Prezident İlham Əliyevin Şuşada müraciəti – VİDEO

Prezident İlham Əliyevin Şuşada müraciəti – VİDEOMayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciət edib.

AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edir.

Prezident İlham Əliyevin müraciəti:

- Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişəm. Keçən il mayın 10-da Naxçıvanda idim. Bu il mayın 10-da isə Qarabağdayam, işğaldan azad edilmiş Qarabağda.

Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik.

2003-cü ildə Azərbaycan xalqı ilk dəfə mənə etimad göstərərək bir daha Ulu Öndərin siyasətinə sədaqətini nümayiş etdirdi. Mən isə öz növbəmdə demişdim ki, əgər xalq etimad göstərərsə, mən prezident kimi Heydər Əliyev yolu ilə gedəcəyəm, bu yoldan dönməyəcəyəm və ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyəm. Buna and içmişdim. Xoşbəxt adamam ki, bu anda sadiq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurda Azərbaycan bayrağı dalğalanır. Arxamdakı inzibati binanın damında Şuşanın alınmasından sonra Azərbaycan bayrağı qaldırılmışdır və binanın damından müzəffər Azərbaycan əsgərləri Şuşanın azad olunması ilə bağlı mənə raport vermişlər. Bu gün mayın 10-da mən yenidən Ulu Öndərin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə edərək Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da xalqımızın, dövlətimizin inkişafı, müstəqilliyimizin möhkəmləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəm.

Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.

Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1274   Tarix: 10 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Məşhur aktyor bacısının toyuna niyə getmədi?

Türkiyəli məşhur aktyor Burak Özçivit bacısı Burçun Özçivitin toyunda iştirak etməməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. xəbər verir ki, aktyor yazılan mənfi şərhlər səbəbindən sosial şəbəkə hesabında sərt paylaşım edib. O bildirib ki, bütün ailə xoşbəxt olduğu halda yeni evlənən cütlüyü

18:15 32
.

İsrail və Yunanıstandan 3 milyard avroluq hərbi saziş - Şərqi Aralıq dənizində nə dəyişir? - POLİTOLOQDAN AÇIQLAMA

İsrail və Yunanıstan arasında hərbi əməkdaşlığın yeni mərhələsi başlayıb. İki ölkə arasında təxminən 3 milyard avro dəyərində "Aşil Qalxanı" adlı böyük müdafiə sazişi imzalanıb. Razılaşmaya əsasən, İsrail Yunanıstanda müxtəlif təhdidlərə qarşı nəzərdə tutulan çoxqatlı hava hücumundan müdafi

16:32 299
.

Nepalda ölənlərin sayı 1000-ə çatır

Nepalda sel və daşqın nəticəsində ölənlərin və itkin düşənlərin sayı hər saat artır. BİG.AZ Sky News-a istinadən xəbər verir ki, yüzlərlə cəsəd, əksəriyyətinin kimliyi məlum deyil, dayaz məzarlarda basdırılıb. Çərşənbə günü baş verən daşqınlardan sonra rütubətli havada çürüməyə başlayanda bir çoxu te

12:01 202
.

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - VİDEO

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü olub. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. 17:02. Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezident

18:14 132
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

10:25 189
.

İran İordaniyadakı ABŞ bazalarına zərbələr endirdiyini açıqladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) zərbələrdən sonra İordaniyadakı ABŞ hərbi bazalarının infrastrukturunun məhv edildiyini açıqlayıb. xəbər verir ki, bu barədə Press TV məlumat yayıb. İİKK-nın bəyanatında bildirilir ki, "ABŞ-ın iki bazasında texniki xidmət infrastrukturu və qırıcı təyyarələri

11:31 173
.

Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi

Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə

14:16 257
.

Psixoloji rifah və ləyaqətli yaşlanma: Təranə Paşayeva ilə səmimi söhbət

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə geniş müsahibə. Müasir dövrdə insan sağlamlığı anlayışına münasibət əhəmiyyətli dərəcədə dəyişib. Artıq sağlamlıq yalnız fiziki xəstəliklərin olmaması kimi qəbul edilmir. İnsanın emosiona

10:45 213
.

Azərbaycanın ŞƏT-də artan rolu: Bakı Avrasiyanın mühüm bağlantı nöqtəsinə çevrilir

Avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illik yubiley sammiti keçiriləcək. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan da daxil olmaqla bir sıra ölkələrin liderləri iştirak edəcəklər

13:55 162
.