Gənc oğlan yeniyetmə qızı evinə apardı: "Gecə israr etdi ki..." - Şok olayın təfərrüatı

Gənc oğlan yeniyetmə qızı evinə apardı: "Gecə israr etdi ki..." - Şok olayın təfərrüatıSumqayıt şəhərində 1990-cı il təvəllüdlü Elmar sosial şəbəkədə tanış olduğu 2006-cı il təvəllüdlü Fərqanəyə (adlar şərti verilib - red.) təcavüz edib.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, Elmar 1 iyul 2021-ci ildə "Tap.az" saytında Fərqanə ilə tanış olub, onunla sosial şəbəkə üzərindən ünsiyyət yaradıb. Elmar Fərqanə ilə şəxsi münasibətlər yaratdıqdan sonra iyulun 5-də görüşüb və öz cinsi ehtirasını təmin etmək niyyəti ilə onu yaşadığı Sumqayıtda Beton zavod ərazisində yerləşən fərdi yaşayış evinə aparıb.

Elmar Fərqanənin könüllü razılığı ilə iyulun 6-da gecə saat 2 radələrində həmin evin yataq otağındakı çarpayıda onunla təbii yolla cinsi əlaqədə olub, qızlıq pərdəsinin tamlığını pozub.

Daha sonra Elmar avqustun 4-də Fərqanə ilə təbii yolla cinsi əlaqəyə girib.

İstintaq orqanı tərəfindən Elmarın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Sevgili kimi yazışmağa başladıq"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmar ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Sumqayıt şəhəri, Beton zavod ərazisindəki fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır:

"Özümə məxsus "Redmi Note 8" markalı mobil telefonu satmaq üçün 2021-ci ilin iyunun sonlarında "Tap.az" internet saytında elan yerləşdirdim. Ayın sonunda telefonu tanımadığım şəxsə satdım. İyulun 1-də dəqiq xatırlamadığım nömrədən mənə tanımadığım qadından vatsap vasitəsilə mesaj gəldi. Həmin şəxs Bakı şəhərində yaşadığını, mənim "Tap.az" saytında yerləşdirdiyim elandakı telefonu almaq istədiyini bildirdi. Mən isə telefonu satdığımı, lakin "Redmi 6A" markalı mobil telefonum olduğunu və onu sata biləcəyimi dedim.

Həmin qadınla yazışan zaman adının Fərqanə, yaşının 15 olduğunu və telefona baxmaq istədiyini bildirdi. O, şəklini vatsapda mənə göndərdi. Mən də şəklimi ona göndərdim. Biri-birimizdən xoşumuz gəldi.

Fərqanə ilə səmimi münasibətimiz yarandı və sevgili kimi vatsapda yazışmağa başladıq".

"Cinsi əlaqədə olmaqda israr etdi"

Elmarın sözlərinə görə, iyulun 1-dən 5-dək olan müddət ərzində mütəmadi olaraq mesajlaşıb və danışıblar: "İyulun 5-də Fərqanə ilə danışan zaman anası ilə birlikdə Mərdəkan qəsəbəsindəki bağ evində olduğunu və mənimlə görüşmək istədiyini bildirdi. Mən isə onu Sumqayıt şəhərinə çağırdım.

İyulun 5-də saat 21 radələrində Fərqanə ilə Sumqayıt şəhərində "Asan Xidmətin" qarşısında görüşdük. Fərqanə mənimlə birlikdə qalmaq istədiyini bildirdi. Onunla Beton zavod ərazisindəki fərdi yaşayış evinə getdik. Həmin evdə anam-atamla birlikdə yaşayıram. Biz gələndə anam evdə idi. O məndən Fərqanənin kim olmasının soruşdu. Mən yaxın dostum olduğunu, Türkiyəyə gedəcəyini, buna görə də bir müddət bizdə qalacağını bildirdim. Anam buna etiraz etmədi.

Razılaşdıq ki, Fərqanə mənim otağımda tək qalacaq. O isə tək qalmağa qorxduğunu və mənim onunla birlikdə qalmağımı istədi. Mən döşəmədə özümə yer saldım. Fərqanə məni yanına çağırdı, yanında yatmağımı istədi. Onun yanında uzandım. Bədənimin müxtəlif nahiyələrinə toxundu və aramızda təmas yarandı.

Fərqanə mənimlə cinsi əlaqədə olmaq istədi. Mən isə onun bakirəliyini pozmaqdan çəkindiyimi bildirdim. Fərqanə isə cinsi əlaqədə israr etdi".

