Paytaxtda gözlənilən böyük söküntü: Hansı binalar söküləcək?

Paytaxtda gözlənilən böyük söküntü: Hansı binalar söküləcək?Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.

Maraqlıdır, bütün bu işlər görülən zaman paytaxtın hansı ərazisində daha çox söküntülər olacaq? 122 minə yaxın yaşayış binasına hansı kateqoriya binalar daxildir? Böyük söküntüyə yalnız "Xruşşovka", "Stalinka", "Leninqrad" layihəli binalar daxil olacaq, yoxsa əsasən, bir-iki mərtəbəli binalar, həyət evləri söküləcək? Bu söküntülər əmlak bazarına necə təsir edəcək?

İstismar müddəti ötmüş çoxmənzilli 11 min bina

Mövzu ilə bağlı fikirlərini "Kaspi" qəzetinə bölüşən əmlak eksperti Elnur Fərzəliyev Bakı şəhəri ərazisində 122 min binanın sökülməsi məsələsinə şübhə ilə yanaşıb. Bildirib ki, Bakı və Abşeronda ümumilikdə 35-40 minə qədər çoxmənzilli yaşayış binası ancaq olar. Ekspertin sözlərinə görə, paytaxtda istismar müddətini başa vurmuş cəmi 11 minə yaxın bina var ki, onların da içində 100-dən bir qədər artığı qəzalı vəziyyətdədir: "Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. İndiyə qədər ötən vaxt ərzində paytaxt əhalisi 3 dəfəyə qədər artıb. Zamanında müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və sair ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları, müxtəlif obyektlərlə əvəzlənib. Bu zaman tikinti norma və prinsipləri tamamilə pozulub. O səbəbdən artıq bir neçə ildir ki, Bakı şəhərinin Baş planının hazırlanması üzərində iş gedir. Hazırda paytaxt ərazisində 11 minə yaxın çoxmənzilli bina istismar müddətini başa vurub. Onlar 60-70-ci illərdə inşa olunub. 100-dən artıq çoxmənzilli bina isə tamamilə qəzalı vəziyyətdədir. Həmin binalar zamanla sökülür və yeniləri ilə əvəzlənir".

Köhnə binalar sökülüb yenisi ilə əvəzlənir

Ekspert qeyd edib ki, paytaxtda pilot layihələr üzrə sökülən hər beşmərtəbəli binanın yerində 15-20 mərtəbəli yeni çoxmənzilli bina inşa edilir. Onun fikrincə, bu binalar tikilən zaman bəzi hallarda normativlər gözlənilmir, həyətyanı sahə, park, avtopark yeri, iaşə obyektləri nəzərə alınmır: "Bakı şəhərinin hazırlanmaqda olan yeni Baş planı üzrə paytaxtda müəyyən söküntü, tikinti-quruculuq tədbirləri həyata keçiriləcək. Baş planın təsdiqlənməsi o deməkdir ki, tikilən və ya tikiləcək binalar həmin plana uyğundur. Yaxud Baş plan təsdiqlənməyib, lakin köhnə binalar sökülüb yenisi ilə əvəzlənir. Paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələri qalmayıb. Hazırda satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Tikintinin maya dəyəri həddən artıq baha olur. Ona görə də bəzi tikinti şirkətləri köhnə binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Bu da gələcəkdə hazır olacaq və tətbiq olunacaq Baş planın tam əksinədir. Köhnə binalar sökülüb yenisi inşa edilən zaman tikinti normativləri gözlənilmir".

Paytaxtın ən yaxşı, ən nümunəvi layihəsi

E.Fərzəliyev söyləyib ki, paytaxt ərazisində sökülən binalar, əsasən, Yasamal, Binəqədi, Nəsimi, Nərimanov rayonlarındakı "Xruşşovka", alman layihəli binalardır. Ekspertin sözlərinə görə, bu binaların ərazisində yeni hündürmərtəbəli binaları yerləşdirmək olur: "Paytaxtın tam mərkəzində 2,3,4 mərtəbəli binalar var ki, həmin binaları söküb yerində çoxmənzilli, hündürmərtəbəli yeni binanı inşa etmək qeyri-mümkündür. O ərazilərdə standartlara uyğun olaraq avtoparkinq, istirahət guşəsi, iaşə obyektləri və sair yaratmaq üçün yer yoxdur. Məhz buna görə də həmin binaların alınmasına, sökülməsinə tikinti şirkətləri maraq göstərmirlər. Paytaxtda ən yaxşı, ən nümunəvi layihələrdən biri "Ağ şəhər"dir. Orada ərazi dövlət tərəfindən söküldü, insanlar köçürüldü, təmizlik işləri aparıldı və tikinti şirkətlərinə yalnız müəyyən olunmuş layihə üzrə tikinti işi aparılması üçün verildi. Burada təxminən 10-12 mərtəbəli yaşayış binaları tikilib. Tikinti müddətində binalararası məsafələr, normativlər tamamilə qorunub. Hazırda tikilən çoxmənzilli binalarda və həyət evlərində də normativlər mütləq şəkildə gözlənilməlidir ki, gələcəkdə Baş plan tam hazır olanda dövlət milyardlarla manat həcmində zərərə düşməsin. Çünki bu gün atılan hər hansı yanlış addım gələcəkdə dövlət büdcəsinə böyük maliyyə itkisi yaşada bilər. Burada söhbət hansısa binanın və ya həyət evlərinin sökülməsindən, vətəndaşlara kompensasiya ödənməsindən, köçürülməsindən, ərazinin təmizlənməsindən gedir".

Sənədi olmayan 500 mindən çox həyət evinin aqibəti

Ekspert şimal tərəfdən paytaxt ərazisinin Abşeron rayonunun Xırdalan şəhərinə, oradan isə Sumqayıt şəhərinə həyət evləri vasitəsilə birləşməsinə də diqqət çəkib. Rəsmi məlumata görə, təkcə Bakı və Abşeronda 500 mindən çox çıxarışı – sənədləri olmayan fərdi həyət evlərinin olduğunu vurğulayıb. Bildirib ki, zamanla belə yaşayış məntəqələrinin sökülərək köçürülməsi gözlənilir: "Çıxarışın olmamasının müxtəlif səbəblər var. Həmin səbəblərdən biri də budur ki, həmin yaşayış məntəqələrinin bir hissəsi qadağan olunmuş ərazilərdə tikilib. Yəni, neft buruqlarının ətrafında, yüksəkgərginlikli elektrik xəttinin altında, vulkanik dağların ətəyində tikilən evlərə qanunla sənədlərin verilməsi qeyri-mümkündür. Zamanla belə yaşayış məntəqələrinin sökülərək köçürülməsi gözlənilir. Amma paytaxtdan kənardakı çoxmənzilli binaları almaq və yerində yenisini tikmək tikinti şirkətlərinə sərf etmir. Çünki o ərazilərdə əhalinin alıcılıq qabiliyyəti tələbat mərkəzdə olduğu səviyyədə deyil".

Mənbə: "Kaspi" qəzeti


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1559   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

09.11.2026 243
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

09.11.2026 221
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.