İftar süfrəsi üçün dadlı reseptlər

İftar süfrəsi üçün dadlı reseptlərBu gün Ramazan ayının on birinci günüdür.

Axşam.az iftar süfrəsi üçün menyu təqdim edir:

Lobya və kokoslu şorba

Ərzaqlar:
Quru lobya - 200 qr.
Düyü - 100 qr.
Soğan - 1 ədəd
Pomidor - 2 ədəd
Kərə yağı - 50 qr.
Sarıkök - 1 çay qaşığı
Kokos südü - 400 ml.
Duz və istiot
Toyuq filesi - 200 qr.

Hazırlanması:
Lobyanı yuyub, axşamdan suya qoy. Səhər yumşalana qədər suda bişirib, süz. Düyünü 20 dəqiqə bişir. Tavaya yağ, duz və istiot töküb, xırda doğranmış soğanı qovurduqdan sonra, sarıkökü əlavə et. Daha sonra doğranmış pomidor əlavə edib, vam odda 3-5 dəqiqə saxla. Üzərinə bişmiş lobya, kokos südü, bir az da su əlavə edib,10 dəqiqə vam odda qaynat. Sonda düyünü töküb, bişir. Süfrəyə verərkən içərisinə sürtgəcdən keçirilmiş təzə kokos tök.

Kremli göbələkli toyuq

Ərzaqlar:
Toyuq filesi – 500 qr.
Göbələk – 500 qr.
Kərə yağı – 2 xörək qaşığı
Soğan – 1 ədəd
Qaymaq – 0,5 paket
Sarımsaq – 2 diş
Duz, qara və qırmızı istiot

Hazırlanması:
Göbələkləri təmizləyib, yuyub, doğrayın. Qaba yağı töküb, xırda doğranmış soğan və sarımsağı əlavə edib, qovurun. Daha sonra xırda doğranmış toyuq ətini tökün. 10 dəqiqə bişirdikdən sonra üzərinə göbələkləri əlavə edin. Duz, istiotu töküb 20 dəqiqə bişirin. Sonda qaymağı töküb 5 dəqiqə bişirdikdən sonra süfrəyə verin.

Mürəbbəli keks

Ərzaqlar:
Yumurta - 3 ədəd
Un - 350 qr.
Yağ - 250 qr.
Şəkər tozu - 1 stəkan
Qabartma tozu - 0,5 çay qaşığı
Mürəbbə şirəsi

Hazırlanması:
Yumurta ilə şəkər tozunu qarışdırıb, yağla unu əlavə edin. Sodanı üzərinə səpib yumşaq xəmir edin. Xəmiri iki hissəyə bölün. İkinci hissəni soyuducuya qoyub 20 dəqiqə saxlayın. Birinci hissəni tavaya yayıb, üzərinə müdəbbə çəkin. Soyuducudan götürülən xəmiri isə sürtgəcdən keçirib, üstünə əlavə edin. 180 dərəcə isidilmiş sobada bişirin.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1207   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 182
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 260
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 195
.