Yevlaxda korrupsiyaya qarşı mübarizəyə dair müşavirə keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində rayon rəhbərliyinin, rayonun hüquq mühafizə orqanlarının, Rayon Təhsil Şöbəsinin və Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin və rayonun xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə korrupsiya və rüşvət kimi neqativ hallara qarşı mübarizə, həyata keçirilən profilaktik tədbirlər mövzusunda geniş tərkibli müşavirə keçirilib.
Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin 4 aprel 2022-ci il tarixli Sərancamı ilə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilmişdir. Ölkəmizdə bu sahədə görülən işlər, həyata keçirilən islahatlar barədə geniş məlumat verən Anar Tağıyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir.
Bildirilib ki, son illərdə rayonda bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də şəffaflıq tam təmin olunur, mövcud olan neqativ hallar aradan qaldırılır. Bu müşavirənin keçirilməsində əsas məqsəd təhsil sahəsində olan şəffaflığı qorumağı bir daha müzakirə etmək, bu sahədə aparılan işlərin davam etdiriləcəyini bir daha diqqətə çatdırmaq, xatırlatmaqdır. Bu gün hər bir təhsil işçisinin üzərinə rayonda təhsilin keyfiyyətini artırmaq, ən əsası da bu sahədə olan şəffaflığı tam təmin etmək kimi böyük məsuliyyət düşür.
Qeyd edilib ki, ölkə başçısının hər bir rəhbər şəxs qarşısında qoyduğu əsas tələb vətəndaşa xidmət, rüşvət və korrupsiya hallarına qarşı barışmaz mövqe tutmaqdır. Bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə aparılan bu kimi maarifləndirici tədbirlərin qabaqlayıcı əhəmiyyəti vurğulanıb.
Müşavirədə çıxış edən Yevlax Rayon Prokuroru Ceyhun Almasov, Yevlax Rayon Məhkəməsini sədri Toğrul Əliyev və başqaları qeyd etdilər ki, Azərbaycanda korrupsiya ilə mübarizə üçün ciddi sistem yaradılıb. İslahatlar korrupsiyanı cəmiyyətimizin ictimai həyatından sıxışdırıb çıxarmağa xidmət edir. Bu mübarizədə ictimaiyyət nümayəndələrinin üzərinə düşən vəzifələr izah edildi, qurumlara daxil olan hər bir müraciətin ciddi şəkildə araşdırılacağı vurğulandı. Cəmiyyətin mənəvi sağlamlığının keşiyində müəllimlərin dayandığını qeyd edən çıxışçılar bu sahədə çalışan hər bir insanın öz işinin məsuliyyətini dərk etdiyini və öhdəsindən layiqincə gəlməyə çalışdıqlarını qeyd ediblər. Baş verən hər bir neqativ halın cəmiyyət tərəfindən də hər zaman xoşagəlməz hal kimi qarşılandığını diqqətə çatdırıblar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 672 Tarix: 12 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
09.11.2026 182 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 179 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
09.11.2026 203 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 204 Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
09.11.2026 260 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!
09.11.2026 230 Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə
09.11.2026 139 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 174 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
09.11.2026 195