Qadın öz pişiyinə ərə getdi - FOTO
İngiltərənin paytaxtı Londonda yaşayan iki uşaq anası, 49 yaşlı Debora Hoc öz pişiyindən ayrı düşməmək üçün ona ərə gedib.
BiG.AZ xəbər verir ki, bu barədə "Daily Star" yazır.
Məsələ burasındadır ki, onlar kirayə qalırlar və bir çox ev sahibləri heyvan saxlamağa icazə vermirlər. İndiya ləqəbli 5 yaşlı pişiyini yanında saxlamaq üçün qadın ona ərə getmək qərarına gəlib.
Debora pişiyini bəy kimi bəzədib, London parklarından birində toy mərasimi keçirib.
Mərasimdə qadının dostları iştirak etsələr də, uşaqları analarının dəli olduğunu düşünərək toya gəlməkdən imtina ediblər.
"İtirəcək heç nəyim yoxdur, ona görə də öz pişiyimə ərə getmək qərarına gəldim. Bununla dəhşət çox sevdiyim heyvandan ayrılmamaq niyyətimi bərkitdim. İndiyasız qala bilmirəm. O, möhtəşəm və mehribandır. Övladlarımdan sonra həyatımda ən vacib kəsdir. Ev heyvanları sizin ailənizin üzvünə çevrilir və onlarla ayrılıq ölümə bərabərdir", - deyə Hoc hisslərini ifadə edib.
Deboranın sözlərinə görə, daha öncə qaldığı evin sahibi onu, xaski cinsindən olan Siri və Starşayn itlərini evdə saxlamağa davam etsə, qovulacağı ilə təhdid edib. Hazırda yaşadığı evə isə qadın 5 il öncə köçüb. Bundan əvvəl o, Camal ləqəbli pişiyindən imtina edib və bu ayrılıq onun qəlbini qırıb.
Qadın hazırkı ev yiyəsini bir pişik saxlamağa dilə tutub, lakin mayın 1-də kirayə vaxtı bitir. İşini itirən Hoc evini dəyişməli olacağından qorxur. Yeni ev sahiblərinin onu pişiyindən ayırmamaları üçün qadın belə addım atmaq qərarına gəlib.
"İndiyanı itirməkdən çox qorxuram. Onunla toy etməklə gələcək ev sahiblərinə anlatmaq istəyirəm ki, bizi heç bir halda ayırmaq olmaz və bu pişik mənə övladlarım qədər əzizdir", - deyən Hoc vurğulayıb ki, pişiyindən ayrı düşməkdənsə, küçədə yaşamağı üstün tutur.




Natəvan Baxşiyeva
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1234 Tarix: 28 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...
Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi
12.09.2021 1875 3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar
Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin
17.09.2021 877 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir
Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri
12.09.2021 489 Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO
İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin
16.09.2021 3201 Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm
11.09.2021 659 Doğum evində skandal: 20 il sonra məlum oldu ki...
İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus
12.09.2021 2121 Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə
16.09.2021 877 Körpüyə görün hansı ad verildi - FOTOLAR
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb
15.09.2021 1164