Nazirlik: "Ərzaq təhlükəsizliyi daim diqqət mərkəzindədir"

Nazirlik: "Ərzaq təhlükəsizliyi daim diqqət mərkəzindədir"Ərzaq təhlükəsizliyinin davamlı olaraq möhkəmləndirilməsi Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir.

Bu barədə İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, bu strateji məsələ daim diqqətdə saxlanılır və ərzaq ehtiyatlarına xüsusi önəm verilir:

"Dünyada neqativ meyillərin baş verdiyi, COVID-19 infeksiyasının geniş yayıldığı dövrlərdə də qabaqlayıcı və sistemli tədbirlər nəticəsində ölkəmizdə istehsal-tədarük-istehlak zəncirində heç bir fasilə müşahidə edilməmiş, ərzaq məhsullarının çeşidində və istehlakçıların təminatında hər hansı qırılmalar olmayıb. Bütün bunlar isə, ərzaq təhlükəsizliyinin daha da möhkəmləmləndirilməsi istiqamətində aparılan düzgün və məqsədyönlü siyasi kursun məntiqi nəticəsidir.

Dünya iqtisadiyyatının bir sıra sınaq və çətinliklərlə üzləşdiyi, iqlim dəyişikliyi, enerji, maliyyə, qida və digər bazarlardakı dalğalanmaların müşahidə edildiyi hazırkı dövrdə ərzaq ehtiyatlarının strateji əhəmiyyətini nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsas ərzaq məhsulları üzrə ehtiyatların mütəmadi monitorinqini aparır, əhalinin qida məhsulları ilə təminatına ciddi nəzarət edilir. Nəzarət tədbirləri dövlət qurumlarının koordinasiyası və dövlət-özəl tərəfdaşlığı prinsiplərinə əsasən keçirilir.

Bununla belə, son günlər kütləvi informasiya vasitələrində bəzi ərzaq məhsullarının ehtiyatı barədə müxtəlif məlumatlar yayımlanır.

Bir daha bildiririk ki, ərzaq ehtiyatları daim dövlətin nəzarətindədir və hər hansı hadisənin ərzaq qıtlığına səbəb olacağı ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 606   Tarix: 30 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada seçkilər zamanı internet söndürüləcək

Rusiyada seçkilər zamanı internet söndürüləcək. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib. Onun sözlərinə görə, buna görə rusiyalılar şikayət etməməlidirlər. "Gəlin, tərəzinin bir gözünə "sən internetə daxil ola bilmirsən"i

19:30 2
.

Aydın Kərimov: "Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək"

"Bu gün Şuşada hər il olduğu kimi, çox möhtəşəm bir tədbirə ev sahibliyi edirik. Belə möhtəşəm bir tədbirin, belə gözəl bir bayram günündə məhz Şuşada keçirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır və çox qürurvericidir". xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Prezidentin Şuş

14:45 129
.

Dünya bazarında neft KƏSKİN UCUZLAŞDI

ABŞ və İran arasında sülh sazişinin əldə olunduğu barədə yayılan məlumatlardan sonra qlobal bazarda neft kəskin ucuzlaşıb. xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:15-də Londonun ICE birjasında avqust ayına çatdırılma ilə "Brent" markal

11:30 164
.

"Rusiya hücum edəcək, hazır olun" - Almaniyadan XƏBƏRDARLIQ

Almaniya Silahlı Qüvvələrinin yüksək rütbəli komandirlərindən biri, general-leytenant Kristian Froydinq bildirib ki, Almaniya 2029-cu ilə qədər və ya daha əvvəl Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlı olmalıdır. Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Nəşr yazı

21:15 2
.

Uitkoffla Kuşner Rusiyaya gələcək - Lavrov

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner yaxın vaxtlarda Rusiyaya səfər edəcəklər. xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Əlbəttə, ümid edirik ki, onlar amerikalıların tamamilə öz təklifləri əsasında əld

18:30 1
.

Mahsun Kırmızıgül Bakıda toyda oxudu

Türkiyəli müğənni Mahsun Kırmızıgül Bakıya gəlib. -a istinadən xəbər verir ki, sənətçinin səfərinin məqsədi toy məclisi olub. Kırmızıgül dəbdəbəli toyda iştirak edib. Aparıcılığını Leyla Quliyevanın etdiyi məclisdə Xalq artisti Aygün Kazımova, Əməkdar artist Abbas Bağırov da yer alıb

14:00 177
.

Flora Kərimovanın səhhəti ilə əlaqədar "Bakı gecələri" konserti sentyabr ayına təxirə salındı

Hörmətli tamaşaçılar, media nümayəndələri və Azərbaycan musiqisinin dəyərli sevərləri!. Respublikanın Xalq artisti, Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, milyonlarla insanın sevgisini qazanan Flora Kərimovanın səhhəti ilə bağlı yaranmış vəziyyət nəzərə alınaraq, Ocaq Müstəqil Sənət Mərkəz

17:37 69
.

Bu ölkədə daha bir güclü zəlzələ baş verdi

Filippinin cənubunda 6,6 maqnitudalı zəlzələ qeydə alınıb. "Yeni Sabah" xəbər verir ki, bu barədə Filippinin Dövlət Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar iyunun 15-də Mindanao adası yaxınlığında, Governor Generoso bələdiyyəsindən 16

21:00 1
.

Aİ Rusiyanın Baş prokuroruna sanksiya tətbiq edib

Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edərək, Rusiyaya dost ölkələrdən olanlar da daxil olmaqla 80-dən çox şəxs və təşkilatı qara siyahıya salıb. APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. Rusiyanın baş prokuroru Aleksandr Qutsana və keçmiş ombudsmanı Pave

19:15 1
.

TOP MP3