaşanmayan dövrlərin geri qaytarılmasını istəyir. Siz xalqınız arasında ədalətin olmasını təmin etmək üçün əlinizdən gələni edirsiniz, lakin biz 31 gündür ədalət axtarırıq. Birləşmiş Millətlər Təşkilatının köməyini yüksək qiymətləndirirəm, lakin bu, ədalətli deyil. Rusiyanın Ukraynaya etdiyi ədalətsizlikdir. Nüvə silahı ilə qorxudur və hədələyirlər".

Ukraynadakı məscidlərin də Rusiya bombardmanlarından zərər gördüyünü bildirən Zelenski əlavə edib: "Şəhərlərimizə baxın, xüsusilə dağıntı və ağrı ilə dolu olan Mariupol şəhəri. Ukrayna müxtəlif millətlərə və dinlərə ev sahibliyi edən bir ölkədir. Ukraynada bir milyondan çox müsəlman yaşayır və Rusiya raketləri bütün xalqımızı təhdid edir. Təkcə Mariupol şəhərində 4 000 müsəlman var idi. Mariupol məscidlərində 3 həftədir ki, aralarında uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 80-ə yaxın insan var".

O, qeyd edib ki, bütün yollar bağlıdır və Rusiya ordusu humanitar yardımın həmin əraziyə daxil olmasına mane olur: "Hazırda heç nə yoxdur. Gecə-gündüz bombalayırlar və şəhərin 90 faizi dağıdılıb. Burada 1 000 insan həyatını itirdi, amma Rusiya buna görə heç bir cəza almadı. O, müsəlmanların yaşadığı Krımın işğalına görə də cəzalandırılmayıb. Bu 31 günlük işğal zamanı məscid və kilsələr də daxil olmaqla 59 ibadət yeri, 200 məktəb və onlarla xəstəxana dağıdılıb. Yenə 10 milyon ukraynalı qaçqın vəziyyətinə düşüb və 3,5 milyondan çox ukraynalı ölkəsini tərk etməli olub. Üstəlik, onların əksəriyyəti qadınlar və uşaqlardır. Bu, qaçqın böhranı hesab olunur. Amma əsl böhran qarşıdadır".

Ukrayna lideri qeyd edib ki, yaxın günlərdə Ramazan ayı başlayır: "Bu ayın əhəmiyyətini və mənasını heç kimə izah etməyə ehtiyac duymuruq. Bütün dünya bunu bilir və hörmət edir. Ukrayna müsəlmanları Ramazan ayında əllərində silahla ölkələrini və azadlıqlarını qorumalı olacaqlar. Biz birlikdə daha çox çalışıb Ramazan ayının Rusiyaya sülh istəməsi ilə kölgədə qalmamasını təmin etməliyik. Biz beynəlxalq asayişi təkcə Ukrayna üçün deyil, hamı üçün qorumalıyıq. Əfqanıstandan başlayaraq, İraq, Suriya, Yəmən və Somalidə sülh üçün çalışmalıyıq. Yaşasın Ukrayna".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1118   Tarix: 27 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 281
.

Eniş anında iki paraşüt toqquşdu - Ölənlər var - Fotolar

ABŞ-nin Kaliforniya ştatında yerləşən "Skydive Elsinore" mərkəzində dəhşətli aviasiya hadisəsi baş verib. Eniş zonasına yaxınlaşarkən havada toqquşan iki təcrübəli paraşütçü ağır xəsarətlər alaraq həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, 56 yaşlı Corciya Cin və 29 yaşlı Lev

10:30 137
.

Mərdəkan şossesində qəza sıxlıq yaratdı

Xəzər rayonu, Mərdəkan şossesində baş verən yol-nəqliyyat hadisəsi olub. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Qafqazinfo"ya məlumat verilib. Bidlirilib ki, hadisə səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Hazırda polis sıxlığı

09.11.2026 333
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 289
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 232
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 221
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 349
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 227
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 306
.