Prezidentdən Pasxa ilə bağlı təbrik
Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
BiG.AZ xəbər verir ki, dövlət başçısının təbrikində deyilir:
"Hörmətli həmvətənlər!
Müqəddəs Pasxa bayramı münasibətilə sizi və Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə cansağlığı və xoşbəxtlik arzularımı yetirirəm.
Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. Yüksək birgəyaşayış mədəniyyətinin hökm sürdüyü ölkəmizdə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq və qardaşlıq münasibətləri formalaşmışdır. Cəmiyyətimizdə etnomədəni rəngarəngliyin, zəngin multikultural dəyərlərin, çoxəsrlik tolerantlıq ənənələrinin qorunub saxlanılması və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Müxtəlif xalqların mədəni irsinə hərtərəfli diqqət və qayğının təmin edildiyi Azərbaycan nümunəvi dövlət – din münasibətlərinin mövcud olduğu nadir ölkələrdəndir. Belə bir milli-mənəvi həmrəylik şəraitində xristian həmvətənlərimiz öz adət-ənənələrini, dini inanclarını, dil və mədəniyyətini yaşadır, vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək, ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.
Əziz dostlar!
Hər il Azərbaycanda təntənə ilə bayram etdiyiniz Pasxa yeniliyin, dirçəlişin, mərhəmət və şəfqət duyğularının təcəssümüdür. Bu əziz gündə hamınıza bir daha xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.
Bayramınız mübarək olsun!"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 937 Tarix: 22 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü keçirilib. xəbər verir ki, bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir
31.08.2026 122 Övladınız "Sən mənim həyatımı məhv etdin" deyirsə, belə cavab verin
Yetkin övladdan "sən mənim həyatımı məhv etdin" sözlərini eşitmək valideyn üçün olduqca ağır ola bilər. Belə vəziyyətdə valideynlər çox vaxt ya özlərini müdafiə etməyə, ya üzr istəməyə, ya da qəzəblə cavab verməyə başlayırlar. Psixoloqlar isə başqa yanaşma təklif edirlər. xarici mediaya istinadə
31.08.2026 181 İsrail Türkiyə sərhədində "Axilles Qalxanı" qurur
İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində genişmiqyaslı müdafiə müqaviləsi imzalayıblar. xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Sazişə əsasən, İsrail tərəfi Afinanın ehtiyacları üçün qabaqcıl, çoxsəviyyəli hava hücumundan və raketlərdən müdafiə sistemi quracaq
31.08.2026 157 Sentyabrın ilk günü də yağış yağacaq
Sentyabarın 1-də havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli yağıntının intensiv olacağı
31.08.2026 239 Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq
Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə
31.08.2026 175 Amazonda çayın 6 kilometrlik hissəsi 86 dərəcəyə qədər qızır: Səbəb yerin altındadır
Peru Amazonunda suyu çaya düşən kiçik heyvanları belə bişirə biləcək qədər isti olan çay axır. Altı kilometr uzunluğundakı hissədə suyun temperaturu 86 dərəcəyə çatır. Yerli sakinlər bu çayı Şanay-Timpişka adlandırırlar. Adı "günəşin istisindən qaynayan" mənasını verir. Qaynarinfo xəbər veri
31.08.2026 122 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi
Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə
31.08.2026 358 İstehlak kreditlərinin artmasının əsas səbəbləri nələrdir?
"İstehlak kreditlərinin həcminin artmasının əsas səbəblərindən biri əhalinin gündəlik xərcləri ilə gəlirləri arasında yaranan fərqdir. İnsanların mənzil, avtomobil, məişət texnikası, təhsil, səhiyyə və digər ehtiyaclarını qarşılamaq üçün böyük məbləğə ehtiyacı yarandıqda, həmin vəsaiti uzun müddə
31.08.2026 194 "ŞƏT-in formalaşdığı dövrdən bu günə qədər dünya siyasətində ciddi dəyişikliklər baş verib" - BƏHRUZ QULİYEV
"Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkekdə keçirilən sammiti 2026-cı ilin mühüm beynəlxalq siyasi hadisələrindən biri kimi diqqət çəkir. Avqustun 31-dən sentyabrın 1-dək Qırğızıstanın paytaxtında təşkil olunan görüşdə müxtəlif qitələri və siyasi-iqtisadi mərkəzləri təmsil edən dövlətlərin liderlər
31.08.2026 220