Hərbi ekspert: "Aprel döyüşləri Vətən müharibəsinin mesajı idi"

Hərbi ekspert: "Aprel döyüşləri Vətən müharibəsinin mesajı idi""Aprel döyüşləri Azərbaycanın hərb tarixində artıq özünəməxsus yer tutub. Mən deyərdim ki, işğal dövründən sonra birinci dəfə idi ki, Azərbaycan işğalçıların atəşkəsi pozması və təxribatına belə formada cavab verirdi. Talış istiqamətində olan yüksəkliklər və Lələtəpədən Azərbaycanın yaşayış məntəqələri mütəmadi olaraq iriçaplı silahlardan və hətta artilleriya və minalardan atəşə tutulurdu. Belə olduğu halda Azərbaycan Ordusu tapşırıq, əmr aldı ki, həmin istiqamətlərdə dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təhlükə yaradan mənbələri ələ keçirilsin, düşmən oradan geri atılsın".

Bunu "Report"a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

"Bu tapşırığı Azərbaycan qısa müddətdə yerinə yetirdi. Düşməni o yüksəkliklərdən atdı. Aprel döyüşlərinin önəminə gəlincə, bu, Azərbaycanın öz torpaqlarını azad edəcəyi haqqında mesaj idi. Beynəlxalq arenada bu məsələ hələ də ciddi olaraq qaldığı haqqında bir mesaj idi. Yəni ki, Qarabağ məsələsi hər an alovlana bilər və Azərbaycan güc vasitəsilə onları geri ala bilər. Digər tərəfdən, Azərbaycan xalqı çox böyük sınaqdan keçdi və konsolidasiya oldu. Bütün cəmiyyət torpaqlarını işğalçılardan azad olunması məsələsində hazır olduğunu nümayiş etdirdi. Səfərbərlik xidmətinə minlərlə gənclər müraciət etmişdi, - ekspert əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan bu prosesdə geosiyasi arenadakı hədəflərini də görüb:

"Yəni Azərbaycan Aprel hadisələrində döyüşləri başladığı andan beynəlxalq qurumlar, o cümlədən Rusiya Azərbaycana ola biləcək təzyiqlər və riskləri nümayiş etdirdi".

O bildirib ki, ümumiyyətlə Aprel döyüşləri bütün bu məsələləri qabarda bilib:

"Azərbaycan hədəfləri müəyyənləşdirdi. Azərbaycan Ordusu Ermənistanın illərdir qurduğu müdafiə xətlərini yara biləcək əminliyi qazandı. Düşünürəm ki, Aprel döyüşlərində yüksək qiymət alan Azərbaycan Ordusu öz sözünü Vətən müharibəsində dedi və 44 günlük müharibədə Ali Baş Komandanın qoyduğu tapşırığı yerinə yetirərək işğalçı qüvvələri darmadağın etdi və ərazi bütövlüyünü təmin etməyə qadir oldu. Bu mənada Vətən müharibəsini Aprel döyüşlərinin bir növ davamı kimi də qiymətləndirirlər. Ancaq Aprel döyüşləri irimiqyaslı deyil, məhdud çərçivəli əməliyyat idi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 682   Tarix: 02 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 217
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

09.11.2026 241
.

Kişi xəyanət edən arvadını stula bağlayıb yandırdı

Hindistanda kişi qısqanclıq zəminində həyat yoldaşını stula bağlayaraq yandırıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Caqatpur kəndində qeydə alınıb. Polisin məlumatına görə, Suxbir Sinqh 11 il əvvəl Sonam adlı qadınla ailə qurub. Cütlüyün iki övladı olub. Lakin sonradan qadın başqa kişi il

09.11.2026 318
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 264
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 265
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 232
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

09.11.2026 336
.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 229
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

09.11.2026 215
.