Generalın adından istifadə edən "Lombard Mazbura"ya HÖKM OXUNDU
Bakıda çoxsaylı şikayətlər əsasında barəsində cinayət işi açılmış, lombard fəaliyyəti ilə məşğul olan Mazbura Əliyevaya hökm oxunub.
"Qafqazinfo"nun məlumatına görə, 1960-cı il təvəllüdlü M.Əliyeva Nizami Rayon Məhkəməsində Cinayət Məcəlləsinin dələduzluq maddəsinin dörd bəndi (178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4) ilə ittiham edilib. Məhkəmənin hökmü ilə ona dörd il üç ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
İş üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Həmin şəxslər müxtəlif vaxtlarda M.Əliyeva və oğluna onların işlətdikləri lombardlarda qızıl-zinət əşyaları verib, faizlə pul götürdüklərini, lakin daha sonra bütün pulları faizləri ilə birgə geri qaytarsalar da, qızıllarını ala bilmədiklərini deyiblər. Şikayətçilər həmçinin qeyd ediblər ki, M.Əliyeva tanınmış generallardan birinin adını çəkərək vətəndaşların etibarını qazanıb və daha sonra itib, aldığı qızılları geri qaytarmaqdan yayınmağa başlayıb.
O da məlum olub ki, Mazbura Əliyeva bir çox şəxslərə özünü Nəzakət adı ilə təqdim edib.
Zərərçəkmişlərdən bəziləri işə rayon məhkəməsində deyil, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını, onlara ümumilikdə külli miqdarda ziyanın dəydiyini, cinayət işinin qanunla müəyyən edilmiş maddəyə uyğun, yəni 178.3.2-ci maddəsi ilə açılmadığını deyiblər.
M.Əliyeva isə ifadəsində özünü qismən təqsirli bilib:
"25 ilə yaxın bu işlə məşğul olmuşam, heç kimin pulunu yeməmişəm. Əgər dələduzluq etmişəmsə, niyə indi evsiz, işsizəm? 2018-ci ildə mənə pul atdılar. 10.04.2017-ci il tarixdə isə bizim maşından qızıl-zinət əşyaları və pul oğurlandı. Bunlara görə həmin vaxt polisə şikayət etmişdik. Türkiyədən qızıl daşımaq məsələsinə qoşuldum, işi başsız buraxdım. Olmamağından istifadə etdilər. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi üçün mənə vaxt vermələrini, şikayət etməmələrini xahiş etmişəm. Əmlakımı satıb onların pulunu qaytarmaq istəmişəm, lakin həbs olundum. İmkansızlıqdan iki anasız nəvəmi Mərdəkanda uşaq evinə verdim. Mənə hansı cəza verilməsindən asılı olmayaraq, azadlığa çıxsam, dəymiş ziyanı ödəyəcəm. Mənə borclu olan şəxslər var. Hazırda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməyə imkanım yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl iş adamı Vüqar Bəkirov da M.Əliyevanın ona qarşı dələduzluq etdiyini, 500 min manat dəyəri olan brilyantlarını ələ keçirdiyini bildirmişdi. O, həmçinin iddia etmişdi ki, M.Əliyevanın arxasında Bakı Şəhər Prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov dayanır.
Onu da əlavə edək ki, Müşfiq Abbasov barəsində Səbail Rayon Məhkəməsinin hökmü ilə üç il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Belə ki, Müşfiq Abbasov İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın ona qarşı hazırladığı sui-qəsdlə bağlı cinayət işini araşdırıb. Bu işdə bir çox saxtakarlığa yol verdiyi müəyyən edilib. Bundan sonra Müşfiq Abbasov prokurorluq orqanlarından xaric olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1462 Tarix: 10 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO
Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını
18.09.2021 428 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO
Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət
18.09.2021 2568 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678