29 yaşlı Nigarı qətlə yetirən sevgilisinə 40 il həbs cəzası verildi
ABŞ-da 40 yaşlı Erik Eqlstoun Minnesota ştatı Robbinsdeyl şəhərində azərbaycanlı sevgilisini qətlə yetirdiyinə görə 40 il həbs cəzasına məhkum olunub.
Amerika KİV-lərinin məlumatına görə, qətl 2020-ci ilin sonlarında törədilib.
Erik Eqlstoun 29 yaşlı Nigar (Nika) Məmmədzadə ilə birlikdə yaşadığı müddətdə bir qızları da dünyaya gəlib. Lakin onların münasibəti korlandıqdan sonra Nigar anasının yanına köçüb.
12 noyabr 2020-ci il tarixində Nigarın anası işdən qayıtdıqda qızını güllələnmiş halda tapıb. Dərhal polis çağıran qadın cinayəti Eqlstounun törətdiyindən şübhələndiyini bildirib. Nigarın anası öz ifadəsində qeyd edib ki, qızının birlikdə yaşadığı insan keçən axşam onların evində olub və Nigarın başqa insanla münasibət qurmaq planlarına şiddətli şəkildə qısqanclığını ifadə edib.
Eqlstoun həmin gün axşam saat 9 radələrində dostunun evinin yanında tapılıb. O, özünə də bıçaqla zərbələr endirib və intihar etmək istəyib. Yaralı yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Polis Eqlstounun avtomobilində axtarış apararkən Nigarın öldürüldüyü ov tüfəngini aşkar edib. Həmin avtomobilin Nigar Məmmədzadə tərəfindən avtosalonda kirayəyə götürüldüyü aydın olub.
Minnesota ştatının ədliyyə sisteminin hökm qaydaları prinsiplərinə əsasən, bu qəbildən olan qətllər üçün maksimum cəza 306 ay təşkil edir. Lakin rayon prokurorluğunun açıqlamasına görə, ağırlaşdırıcı hallar bu cəzanın daha sərt olmasına səbəb olub.
Nigar Məmmədzadə universiteti Bakıda bitirib, yapon dili ixtisası üzrə magistr dərəcəsi alıb və altı dildə sərbəst danışırdı. Həmkarları məhkəmədəki ifadələrində xoşbəxtlik üçün ABŞ-a getmiş, lakin faciəli ölümlə üzləşmiş N.Məmmədzadənin mehribanlığını, məsuliyyətli və həyat dolu olmağını xüsusi vurğulayıblar.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2289 Tarix: 30 aprel 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİran İordaniyadakı ABŞ bazalarına zərbələr endirdiyini açıqladı
İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) zərbələrdən sonra İordaniyadakı ABŞ hərbi bazalarının infrastrukturunun məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. İİKK-nın bəyanatında bildirilir ki, "ABŞ-ın iki bazasında texniki xidmət infrastrukturu və qırıcı təyyarələri
31.08.2026 193 Məşhur aktyor bacısının toyuna niyə getmədi?
Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib. O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyü
31.08.2026 268 İlham Əliyev və Nikol Paşinyan Bişkekdə nələri müzakirə etdilər? - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş keçirib. AZƏRTAC-a istinadən xəbər verir ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirv
31.08.2026 593 "Leobank" şikayət:" Kreditimi bağlamışam, amma tətbiqdən silinmir"
Şikayətim "Leobank"dandır. Avqust ayında kredit məbləği tam bağladığım halda tətbiqdə silinmir. xəbər verir ki, bu barədə sözügedən bankın müştərisi Həsənov Cümşüd sosial şəbəkədə yazıb. O bildirib ki, müraciətlərinə də baxılmır:. "Sorğu yaratdılar, avqustun 21-nə çəkdi, sonra uzatdıla
31.08.2026 179 Astarada şəhid ailələri üçün mənzillər alınacaq: 4 milyon manata yaxın vəsait xərclənəcək
"Sosial Xidmətlər Agentliyi" publik hüquqi şəxsi (PHŞ) əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Astara rayonunda mənzillərin satın alınması ilə bağlı açıq tender elan edib. -ın əldə etdiyi məlumata görə, tender üzrə ehtimal olunan qiymət 3 milyon 825 min manatdır. Satınalma sənədlərin
31.08.2026 188 Qızıl ucuzlaşdı
Comex birjasında qızıl fyuçersinin qiyməti avqustun 19-dan bəri ilk dəfə bir troya unsiyası üçün 4 450 dollardan aşağı düşüb. xəbər verir ki, bunu birja məlumatları göstərir. Bakı vaxtı ilə saat 06:48-ə olan vəziyyətə görə, qızılın qiyməti 1,86% ucuzlaşaraq bir troya unsiyası üçün $4 445,6 təşkil edib
31.08.2026 115 Azərbaycanın Avrasiya siyasətində yeni mərhələ: ŞƏT platforması və Bakı
"Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün Qırğızıstana səfəri Avrasiya geosiyasi məkanında baş verən dəyişikliklər fonunda Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi davamıdır. Səfər Azərbaycanı
31.08.2026 234 Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq
ABŞ ötən gecə İranın həyata keçirdiyi hücumlara cavab verəcək. Bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a açıqlamasında deyib. "Biz onları çox sərt vuracağıq", - Tramp deyib. Qeyd edək ki, ötən gecə ABŞ İranın Larak adasında raket qurğularını hədəfə alan hücumlar həyata keçirib
31.08.2026 142 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - VİDEO
Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. 17:02. Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezident
31.08.2026 314