Avropada uşaqlarda müşahidə olunan hepatit virus xarakterli ola bilər - HƏKİMDƏN AÇIQLAMA

Avropada uşaqlarda müşahidə olunan hepatit virus xarakterli ola bilər - HƏKİMDƏN AÇIQLAMAAvropanın bir sıra ölkələrində son dönəmlər uşaqlar arasında geniş yayılan naməlum etiologiyalı hepatit xəstəliyi yeni virusdan qaynaqlana bilər.

Bu barədə "Rospotrebnadzor" Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun QİÇS-in qarşısının alınması və onunla mübarizə üzrə elmi mərkəzinin rəhbəri Vadim Pokrovski bildirib.

O, hepatitin virus xarakterli olması nəzəriyyəsini irəli sürüb.

Pokrovskinin sözlərinə görə, alimlər əvvəllər məlum olmayan virus və ya əvvəllər məlum olan virusun yeni variantı ilə bağlı araşdırmalar aparırlar. O, autoimmun hepatitin yaranması versiyasını məqbul hesab etmir, belə ki, xəstəliyin kəskin gedişatı bu xəstəlik qrupu üçün xarakterik deyil.

Alim əlavə edib ki, bir neçə risk faktoru üst-üstə düşmürsə, hazırda müşahidə olunan xəstəliyin yayılma mənzərəsi kifayət qədər spesifikdir. O, bunun toksik hepatit ola bilmə ehtimalını mümkün hesab etdiyini, lakin müxtəlif şəhərlərdən olan uşaqlarda zəhərli maddədən qaynaqlanma ehtimalının az olduğunu qeyd edib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Psixoloji rifah və ləyaqətli yaşlanma: Təranə Paşayeva ilə səmimi söhbət

Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva ilə geniş müsahibə. Müasir dövrdə insan sağlamlığı anlayışına münasibət əhəmiyyətli dərəcədə dəyişib. Artıq sağlamlıq yalnız fiziki xəstəliklərin olmaması kimi qəbul edilmir. İnsanın emosiona

10:45 159
.

Şükufə Yusupovanın vəziyyəti necədir?

Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu

10:25 160
.

ABŞ-nin Venesuela planı üzə çıxdı: 17 neft yatağı gündəmdə

ABŞ sentyabr ayında Venesuela ilə uzunmüddətli enerji sazişi bağlandığını elan etməyə ümid edir. xəbər verir ki, bu barədə "The Washington Post" adları açıqlanmayan mənbələrə istinadən yazıb. Qeyd olunur ki, ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin energetika naziri Kris Rayt sazişi elan etmə

30.08.2026 214
.

Əliyev Japarovu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Sadır Nurqojoyeviç,. Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızd

11:14 141
.

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir. xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, gənc qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin o bu evliliy

30.08.2026 391
.

Bakı-Moskva münasibətlərində yeni sınaq: Söz artıq Rusiyanındır

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin qonaq evinin qarşısında naməlum şəxslər tərəfindən təxribat xarakterli şəkillər yerləşdirilib. Azərbaycan Xarici İşlər Nazirliyi insidenti kəskin şəkildə pisləyib və Rusiya tərəfini hadisəyə hüquqi qiymət verməyə çağırıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlam

12:03 178
.

Tramp Xarq adasının hücum altında olduğunu deyir, lakin təsdiq yoxdur

Tramp bazar günü gecə saatlarında sosial mediada bir sətirlik paylaşım edərək İranın mühüm enerji mərkəzi olan Xarq adasının "dağıdılır!" deyə bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, paylaşım süni intellekt tərəfindən yaradılan videoçarxa bənzəyir. Larak adasından yüzlərlə mi

11:17 143
.

Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb

Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində sel nəticəsində 16 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində 546 vətəndaş itkin düşüb. "The Paper"qəzet

30.08.2026 292
.

Cəlilabadda ikimərtəbəli ev külə döndü

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini

30.08.2026 255
.