"Cinsi əlaqədə olduğumu dedim"

Elmarın bildirdiyinə görə, gecə saat 2 radələrində yaşadığı evin yataq otağındakı çarpayıda Fərqanənin istəyi ilə onunla cinsi əlaqədə olub: "Onun bakirəliyi pozuldu. Hamama gedərək alt paltarını yudu, yenidən geri ayıtdı. Təxminən 20 gün mənimlə birlikdə yaşadığım evdə qaldı və biz mütəmadi olaraq cinsi əlaqədə olduq.

İyulun 7-də valideynlərimə həqiqəti dedim. Fərqanəni sevdiyimi, onunla evlənmək istədiyimi və Fərqanənin bakirəliyini pozub, onunla cinsi əlaqədə olduğumu etiraf etdim.

İyulun 23-də Fərqanə anası ilə danışdı, bizdə qaldığını dedi. Həmin gün Fərqanənin anası bizim yaşadığımız evə gəldi və Fərqanəni apardı".

"Məndən ötrü darıxdığını bildirdi"

Təqsirləndirilən şəxs qeyd edib ki, Fərqanə ilə cinsi əlaqədə olması barədə Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsində araşdırma aparılıb:

"Fərqanə həmin vaxtdan ailə üzvlərinin yanında qalmağa başladı. Onunla əlaqə saxlaya bilmədim. Bu səbəbdən İnstaqram sosial şəbəkəsi vasitəsilə danışdıq.

Avqustun 4-də Fərqanə İnstaqramda Sumqayıt şəhərində qohumunun evində olduğunu, məndən ötrü darıxdığını və yanıma gəlmək istədiyini bildirdi. Həmin gün saat 21 radələrində Sumqayıt şəhərindəki "Asan Xidmətin" yanında görüşdük, onu evimizə apardım.

Gecə Fərqanə gələndə şəxsiyyət vəsiqəsi üzərində idi. Fərqanənin şəxsiyyət vəsiqəsinə baxdıqda, onun 2006-cı il təvəllüdlü olduğunu bildim. Gecə yenə də cinsi əlaqədə olduq".

"Ailə qurmaq istədiyimi bildirdim"

Elmarın ifadəsinə görə, avqustun 4-dən 6-dək Fərqanə onun yaşadığı evdə qalıb: "Avqustun 6-da Fərqanə ilə söhbət edən zaman anasının bizim evi tanıdığını və bizi tapa biləcəyini fikirləşdik, qalmaq üçün başqa yer axtarmaq qərarına gəldik. Buna görə də həmin gün 19 radələrində Fərqanə ilə qonşumuz Nərminin yaşadığı evə getdik.

Nərmingilə Fərqanəni sevdiyimi, onunla ailə qurmaq istədiyimi bildirdim və bir gecəlik onlarda qalmağa icazə verməsini xahiş etdim. Fərqanə də dediklərimi təsdiq etdi. Nərmingil gecəni qalmağımıza icazə verdi. Gecə Nərmingilin evində qaldıq. Bir otaqda yatdığımızdan gecə cinsi əlaqədə olmadıq".

Elmar deyib ki, avqustun 7-də səhər 7 radələrində Fərqanə ilə birlikdə Nərmingilin yaşadığı evdən çıxıblar: "Sumqayıt şəhərində müxtəlif yerlərdə gəzişdik. Günorta yaşadığım evin yanına gəldik. Fərqanə anası ilə telefonla danışaraq olduğumuz yeri ona dedi.

Fərqanənin anası bizi 4-cü polis bölməsinə çağırdı. Birlikdə polis bölməsinə getdik".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fərqanənin sözlərinə görə, anası ilə birlikdə yaşayır.Anası atasından ona hamilə olanda, yəni 2006-cı ildə ayrılıb. İfadəsinə görə, həmin vaxtdan atası ilə anası birlikdə yaşamır. O, "Bakı Britaniya Məktəbi"nin 11-ci sinif şagirdi olduğunu da qeyd edib.

Fərqanə daha sonra ifadəsində sosial şəbəkə vasitəsi ilə Elmarla tanışlığından, onun yaşadığı evdə könüllü mütəmadi cinsi əlaqədə olmasından danışıb. Fərqanə ifadəsində Elmarla yaşamaq üçün könüllü görüşdüyünü də deyib.

Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.

Elmar 1 il müddətinə azadlıqdan məhrum edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2042   Tarix: 03 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan millisi Dakarda çempion oldu

Azərbaycanın çimərlik güləşi üzrə oğlanlardan ibarət millisi Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çempion olub. xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb. Yığma 70 xalla komanda hesabında birinci yeri tutub. Kollektivin üzvlərindən Tuna

09.11.2026 244
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 331
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 366
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 214
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 219
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 230
.

Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü

Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə

09.11.2026 223
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 275
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 292
.