MƏRƏÇÖYÜD yoxsa QULANÇAR? - Ölünü dirildən tərəvəz

MƏRƏÇÖYÜD yoxsa QULANÇAR? - Ölünü dirildən tərəvəzNazik yaşıl zoğları olan mərəçöyüd əsasən qaratikan kollarının ətrafında təbii halda bitir. El arasında o, daha çox qulançar kimi tanınsa da, elmi təbabətdə mərəçöyüd adlanır. Zülalla ən çox zəngin olan tərəvəzlərdən biridir.

BiG.AZ Aztibb.az-a istinadən xəbər verir ki, aprel ayı mərəçöyüdün əsas mövsümü sayılır. Bu ayda onun yumşaq və cavan zoğları toplanılaraq çiy halda yeyilir.

Onun zahirən qanqalı xatırladan cavan zoğları çox vitaminli və xeyirlidir. Mərəçöyüdü həm də bişirib yeyirlər. Budaqları duzlu suda pörtlədilir, azca sıxılaraq duzu çıxarılır və yağ-soğanla qızardılır.

Onu qızartmaq, qaynatmaq, yaxud buxarda və digər üsullarla bişirmək olar. Yığılandan sonra yuyulub yumurta ilə, yaxud da yağ-soğanla qovurularaq bişirilir.

Mərəçöyüd həzm sistemini tənzimləməyə kömək edir və xora kimi mədə-bağırsaq xəstəliklərinə çox faydalı təsir göstərir. Maraqlıdır ki, mərəçöyüdün faydalı xüsusiyyətləri onun müxtəlif üsullarla bişirilməsi prosesində itmir.

Mərəçöyüdün tərkibində gözləri, dərini, immun sistemini müdafiə edən A vitamini, eləcə də kapilyarları möhkəmləndirən və dəridə zülalın, kollagenin əmələ gəlməsində iştirak edən S vitamini var. Sümüklərin formalaşması və qanın laxtalanması üçün istifadə edilən K vitamininin əsas mənbələrindən biri hesab edilir. Onun qəbulu diabet riskini azaldır. Mərəçöyüdün tərkibində xüsusən hamiləlik dövründə qan hüceyrələrinin əmələ gəlməsində mühüm rol oynayan fol turşusu var ki, bu da dölün inkişafı üçün çox vacibdir.

Təbabətdə vərəm, böyrək, şəkər və ürək-damar xəstəliklərində müxtəlif reseptlər əsasında bitkidən müalicəvi dərmanlar hazırlanaraq qəbul edilir. Sidikqovucu təsir göstərir, toxumunun balla qarışığı sonsuzluğa qarşı ən yaxşı vasitələrdən biri hesab olunur. Alkoqollu içkilərin qaraciyərə zərərini azaltmaq xüsusiyyətinə malikdir.

MƏRƏÇÖYÜD yoxsa QULANÇAR? - Ölünü dirildən tərəvəzMƏRƏÇÖYÜD yoxsa QULANÇAR? - Ölünü dirildən tərəvəz


BiG.Az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 3439   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.