Azərbaycanda polisə güllə atan narkokuryeri xidməti silahla vuraraq saxladılar
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə iki nəfərin qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlanaraq həyata keçirilib. Onlardan biri, əvvəllər də narkotiklərin qanunsuz dövriyyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22 kq marixuana, dörd kq heroin, altı kq psixotrop maddə metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib.
Vüqar Cəfərovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi "Opel" markalı avtomobillə qaçmağa cəhd göstərsə də polislər buna imkan verməyiblər. Polisə tabe olmayan həmin şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına atəş açaraq onların həyat və sağlamlığına böyük təhlükə yaradıb.
Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq, həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində saxlanılıb.
Rövşən Qasımova ilkin tibbi yardım edilib və o, xəstəxanaya yerləşdirilib. Ondan bir ədəd "Makarov" markalı tapança, patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik kartlar və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 818 Tarix: 02 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİsrail və Yunanıstandan 3 milyard avroluq hərbi saziş - Şərqi Aralıq dənizində nə dəyişir? - POLİTOLOQDAN AÇIQLAMA
İsrail və Yunanıstan arasında hərbi əməkdaşlığın yeni mərhələsi başlayıb. İki ölkə arasında təxminən 3 milyard avro dəyərində "Aşil Qalxanı" adlı böyük müdafiə sazişi imzalanıb. Razılaşmaya əsasən, İsrail Yunanıstanda müxtəlif təhdidlərə qarşı nəzərdə tutulan çoxqatlı hava hücumundan müdafi
31.08.2026 385 İsrail Türkiyə sərhədində "Axilles Qalxanı" qurur
İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində genişmiqyaslı müdafiə müqaviləsi imzalayıblar. xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Sazişə əsasən, İsrail tərəfi Afinanın ehtiyacları üçün qabaqcıl, çoxsəviyyəli hava hücumundan və raketlərdən müdafiə sistemi quracaq
31.08.2026 157 Prezident Putinlə ayaqüstü söhbət etdi - Fotolar
Bişkekdə səfərdə olan Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva BMT-nin Baş katibi Antonio Quterreş, Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emoməli Rahmon və Pakistanın Baş naziri Şahbaz Şəriflə ayaqüstü söhbət edib. "Qafqazinfo" həmin an lentə alınmı
31.08.2026 243 Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü keçirilib. xəbər verir ki, bu barədə "Report"un Qırğızıstana ezam olunmuş əməkdaşı xəbər verir
31.08.2026 122 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - VİDEO
Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. 17:02. Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezident
31.08.2026 314 Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi
Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə
31.08.2026 358 Rusiyanın Kiyevə qarşı dron hücumu beşinci günə qədəm qoyur və paytaxtda həyatı pozur
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə və ətraf bölgəyə dron hücumları bazar ertəsi günündən beşinci günə qədər davam edib və demək olar ki, gecə-gündüz hava hücumu sirenləri milyonlarla insanın gündəlik həyatını pozub. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, regional qubernator Timur Tkaçenko Telegram-d
31.08.2026 196 Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq
Veysəloğlu Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə
31.08.2026 175 Bakıda anbardan 70 min manatlıq telefon və aksesuarlar oğurlandı
Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar. DİN-dən -a verilən məlumata görə, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsus anbardan ümumi dəyəri 70 min manata yaxın mobil telefon və aksesuarların oğurlanması barədə polisə məlumat daxi
31.08.2026 189