3 yaşlı Arzunun ölümü ilə bağlı həkimə verilən bəraət ləğv edildi
Sumqayıt Apellyasiya Məhkəməsi 3 yaşlı Arzu Qurbanlının ölümünə görə Sumqayıt Şəhər Məhkəməsinin "Real" Tibb Mərkəzinin həkimi İsmayıl Qənbərov barəsində verdiyi bəraət hökmünü ləğv edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, uzun prosesdən sonra burun əməliyyatı vaxtı ölən azyaşlının ailəsinin şikayəti, eləcə də prokurorluğun protesti əsasında həkim-anestezioloq barəsində ittihamedici hökm çıxarılıb. Apellyasiya məhkəməsi 1968-ci il təvəllüdlü həkimin Cinayət Məcəlləsinin 124.1 (Ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilib. Ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Həmçinin İsmayıl Qənbərov təyin edilmiş cəzadan "8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin Qərarı tətbiq edilməklə azad edilib. Arzu Qənbərlinin ailəsi tərəfindən irəli sürülmüş mülki iddia üzrə mənəvi zərərə görə 5000 manatın təqsirləndirilən şəxsdən tutaraq mərhumun ailəsinə ödnilməsinə qərar verilib.
Qeyd edək ki, bu iş Ali Məhkəməyədək uzanıb. Belə ki, Sumqayıt şəhər sakini, 2013-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Sumqayıt Şəhər Məhkəməsi ölümə səbəb olan həkimə bəraət verib. Daha sonra Apellyasiya Məhkəməsi də həmin hökmü qüvvədə saxlayıb. Arzunun ailəsinin Ali Məhkəməyə müraciətindən sonra iş yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılıb.
Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 3 yaşlı uşaq əməliyyat zamanı anestezioloq İsmayıl Qənbərov tərəfindən "Kolipsol" dərman preparatının normadan artıq verildiyi üçün ölüb. Belə ki, dərmanın profilaktikasını düzgün aparmayan həkim uşağın qusmasına və qusuntunun nəfəs borusuna düşməsi səbəbindən boğularaq ölməsinə səbəb olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3080 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678