"TikTok"da narkotik satışı, gənclərin alçaldılması... - ÇARƏ NƏDİR?
Son zamanlar sosial şəbəkələrdə, əsasən də "TikTok" səhifələrində yeniyetmə və gənclərin kimisə alçaldıb videoya çəkməsinin və narkotik maddələrin təbliğatının şahidi oluruq. Bəs bunun qarşısını necə almaq olar?
Məsələ ilə bağlı Sonxeber.az-a ilahiyyatçı, Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov açıqlama verib.
O, mövzuya dəfələrlə toxunulduğunu və görüntülər yayıldıqda dərhal tədbir görüldüyünü qeyd edib:
"Əslində sosial şəbəkələr dəyərlərimizi təbliğ etməyə, maarifləndirmə aparmağa yaxşı bir imkandır. İnsanların da əsas istiqaməti bu olmalıdır. Amma təssüf ki, bəzən gənclərin yalnış addım atdıqlarını görürük. Bu, birmənalı olaraq yaxşı hal deyil.
Hesab edirəm ki, belə hadisələr olan zaman bununla bağlı aidiyyəti orqanlar lazımi addımlar atırlar və kimsə belə halla rastlaşarsa, mütləq məlumat verməlidir ki, müvafiq dövlət qurumları tədbir görsünlər.
Sosial şəbəkələrdən həm müsbət, həm də mənfi yöndə istifadə etmək olur. Lakin təssüf ki, təkcə "TikTok" yox, bir sıra hallarda digər sosial şəbəkələrdən də müxtəlif, xoşa gəlməyən məqsədlərlə istifadə olunduğunun şahidi oluruq. Son günlərdə sosial şəbəkələr vasitəsilə hətta narkotik satışı da həyata keçirilir. Bu isə yolverilməzdir!
Düşünürəm ki, burada bizim iki yolumuz var:
1. İnzibati qaydada sosial şəbəkələrin fəaliyyətinin dayandırılması. Bu, beynəlxalq müstəvidə qəbul edilmir. İnsan hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunur.
2. İnsanlar özləri anlasınlar ki, bu, kütləvi, ictimai bir yerdir. Burada hər bir insan öz davranışına, əməlinə ciddi nəzarət etməlidir. Belə hallar isə yolverilməzdir.
Biz öz dəyərlərimizi qorumalıyıq, insanlara mənəvi dəyərləri təbliğ etməliyik".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 753 Tarix: 09 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Söyüş yayan hesablara qarşı tədbirlər görülməlidir"
"Söyüş yayan sosial media hesablarına qarşı tədbirlər görülməlidir". "Qafqazinfo" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən iclasında "İnformasiya, informasiyalaşdırm
08.06.2026 204 BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU - "Mühazirələr kosmosdan yayımlanacaq?"
Bakı Dövlət Universitetinin Hüquq fakültəsində əlavə təhsil forması üzrə təhsil haqqı artırılıb. Bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb. Məlumata görə, Hüquq fakültəsində ikinci ali təhsil üzrə illik təhsil haqqı 5500 manatdan 7600 manata qaldırılıb. Beləliklə, illi
08.06.2026 209 "Sosial şəbəkələrdə məqsədsiz vaxt keçirilməsini məhdudlaşdırırıq"
"Hesab edirəm ki, jurnalist camiəsinin üzərinə düşən əsas vəzifə bu qanundan irəli gələn məsələlərin cəmiyyətə düzgün izah edilməsidir". "Qafqazinfo" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli Milli Məclisin İnsan hüquqları
08.06.2026 195 İsrail Tehranı iki istiqamətdə bombalayır
Bu gecədən etibarən başlayan İran-İsrail savaşı davam edir. xəbər verir ki, hər iki ölkə bir birinə raket və aviabomba zərbələri endirir. Az öncə gələn xəbərlərə görə, İsrail aviasiyası Tehranın qərb və cənubunu bombalayıb. Qeşm adası istiqamətində isə İran HHM-lərinin işə düşdüyü bildirilir. Bunda
08.06.2026 174 "Bunu üstünlük hesab edirlər, amma acizlikdir…" - İradədən tənqid
"Bəzi qızlar deyir ki, anamın evində bir yumurta belə bişirməmişəm. Bunu üstünlük sayırlar, amma acizlikdir". xəbər verir ki,bu sözləri müğəni İradə İbrahimova "İncə səhər" verilişində deyib. Sənətçi bildirib ki, uşaqlar valideynlərin onlar üçün çəkdiyi əziyyəti anlamalıdırlar:. "B
08.06.2026 172 9-cu sinif şagirdindən uğurlu nəticə - FOTO
Bakı İstanbul Liseyinin 9-cu sinif şagirdi təhsilini fərqlənmə ilə başa vurub. -ın məlumatına görə, Eyvazlı Ahu Akif qızı 9 illik ümumi orta təhsil pilləsini böyük müvəffəqiyyətlə tamamlayıb. Nümunəvi davranışı və yüksək göstəriciləri ilə seçilən Ahu Eyvazlı orta məktəbin 9-cu sinfini fərqlənmə attestat
08.06.2026 201 "Afrika-Azərbaycan münasibətləri artıq strateji mərhələyə keçib" - Rəna Qəfərova ilə MÜSAHİBƏ
"Afrika-Azərbaycan münasibətləri artıq strateji mərhələyə keçib. Afrika ölkələri ilə Azərbaycan arasında siyasi münasibətlər ildən-ilə artmaqdadır. Amma iqtisadi münasibətləri biz çalışırıq ki, ölkələr arasında artıraq". Bu sözləri Africa-Azerbaijan Cooperation təşkilatının təsisçisi və icraç
08.06.2026 242 Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir: dron savaşları genişlənir
Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq klassik cəbhə döyüşlərindən daha çox yüksək texnologiyalı pilotsuz aparat savaşına çevrilir. Son həftələrdə həm Ukrayna, həm də Rusiya tərəfi qarşılıqlı şəkildə iri dron hücumları həyata keçirib. Xüsusilə Rusiyanın paytaxtı Moskva və bir sıra stratej
08.06.2026 220 Fərdi ev tikintisi: icazə, layihə və rüsumlar necə hesablanır?
"Vətəndaş öz mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində onun təyinatına uyğun şəkildə tikinti apara bilər. Fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələri torpaqları olmalıdır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzv
08.06.2026 219