"40.000.000 Pul Yağışı" lotereyasında növbəti böyük uduş - 200.000 manat qazanıldı

"40.000.000 Pul Yağışı" lotereyasında növbəti böyük uduş - 200.000 manat qazanıldıBir neçə gün öncə sosial şəbəkələrdə yayılan video insanlar tərəfindən böyük maraqla qarşılandı. Söhbət "Azərlotereya" ASC-nin təşkil etidiyi "40.000.000 Pul Yağışı" ani lotereyasında qazanılan 200.000 manat məbləğində uduşdan gedir. Qeyd olunan uduş Füzuli rayonunda Ağcabədi sakini Ərşad Əliyev tərəfindən qazanılıb.

Qısa vaxt ərzində yayılan və uduş sevincini əks etdirən video sosial şəbəkələrdə gündəm olub. Videonun bu qədər yayılmasının səbəbi görüntülərdən hiss olunan sevinc və səmimiyyətdir. Görüntülərdə qalib olan Ərşad Əliyev həyəcanını gizlədə bilmir. Dəfələrlə bileti göstərir, ətrafdakılar isə uduşlu biletin foto və videosunu çəkərək qalib şəxsin yerində olmaq arzularını gizlətmirlər.

VİDEO - https://www.instagram.com/tv/CdVaR32qIIR/?igshid=MDJmNzVkMjY=

Şanslı qaliblə əlaqə saxlayaraq, fikirlərini öyrəndik. "Sevincimin həddi-hüdüdu yoxdur. Hələ də inana bilmirəm. Lotereya həvəskarı olduğum üçün tez-tez ani lotereya alıb şansımı sınayırdım. "40.000.000 Pul Yağışı" ani lotereyası satışa çıxarılandan ancaq bu lotereyanı alırdım. Nə zamansa böyük məbləğə sahib ola biləcəyimə inanırdım"- deyə Ərşad Əliyev bildirir.

"Azərlotereya" ASC-dən verilən məlumatda bildirlir ki, "40.000.000 Pul Yağışı" lotereyasında növbəti böyük uduş - 200.000 manat qazanılıb. Qeyd olunan ani lotereyada 200.000 manat məbləğində altı böyük uduş var və bunlardan artıq üçü öz şanslı qalibinə qismət olub. Əvvəlki iki uduş Ağcabədi və Ağdaş rayonlarında qeydə alınıb. 200.000 manat məbləğində növbəti üç böyük uduş və milyonlarla digər uduş öz şanslı qaliblərini gözləyir.

Qeyd edək ki, "Azərlotereya"nın təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan "Scientific Games" ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya oyunlarında uduşları qazananların adı və soyadlarının açıqlanması yalnız uduş qazanan şəxslərin icazəsi ilə mümkündür.
Xatırladaq ki, lotereya bir şans oyunudur. Lotereya oyunlarında iştirak əyləncəli vaxt keçirmək, bəxtin sınanması ilə müşayiət olunur. Bu oyunlarda iştirak etmək boş vaxtın səmərəli və əyləncəli keçirilməsi ilə nəticələnməlidir.

"Azərlotereya" ASC yalnız qanunla nəzərdə tutulan qaydada təşkil olunan lotereya oyunlarında iştirak etməyi tövsiyə edir. Qeyd edək ki, 18 yaşı tamam olmuş şəxslər lotereya oyunlarında könüllü şəkildə iştirak edə bilərlər.

"40.000.000 Pul Yağışı" ani lotereyası, eləcə də "Azərlotereya" ASC-nin digər ani lotereyaları "Brilliant", "5X", "Şans ulduzu" və "Qızıl" biletlərini bütün "Misli" məntəqələri və lotereya satış nöqtələri, "Azərpoçt" şöbələri və "Maxi.az" mağazalar şəbəkəsində əldə edə bilərsiniz.

"40.000.000 Pul Yağışı" lotereyasında növbəti böyük uduş - 200.000 manat qazanıldı


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 6213   Tarix: 11 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı iş adamları üçün Türk dünyasında yeni investisiya imkanları - Qırğızıstan ön planda

"Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər şirkətləri yalnız daxili bazarla kifayətlənməməyə, yeni bazarlara çıxmağa və investisiya coğrafiyasını genişləndirməyə vadar edir. Azərbaycanlı iş adamları üçün bu baxımdan Türk dünyası ölkələri xüsusi əhəmiyyət daşıyır. Ortaq tarixi və mədəni bağlarl

12:45 183
.

Azərbaycan media nümayəndələri Qırğızıstana gedirlər

Avqustun 31-də Prezident İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri başlayır. xəbər verir ki, Azərbaycan media nümayəndələri səfəri işıqlandırmaq üçün Qırğızıstana yola düşüblər

10:01 139
.

7 illik vergi güzəşti başa çatdı: Özəl sektoru hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan vətəndaşlar üçün tətbiq edilən 7 illik gəlir vergisi güzəştinin müddəti başa çatıb. 2026-cı il yanvarın 1-dən etibarən güzəştin birdən-birə tam dayandırılması əvəzinə gəlir vergisinin mərhələli şəkildə tətbiqinə başlanılıb. Yeni mexanizm

13:12 215
.

Əliyev Japarovu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Sadır Nurqojoyeviç,. Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızd

11:14 164
.

Bakıda sahibsiz it uşaqlı qadına hücum etdi

Bakının Nəsimi rayonunda sahibsiz it uşaqlı qadınlara hücum edib. xəbər verir ki, hadisə general Hüseyn Rəsulbəyov küçəsində baş verib. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Videodan göründüyü kimi, it qadınlara və uşağa hücum edib. Qadının köməyinə ərazidə olan şəxslər yetişərə

14:16 257
.

"İnsanın keçmişini ona qarşı silaha çevirmək hüquq müdafiəçiliyinə sığmır" - David Seliverstovla MÜSAHİBƏ

"Magen David Azerbaijan" insan hüquqlarının müdafiəsi və xeyriyyəçilik cəmiyyətinin sədri David Seliverstov son günlər haqqında mediada yayılan məlumatlarla bağlı -ın suallarını cavablandırıb. - David bəy, son günlər sizinlə bağlı mediada müxtəlif ittiham və iddialar səsləndirilir. Siz is

10:15 186
.

Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb

Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində sel nəticəsində 16 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində 546 vətəndaş itkin düşüb. "The Paper"qəzet

30.08.2026 311
.

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gedib - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğız Respublikasına işgüzar səfərə gedib. AZƏRTAC-a istinadən xəbər verir ki, "Manas" beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovu

11:57 304
.

İsrail Yunanıstanla 3,5 milyard dollarlıq hava hücumundan müdafiə müqaviləsi imzalayıb

İsrail və Yunanıstan bazar ertəsi günü 3 milyard avro (3,5 milyard dollar) dəyərində müdafiə müqaviləsi imzalayıblar. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu müqaviləyə əsasən, İsrail Afinanın daha geniş hərbi modernləşdirmə proqramını davam etdirdiyi bir vaxtda Yunanıstan üçün çoxqatlı hava hücumunda

15:19 203
.