Nərmin işi: "Şöbədə məcbur etdilər ki, İlkinin pampers aldığını deyim"

Nərmin işi: "Şöbədə məcbur etdilər ki, İlkinin pampers aldığını deyim"Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda öncə İlkin Süleymanovun yaşadığı evlə üzbəüz yerləşən mağazanın satıcısı Şamil Vəliyev dindirilib.

Şahid deyib ki, hadisə baş verəndən sonra onu Polis Şöbəsinə aparıblar, İlkinin ondan pampers alması barədə ifadə verməsini tələb ediblər: "Məni yanvarın 7-si axşam saat 23 radələrində evimdən apardılar, yanvarın 9-da səhər buraxdılar. Sonra da üç aya yaxın get-gələ salıb, zülm elədilər. Tələb edirdilər deyim ki, İlkin məndən pampers alıb. Dedim axı mən heç pampers satmıram. Nə qədər məcbur etdilər ki, belə de, amma demədim. Məni ayın 7-dən 8-nə keçən gecə İlkinlə eyni kamerada saxladılar. Ayın 8-də gecə İlkini əllərini qandallayıb apardılar, səhər tezdən də məni buraxdılar".

Şahidin sözlərinə görə, hadisədən sonra polis əməkdaşları mağazaya gələrək təhlükəsizlik kamerasının yaddaşını aparıblar: "Həmin vaxt Polis Şöbəsindən gəldilər, mağazadakı kameranın yaddaşını apardılar. Bir neçə saatdan sonra isə geri gətirdilər. Bilmədim ki, yaddaşını siliblər, yoxsa yox".

Daha sonra prosesdə yanvarın 10-da təqsirləndirilən şəxsin hadisə yerinə aparılaraq dindirilməsi barədə polis əməliyyatçıları Azər Məmmədov və Turqut Rəhimli ifadə verib.

Polis əməkdaşları İlkinin onlara Nərmini öldürüb yandırdığını dediyini bildiriblər: "Hadisə yerində çəkiliş edəndə onunla birlikdə idik. İlkin dedi ki, axtarış aparılırdı deyə, Nərmini evdə basdırmadım. Ona görə yandırdım ki, dirini yandırmaq günahdır, ölünü yox".

İlkin Süleymanov şahidlərin ifadələrinə münasibət bildirərək, həmin sözləri təzyiq altında dediyini bildirib: "Elə deməmişəm, demişəm ki, dirini yandıranda ağrıdar, ölünü yox".

Proses sabah davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İ. Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1546   Tarix: 12 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 182
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 260
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 195
.