Bakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLAR

Bakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARAvtomobil ustası olan Azər Əhmədov bir neçə ildir ki, "Zapı", "Zaporoji" kimi tanınan "Zaporojets" (ZAZ) markalı avtomobilləri toplamaqla məşğuldur. Hazırda qarajında 50-dən çox bu markadan olan avtomobil var. Onlardan ən köhnəsi isə 1962-ci il istehsalıdır.

Bakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBurada ZAZ markasının bütün modellərinə rast gəlmək mümkündür, əksəriyyəti də işlək vəziyyətdədir. Özünün dediyinə görə, indiyə qədər 100-dən çox "Zaporoji" əldə edib. Təmir etdikdən sonra isə onların bir hissəsini satıb.

Kolleksiyada ən bahalı avtomobil 1962-ci il istehsalı olan göy rəngli ZAZ-dır.

Bu avtomobilin hər iki qapısı geriyə doğru açılır. Digər özəlliyi isə odur ki, yanacaq çəni avtomobilin ön hissəsindədir.

Hazırkı qiyməti nə az, nə çox, 20 min manatdan artıqdır.

Azər ustanın bu avtomobillərə həvəsi hələ uşaq ikən yaranıb. İndi də harada baxımsız vəziyyətdə qalan "Zaporoji" görsə, alıb emalatxanasına gətirir.

Kolleksiyaçı bildirir ki, bu avtomobillər iki cür olur, 30-luq və 40-lıq.

"Babamda həm 30-luq, həm də 40-lıq model var idi. Uşaqlıqdan "Zaporoji"yə olan sevgim məni "Zapı" ustası etdi", - deyə Azər qeyd edib.

Azərin sözlərinə görə, retro maşınları bölgələrdən və şəhərin özündən tapır.

"Görürsən maşın çürüyür, sahibi deyir ki, "satım, heyif olmasın". Onun təmiri 3-4 ay vaxt aparır. Çünki, köhnə model olduğundan ehtiyat hissələri tapılmır", - deyə Azər Əhmədov bildirib.

Ustanın fikrincə, bu avtomobillərdən gəzinti üçün istifadə etmək daha məqsədəuyğundur. Çünki, "Zaporoji"lərin bəzi xüsusiyyətləri onunla uzun yol qət etməyə imkan vermir.

Digər avtomobillərdən fərqli olaraq, bunların mühərriki arxa hissədə yerləşir. Bunlar adətən küləklə soyuyur. Su sistemi yoxdur. Avtomobilin mühərrikinin "qızması" riski çoxdur.

Digər bir özəlliyi isə ondan ibarətdir ki, bu avtomobillərlə balıq tutmaq mümkündür. Bunlarda balıq tutmaq üçün yer olur. Salonda yeri var. Bu avtomobil ona görə istehsal edilib ki, ondan zövq alasan.

Azərin ən çox sevdiyi model "ZAZ-966"dır. Həmin avtomobilə dəfələrlə iri məbləğdə pul təklif edilsə də, satmayıb.

Ustanın emalatxanasında ötən əsrin 50-ci illərində istehsal olunan "Moskviç" və digər retro avtomobillər də var. (Sputnik.az)

Bakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLARBakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTOLAR


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2133   Tarix: 22 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

08.11.2026 240
.

Tək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı

Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə

03.11.2026 627
.

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on

01.11.2026 476
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 596
.

111 mindən çox hörümçəyin yaşadığı nəhəng tor aşkarlandı

Yunanıstan və Albaniya sərhədində yerləşən kükürdlü mağarada 106 kvadratmetr sahəni əhatə edən nəhəng hörümçək toru aşkar edilib. xəbər verir ki, araşdırmaya görə, burada iki fərqli növə aid 11 mindən çox hörümçək yaşayır. Bu növlər adətən tək yaşasalar da, mağarada birlikdə böyük koloniya yaradıblar

08.11.2026 232
.

Dezinfeksiya xidməti

Dezinfeksiya xidməti göstərən şirkət gəmiricilərə, parazitlərə , virus və infeksiyaların patogenlərinə qarşı uğurla mübarizə aparır. Dezinfeksiya şirkətləri minlərlə obyektin təhlükəsizliyini təmin edir, Bakı və Azərbaycan üzrə yüz minlərlə sakin üçün rahat iş və yaşayış şəraiti yaradır. Dezinfeksiy

02.11.2026 1619
.

"Onların pulu ancaq bədən kəsdirməyə gedir"

Əməkdar artist Elza Seyidcahan xanımların xarici görünüşü və sənətə münasibəti ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlib. Axşam.az xəbər verir ki, müğənni "Kəşfet" verilişində qonaq olarkən bir çox ifaçının bir-birinə bənzəməyə çalışdığını bildirib. O, həmçinin onların estetik əməliyyatlar

09.11.2026 213
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 706
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 490
.