Mədəniyyət Nazirliyindən qırmızı dodaq boyası qadağasına - REAKSİYA
Mədəniyyət Nazirliyi teatrlara qadağa tətbiq edib.
BiG.AZ Kulis.az-a istinadən xəbər verir ki, teatra gedən aktyorların qırmızı dodaq boyasından, dikdabandan, qırmızı rəngli geyimlərdən, cins və dar şalvarlardan istifadəsinə qadağa qoyulub.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Qurumdan BAKU.WS-ə bildirilib ki, bu qayda digər iş yerlərində olduğu kimi işçilərlə (yəni aktyorlarla) bağlanan əmək müqaviləsinin qaydalarına əsasən tətbiq edilir:
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatının və strukturuna daxil olan qurumlarda qulluq keçən işçilərin əmək münasibətləri dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik aktlarına uyğun olaraq tənzimlənir, o cümlədən dövlət qulluqçularının xidməti davranışı "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Adıçəkilən qanunda etik davranış qaydalarına dair ümumi müddəalar müəyyən edilməklə yanaşı, həmin etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı davranış mexanizmi və qaydaların işlənib hazırlanması səlahiyyəti dövlət orqanlarına həvalə edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydalarının hazırlanması nəzərdə tutulmuşdur.
Mədəniyyət Nazirliyində Daxili İntizam Qaydaları Əmək Məcəlləsinin və əmək münasibətləri sahəsində münasibətləri tənzimləyən digər normativ hüquqi aktların tələbləri və müəssisələrdə çalışan işçilər arasında formalaşmış işgüzar adətlər nəzərə alınaraq hazırlanmışdır.
Qaydalarda hər hansı işçinin və ya şəxsin hüquqlarını və ya azadlıqlarını hər hansı şəkildə məhdudlaşdıran heç bir hal nəzərdə tutulmamışdır. Əksinə, əmək müqaviləsi üzrə vəzifə funksiyalarını tam həcmdə və keyfiyyətlə yerinə yetirən, müəssisənin daxili intizam qaydalarına əməl edilməsində fərqlənən işçilərin mükafatlandırılması və əməyinin dəyərləndirilməsi nəzərə alınmışdır.
O ki qaldı geyimlə bağlı tələblərə, qaydalarda heç bir qadağadan söhbət getmir. İşçilər üçün geyim və üsluba dair tələblər bir çox dövlət orqanlarında, habelə özəl müəssisələrdə də mövcuddur. Hətta bir çox tanınmış yerli və beynəlxalq şirkətlər var ki, öz işçiləri üçün "dress-kod" müəyyən edirlər.
Eyni zamanda, Nazirliyin tabeliyində olan teatr və mədəniyyət mərkəzlərində yaradıcı sahədə çalışan çoxsaylı işçilər üçün geyim və aksessuarların səhnə mədəniyyətinin tərkib hissəsi olduğunu nəzərə alaraq bildiririk ki, həmin işçilərin geyimləri ilə bağlı heç bir tələb və ya tövsiyə nəzərdə tutulmamışdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1325 Tarix: 22 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKonqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
Konqo Demokratik Respublikasının (KDR) şərqində davam edən böyük vəba epidemiyası nəticəsində cari ilin əvvəlindən bəri yoluxanların sayı 60 mini ötüb. -ın xəbərinə görə, bu barədə RFI radiostansiyası məlumat verib. Bildirilib ki, xəstəliyin yayılması ilə əlaqədar KDR və qonşu Konqo Respublikasının hakimiyyə
09.11.2026 205 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
09.11.2026 198 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
09.11.2026 225 Şəhid qardaşı Avrasiya çempionu oldu
İdmançımız Avrasiya çempionatında uğur qazanıb. xəbər verir ki, Elmir Rzalı INBA (Beynəlxalq Natural Bodibildinq Assosiasiyası) tərəfindən təşkil olunan Avrasiya çempionatında uğurla çıxış edib. Belə ki, o, "Men"s Physique" kateqoriyası üzrə mübarizədə birinci yeri tutaraq çempionatı
09.11.2026 195 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 210 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 174 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 204 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
09.11.2026 203 Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb
Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərinə güclü qar yağıb. APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Quba rayonunun Qrız kəndində 27 santimetr, Xınalıq kəndində 25 santimetr, Qusar rayonunun Laza kəndində isə 20 santimetrə çatıb. Qeyd edək ki, güclü qar yağması səbəbində
09.11.2026 217