Zarafat deyil: 1 aprel tarixində təhlükəli asteroid Yer kürəsinin yaxınlığından keçəcək

Zarafat deyil: 1 aprel tarixində təhlükəli asteroid Yer kürəsinin yaxınlığından keçəcək1 aprel tarixində 2007 FF1 adlı asteroid Yer kürəsinin yaxınlığından keçəcək. NASA sözügedən asteroidi potensial təhlükə mənbəyinə sahib asteroidlərdən biri hesab edir. Lakin çox güman ki, 2007 FF1 Yer kürəsindən 7.4 milyon km məsafədə keçəcək. Bu isə Yer kürəsi ilə Ay arasında olan məsafədən 30 dəfə daha uzundur. 110-260 metr diametrə sahib sözügedən asteroid Yer kürəsinə yaxın olan asteroidlər (orbiti Yer kürəsinə yaxın məsafədən keçən asteroidlər) sinifinə daxildir.

Onun orbiti Yer kürəsinin orbiti ilə kəsişir. Bu asteroid Günəş ətrafında tam dövrü 684 günə reallaşdırır. 2007 FF1 bir qədər böyük ölçüyə sahib olduğu və Yer kürəsinə yaxın məsafədən uçduğu üçün NASA onu potensial təhlükə mənbəyinə sahib asteroidlərdən biri hesab edir.

Sözügedən asteroidin çox da aydın olmayan fotosu 24 mart tarixində Virtual Telescope layihəsinin astronomlarından biri tərəfindən çəkilmişdi. Həmin vaxt asteroid Yer kürəsindən 11.6 milyon km məsafədə yerləşirdi.

2007 FF1 asteroidinin aydın olmayan fotosu. Onun yerləşmiş olduğu yer kiçik ağ rəngli ox vasitəsilə qeyd edilib:

Zarafat deyil: 1 aprel tarixində təhlükəli asteroid Yer kürəsinin yaxınlığından keçəcəkKompüter modelləşdirmələri və NASA-nın yeni məlumatları sayəsində təyin olunub ki, narahat olmaq üçün heç bir səbəb yoxdur və hal hazırda sözügedən asteroid Yer kürəsi üçün heç bir təhlükə mənbəyi daşımır. 1 aprel tarixində o, Yer kürəsinə maksimal məsafədə (7.4 milyon km) yaxınlaşacaq. Qeyd etmək lazımdır ki, astronomlar bu asteroidi ilk dəfə 2007-ci ildə aşkar ediblər və həmin vaxtdan o, Yer kürəsinə ən maksimal məsafədə olacaq.

2020-ci ildə sözügedən asteroid Yer kürəsinə yaxın məsafədən keçmişdi. Həmin vaxt məsafə 17.3 milyon km təşkil etmişdi. Bundan əlavə olaraq həmin vaxtda o, indi hərəkət etdiyi sürətlə hərəkət etmişdi. Belə ki, asteroid hal hazırda saatda 47.950 km sürətlə hərəkət edir. Növbəti dəfə 2007 FF1 Yer kürəsinə 2 aprel 2037-ci il tarixində yaxınlaşacaq. Proqnozlara əsasən növbəti yaxınlaşma zamanı asteroid Yer kürəsindən 7.9 milyon km məsafədə olacaq. (technote.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1266   Tarix: 30 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 282
.

12 yaşlı uşaq qızıl külçəsi tapdı

1799-cu ildə ABŞ-də 12 yaşlı Konrad Ridin dərədə tapdığı daşın əslində 7,7 kiloqramlıq qızıl külçəsi olduğu məlum olub. Ailə qiymətli metalın dəyərindən xəbərsiz olduğu üçün onu üç il ərzində qapı tutacağı kimi istifadə edib. Şimali Karolina ştatında yaşayan Konrad Rid Litl Medou Krik dərəsində oynayarkə

08.11.2026 243
.

Ehtiyat hissələri alarkən ən çox edilən 5 səhv

Avtomobil ehtiyat hissələri alarkən diqqətli olmaq vacibdir, çünki səhv seçimlər həm maliyyə zərərlərinə, həm də avtomobilin performansına mənfi təsir göstərə bilər. Ehtiyat hissəsi alarkən, düzgün qərarlar vermək avtomobilinizin performansını və təhlükəsizliyini təmin etmək üçün vacibdir. Ehtiyat hissəs

06.11.2026 577
.

Xidmetler.az - Bütün Xidmətlər bir saytda

XİDMETLER.AZ saytinda sizi narahat edən hər məsələ ilə bağlı kömək almaq imkanınız var!. Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran, saytımızda tapar. Siz də qoşulun və lazım olan insanları tapın! Saytımız üzləşdiyiniz problemləri bir göz qırpımında həll edəcək. İstənilən usta axtarışın

07.11.2026 458
.

Hansı qan qrupu daha uzunömürlü ola bilər? - Alimlər araşdırdı

Müxtəlif qan qruplarına sahib insanların təhlükəli xəstəliklərə tutulma riski və sağlamlıq göstəriciləri bir-birindən fərqlənə bilər. Alimlər dörd qan qrupu arasında müəyyən fərqlər aşkarlayıblar. Bəzi araşdırmalarda ən əlverişli göstəricilər birinci qan qrupuna malik insanlarda müşahidə olunub. xəbə

01.11.2026 607
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

08.11.2026 418
.

Meqan Marklın atası həbs edildi

Meqan Marklın atası Tomas Marklın ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən saxlanıldığı iddia olunur. Axşam.az xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, 82 yaşlı kişi Floridada, demensiya xəstələri üçün nəzərdə tutulan xüsusi qayğı müəssisəsində cümə günü səhər saatlarınd

07.11.2026 280
.

Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?

Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm

06.11.2026 429
.

Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı

Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq

08.11.2026 235
.