İlkin Süleymanov: "Rəis müavini deyirdi ki, boynuna alsan da, almasan da, səni tutduracağıq"
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
APA-nın xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İlkin Süleymanov ifadəsini davam etdirib.
Cinayəti boynuna götürməsi üçün işgəncələrə məruz qalmasından danışan İlkin Süleymanov ifadəsində rayonun keçmiş polis rəisi Şirzad Əsgərov və rəis müavini Şahlar Cəfərovdan danışıb.
O, həbs olunduqdan sonra Şirzad Əsgərov və Şahlar Cəfərovun ona təzyiq edərək cinayəti boynuna götürməyə məcbur etdiklərini deyib: "Həm rəis, həm rəis müavini mənə-hədə qorxu gəlirdi. Şahlar Cəfərov deyirdi ki, boynuna alsan da, almasan da səni tutduracağıq. Məni atamla təhdid edirdilər, cinayəti üzərimə götürməyəcəyim halda onu da gətirib işgəncə verəcəklərini deyirdilər. Sonda işgəncəyə tab gətirə bilməyib təslim oldum".
O, həmçinin Bakıya istintaq təcridxanasına gətirilən zaman onu müşayiət edən konvoylara rəis müavini Şahlar Cəfərovun rəhbərlik etdiyini və yol boyu da onu təhqir etdiyini bildirib.
İlkin Süleymanov hadisədən tamamilə xəbərsiz olduğunu və cinayəti törətmədiyini bir daha məhkəmənin diqqətinə çatdırıb.
Proses mayın 18-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2089 Tarix: 11 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
09.11.2026 260 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
09.11.2026 198 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
09.11.2026 225 Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu
Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində
09.11.2026 177 Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?
Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın
09.11.2026 123 Azərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
09.11.2026 243 Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
09.11.2026 179 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
09.11.2026 211 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
09.11.2026 204