Metro tunelində qaçan qızlar bacı imiş - ""TikTok" çəkirdik"

Metro tunelində qaçan qızlar bacı imiş - ""TikTok" çəkirdik"Ötən gün metronun "20 Yanvar" stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, yetkinlik yaşına çatmayan qızların iki bacı olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, qızlar tuneldə "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün video çəkməyi planlaşdırıblar. Belə ki, onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri səhifələrində yerləşdirməyi düşünüblər. Lakin qızlar tunel istiqamətinə qaçan kimi dərhal saxlanılıblar və Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.

İdarədə qızların şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.

Qeyd edək ki, hadisə zamanı dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1852   Tarix: 28 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sumqayıtda oğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib. DİN-ə istinadən xəbər verir ki, zərərçəkən polisə müraciət edərək yaşadığı evdən ümumi dəyəri 400 manat olan qızıl-zinət əşyalarının talandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmu

15.06.2026 203
.

İran-ABŞ razılaşması bizi əlaqədar etmir - İsrailli nazir

Biz təhlükəsizliyimizi təmin etməyən bu razılaşmanın (ABŞ-İran razılaşması - red) tərəfi deyilik və o, heç bir şəkildə bizi əlqədar etmir. Bu sözləri İsrailin milli təhlükəsizlik naziri Ben-Qvir "X" sosial şəbəkə hesabında yazıb. O bildirib ki, İsrail ABŞ-yə tabe deyil, müstəqil və suvere

15.06.2026 182
.

Rusiyada seçkilər zamanı internet söndürüləcək

Rusiyada seçkilər zamanı internet söndürüləcək. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib. Onun sözlərinə görə, buna görə rusiyalılar şikayət etməməlidirlər. "Gəlin, tərəzinin bir gözünə "sən internetə daxil ola bilmirsən"i

15.06.2026 184
.

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Füzulidə avtomobil piyadanı vurub. APA-ya istinadla bildirir ki, hadisə gecə saatlarında "Fin qəsəbəsi" ərazisində baş verib. Asif Balabəyovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 67 yaşlı Şahmurad Quliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerind

15.06.2026 188
.

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı - Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb. MN-dən APA-ya verilən xəbərə görə, başsağlığında deyilir: "Pakista

15.06.2026 129
.

Fon der Leyen: G7 sammitində Rusiyaya təzyiqlərin artırılması müzakirə olunacaq

Ursula von der Leyen bildirib ki, G7 liderlərinin sammitində əsas mövzulardan biri Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırması üçün ona təzyiqlərin artırılması olacaq. xəbər veror ki, o, "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada qeyd edib ki, ötən gecə Ukrayna genişmiqyaslı hücumlar

15.06.2026 133
.

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək. "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 7 vaqondan ibarət, ümumi çəkisi 490 ton buğda tədarük olunacaq. Qatar saat 15:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək

15.06.2026 164
.

Sabahın hava proqnozu açıqlanıb

Sabah Azərbaycanda hava necə olacaq?. İyunun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasə

15.06.2026 195
.

Flora Kərimovanın səhhəti ilə əlaqədar "Bakı gecələri" konserti sentyabr ayına təxirə salındı

Hörmətli tamaşaçılar, media nümayəndələri və Azərbaycan musiqisinin dəyərli sevərləri!. Respublikanın Xalq artisti, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, milyonlarla insanın sevgisini qazanan Flora Kərimovanın səhhəti ilə bağlı yaranmış vəziyyət nəzərə alınaraq, Ocaq Müstəqil Sənət Mərkəz

15.06.2026 219
.

TOP MP3