Zelenskinin bir günü necə keçir?
"Time" jurnalında Saymon Şuster tərəfindən dərc edilmiş "Zelenskinin Dünyasında" məqaləsində Ukrayna dövlət başçısı Zelenskinin bir gününün necə keçdiyi, yaşadıqları, hiss etdikləri və s. məlumatlar yer alıb.
Rusiyanın Ukrayna ilə müharibə əməliyyatlarına başlamasından iki aydan çox zaman keçib. Bu zaman müddətində Ukrayna dövlət başçısı Zelenskinin Kiev şəhəri, Bankova küçəsində yerləşən qərargahında tarixi anlar yaşanıb. İlk dəfə cəbhə xəttinə getdikdə nələr hiss etdi?
İki aydır televiziyalarda üzərində xaki rəngdə eyni köynəklə görməyə alışdığımız Ukrayna lideri çiyinlərində bir ölkənin məsuliyyətini daşıyır. Uzun zamandır Kievdə yerləşən Prezident qərargahındadır və gecələr onun üçün çox çətin keçir. Yatmazdan əvvəl əsasən telefonuna baxır, gün ərzində oxuya bilmədiyi mesajları gözdən keçirir ki, bu mesajların çoxunu həyat yoldaşı və övladları, məsləhətçiləri və komandirlər göndərir.
Bəzi gecələr isə heç yatmır. "Əgər yuxuya getsəm, nə olacaq? Hazırda hər an hər şey baş verə bilər" – deyə o, yuxusuz gecələrini izah edir. Ukrayna dövlət başçısı dünyada bir çox insanın müharibəni sosial mediadan izlədiyini söyləyib. "İnsanlar müharibəni İnstagramda, sosial mediadan görürlər. Darıxanda isə ekranı aşağı sürüşdürürlər" – deyə o bildirib.
Zelenski komediya aktyorluğundan qalan yumor hissinin onun ayaqda qalmaq səbəblərindən biri olduğunu vurğulayıb. Rusiyanın ölkəyə müdaxiləsinin ilk günlərində saat 05:00-da ölkə üzrə bütün əsgərlərdən vəziyyətlə bağlı hesabatlar alırdı. Kievdə Prezident sarayının yerləşdiyi Bankova küçəsinin ərazisi nəqliyyat vasitələrinin hərəkətinə qapalıdır. Buradan keçmək istəyən piyadalar isə əsgərlərə parolu deyərək keçir.
Bu fövqəladə hallarda təhlükəsizlik protokolunda da bir az qarışıqlıq yaranıb. Məsələn, Zelenskinin başına bir iş gələcəyi təqdirdə ölkənin idarəetməsini əlinə alacaq insan – Parlament rəhbəri Ruslan Stefançuk səhərlər Bankovaya gəlir. Yəni dövlət üçün iki əhəmiyyətli insan eyni bölgədə bir növ hədəf olma riski daşıyır. İkisi də gülləkeçirməz jiletlər geyinir.
ABŞ və Birləşmiş Krallıq Zelensiyə təhlükəsizlik səbəbilə hökuməti Kievdən təxliyə etməyi təklif etdikdə Zelenski "Maşına deyil, sursata ehtiyacım var" şəklində cavab vermişdi. Yaxın mühafizəçiləri də Zelenskiyə təxliyə variantını düşünməyi məsləhət görürlər. Prezident ofisi izdihamlı bir məhlədə yerləşir və düşmən snayperləri bu məhlədəki binaların birinin yuxarı mərtəbələrinə yerləşərək təhlükə yarada bilər.
Zelenski müharibədən bir gün sonra 25 fevral 2022-ci il tarixində Prezident ofisindən kənara çıxaraq əl telefonu ilə 40 saniyəlik bir video çəkdi və bu video Ukraynanın dirənişində bir dönüş nöqtəsi olaraq şərh olundu.
Dövlət başçısı həmin günlərdə bəzi dövlət rəsmilərinə ailələrinin təxliyə etmək üçün zamana ehtiyac varsa, bunu dərhal etmələrini və daha sonra iş başına dönmələrini söyləyib.
Zelenskinin ofisində gündəlik işlərdən biri də əsasən hadisələrin gedişatının sosial media kanallarından izlənilməsidir. Bununla bağIı Zelenski bildirib ki, bəzən ordu rəsmi olaraq hesabat vermədən öncə nələrisə sosial mediadan öyrəndikləri də olur.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1019 Tarix: 01 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu
Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində
09.11.2026 177 "Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi
"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"
09.11.2026 168 Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı
Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus
09.11.2026 174 Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
Qanada 28 yaşlı kişi varlanmaq məqsədilə üç gün tabutun içində qalıb. xəbər verir ki, bu barədə "My Joy Online" nəşri məlumat yayıb. Hadisə yerli ovçunun qəbiristanlıqda gəzərkən tabut aşkar etməsi ilə üzə çıxıb. Ovçunun itləri tabuta yaxınlaşdıqdan sonra kişi onun içərisində kiminsə olduğunda
09.11.2026 140 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
09.11.2026 210 Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın
09.11.2026 123 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 204 Xəyanət qalmaqalı "Nvidia"nın səhmlərini ucuzlaşdırdı
ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın səhmləri şirkətin baş direktoru Jensen Huanq ətrafında yaranan qalmaqal fonunda 4 faizdən çox ucuzlaşıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik yazır ki, noyabrın 9-da birjadankənar ticarətd
09.11.2026 184 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
09.11.2026 196