Ayın tutulma dəhlizi insanların həyatını necə dəyişəcək?

Ayın tutulma dəhlizi insanların həyatını necə dəyişəcək?30 aprel tarixindən Ayın tutulması ilə müşahidə olunan və mayın 16-na qədər davam edəcək tutulma dəhlizi başlayır. Eyni zamanda Ayın tutulması günü Aydan gələn kölgə Günəşi də örtəcək.

Qədim dövrlərdə bu hadisə bəlalar və bədbəxtlik gətirən pis əlamət hesab olunurdu. Bununla bağlı fikirlərini bölüşən astrofizik Anton Biryukov, media astroloqu Vera Xubelaşvili və astroloq, Rusiya Astrologiya Məktəbinin rektoru Mixail Borodaçov "Veçernyaya Moskva" ("Moskva axşamçağı") şəbəkə yayımı efirində tutulma dəhlizinin nə olduğu və onun nə dərəcədə təhlükəli ola biləcəyi barədə məlumat veriblər.

"Mən astronomam və peşəkar astronomiyada "tutulma dəhlizi" ifadəsi işlənmir. Sadə dillə desək, bu termin adı altında iki tutulma arasındakı vaxt intervalı başa düşülür, çünki bu hadisələr adətən cüt və ya üçqat olur. Bununla bağlı müşahidələrdən məlumatı olan bir insan kimi mənim üçün tutulma yalnız həndəsədir deyə bilərəm", – deyə Biryukov açıqlama verib.

Ancaq astroloqlar fərqli nöqteyi-nəzərdən çıxış ediblər.

"Karma" sözünü sevmirəm, amma bu periodlar məhz belə adlanır. Biz hamımız təkrarlanan müəyyən hadisələrdən keçirik və belə çıxır ki, insan eyni ssenarilər üzrə hərəkət edir. Bu, insanların taleyində dövrlərin dərk edildiyi vaxtdır. Əsasən Buğa və Əqrəb, həmçinin Şir və Dolçalar bu təsir altına daha çox düşəcəklər. Bu periodlar insanın Yer üzündəki varlığının, mövcudluğunun mənasını anlaması üçün baş verir. Aprelin 30-u Valpurgiya gecəsi və ya Cadugər gecəsi (qədim inanclara görə, ifritələrin bayramı - red.) olacaq. Mən istəyirəm ki, baş verənlərin miqyası tam olaraq dərk edilsin. Mistik amillər olduqca çox ola bilər. Bu zaman ərəfəsində səfərə getmək və ya hansısa vacib məsələləri həll etmək tövsiyə olunmur", – deyə Xubelaşvili qeyd edib.

Borodaçov isə vurğulayıb ki, istənilən tutulma insanlara psixoloji təsir göstərir. Atmosferdə və biosferdə güclü dəyişikliklər müşahidə olunmur, lakin istənilən tutulma həmişə insanların həm yaxşı, həm də pis keyfiyyətlərini gücləndirir:

"Yaxşı insanlar daha yaxşı, pislər isə daha pis olurlar. Birlikdə olacağınız insanların dairəsini seçmək lazımdır. Ailəniz və dostlarınızla birlikdə olmalısınız. Bu, daha yüksək enerjilər dövrüdür. Emosiyalar həddindən artıq çox olacaq, çünki Ay, Yer və Günəş bir ox üzərində düzüldükdə hətta kiçik bir mübahisə belə davaya, kiçik bir təşəbbüs isə nəhəng bir layihəyə gətirib çıxara bilər".(oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1160   Tarix: 24 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Turşu xiyarların xarab olmaması üçün nə etməli?

Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank

08.11.2026 232
.

Velosipedi yenidən kəşf etmək də olurmuş... - Fotolar

Nigeriyanın Kebbi əyalətində yaşayan 19 yaşlı Bello Məhəmməd müstəqil şəkildə dizayn edib hazırladığı fövqəladə nəqliyyat vasitəsi ilə dünya rekorduna imza atıb. "Qafqazinfo" xəbər verir ki, peşəkar kömək almadan 2.9 metr hündürlüyündə velosiped quraşdıran gənc "Ginnesin Rekordlar Kitabı"n

06.11.2026 365
.

Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür

Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri

08.11.2026 411
.

Almaniyada müəllim 16 il işə çıxmadan maaş alıb

Almaniyada 62 yaşlı müəllim 16 il ərzində xəstəlik məzuniyyətində olmasına baxmayaraq, rəsmi maaş alıb. Bu müddətdə onun dalğıclıqla məşğul olduğu üzə çıxıb. "Lad Bible" nəşrinə istinadən xəbər verir ki, söhbət Vezel şəhərindəki peşə kollecinin müəlliməsindən gedir. Təhsil müəssisəsi qadın

01.11.2026 471
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

07.11.2026 297
.

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Güclü alqışların və ümumxalq şöhrətinin arxasında məşhur sənətçinin ictimaiyyət qarşısında müzakirə etməməyi üstün tutduğu hadisələr qalıb. Müslüm Maqomayev böyük şöhrətin mənasını erkən yaşlarından öyrənib. 20 yaşında bütün ölkə onun adını bilirdi və pərəstişkarları konsertlərdən sonra saatlarla on

01.11.2026 476
.

Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı

Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar

07.11.2026 302
.

Ofis mebeli seçərkən nələrə diqqət yetirilməlidir ?

Müasir dövrdə ən çox tələb olunan mebellər sırasında ofis mebelləri də var. Ofis mebelləri dedikdə bura müxtəlif mebellər daxildir. ofis kreslosu, ofis divanı, ofis masaları, qeydiyyat şöbəsi üçün masa, müdir kresloları, salon kreslosu, kompüter masası, sənəd dolabı və ofis stol-stulu aiddir. Ofis mebellər

05.11.2026 625
.

Plastik pəncərələr də evə soyuq buraxır - Bu cür həll edin

Soyuq havalarda pəncərələrin kifayət qədər izolyasiya olunmaması evin sürətlə soyumasına və istilik xərclərinin artmasına səbəb ola bilər. Lakin pəncərələri dəyişdirmədən də evdə istiliyi qorumağın bir neçə sadə və effektiv üsulu var. xarici mediaya istinadla xəbər verir ki, pəncərələr evdəki istili

01.11.2026 488
.