Gələn ildən uşaqlar Şuşada məktəbə gedə biləcəklər - AÇIQLAMA

Gələn ildən uşaqlar Şuşada məktəbə gedə biləcəklər - AÇIQLAMAArtıq bir ilə yaxındır ki, Prezident İlham Əliyevin məlum Fərmanı ilə Şuşa şəhəri Dövlət Qoruğu yaradılıb. Bu zaman kəsiyində Şuşa şəhəri həm Azərbaycanın, həm də Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olundu. 2022-ci il həm də Azərbaycanda "Şuşa İli" kimi də qeyd olunur.

Bunlarla əlaqədar Şuşada hansı işlərin görüldüyü, şəhərdə yeni turist marşrutlarının istifadəyə verilməsi, əhalinin buraya sərbəst gediş-gəlişinin təmin edilməsi barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov BAKU.WS xəbər verir ki, "oxu.az"a müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

- Məftun müəllim, biz Şuşada böyük tikinti işlərinin aparıldığını müşahidə etdik. Şuşa əhalisinin şəhərə köçürülməsi nə zaman gözlənilir?

- Şuşa şəhərində Prezident İlham Əliyevin göstərişi ilə böyük abadlıq və quruculuq işləri görülür. Yeni tikilənlər sırasında xəstəxana, məktəb, bir çox iaşə obyektləri var. Gələn aydan etibarən yeni yaşayış massivinin tikintisinə başlanılır. Artıq tender bitib. Şuşada 24 ədəd dördmərtəbəli bina tikiləcək. Burada xidmət göstərən əməkdaşların yaşaması üçün və gələcəkdə Şuşa əhalisinin buraya köçürülməsi üçün.

Yaşayış binaları, iaşə obyektləri, infrastruktur tam hazır olmayana qədər şuşalıların buraya köçürülməsi real görünmür, bu, gələcəyin işidir.

- Şuşa əhalisinin şəhərə köçürülməsi məsələsi aydındır. Bəs şəhərə sərbəst gediş-gəlişin açılması hansı səbəblərdən yubanır?

- Şuşa minalardan tamamilə təmizlənib – artıq burada heç bir mina yoxdur. Amma Füzuli-Şuşa yolu boyu minatəmizləmə işləri davam edir.

Biz Daxili İşlər Nazirliyində də, Prezident Administrasiyasında da görüşlər keçirdik, istədik ki, bu məsələni həll edək. Lakin polis israr edir ki, yolun bütövlükdə təhlükəsizliyini təmin etmək mümkün deyil. Yəni insanlar öz nəqliyyat vasitələri ilə Şuşaya sərbəst hərəkət etsələr, yoldan sağa-sola çıxa və bu an təhlükə ilə üzləşə bilərlər. Yüz kilometrlik yolun hər bir hissəsinə polis nəfəri qoymaq qeyri-mümkündür.

Bu ancaq yeni yolun təhvil verilməsindən sonra mümkün olacaq. Qeyd edim ki, bu yol avtoban olacaq, yəni işıqforsuz, sağa-sola çıxma imkanı olmadan birbaşa Füzuli aeroportundan Şuşaya kimi uzanacaq. Onun gələn ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulur.

- Şuşaya turistik marşrutlar açılıb, lakin tələbat çox olduğundan insanlar bilet çatışmazlığı ilə üzləşirlər. Bu barədə hansısa tədbir görülürmü?

- Hazırda Şuşaya turistik səyahətlər təşkil olunur – hər gün Bakıdan buraya bir avtobus gəlir. Tələbatın yüksək olduğu nəzərə çarpır. Belə ki, Şuşaya səyahət üçün biletlər iki ay əvvəldən satılıb.

Bunu nəzərə alaraq, yaxın zamanda daha bir avtobus marşrutunun təşkil olunmasını düşünürük. Yəni bundan sonra Şuşaya hər gün bir yox, iki avtobus işləyəcək.

- Şuşada yeni məktəbin tikintisi elan olundu. Burada əhali olmayan halda məktəbdə kimin təhsil alması nəzərdə tutulub?

- Şuşada 1№-li məktəb var idi ki, ermənilər onu dağıtmışdılar. Prezidentimiz həmin yerdə yeni məktəbin təməlini qoydu. 960 şagirdlik məktəb olacaq və bütün lazımi avadanlıq ilə təchiz olunacaq.

Bu məktəb ilk növbədə burada xidmət edən, bərpa-quruculuq işləri aparan şəxslərin uşaqları üçün nəzərdə tutulub. Təsəvvür edin, burada daimi olaraq polislər, həkimlər, qoruğun əməkdaşları fəaliyyət göstərirlər ki, onlar da məktəbə görə ailələrini gətirə bilmirlər. Bu ilin sonu məktəb təhvil veriləcək və artıq gələn ildən uşaqlar sərbəst məktəbə gedə biləcəklər.

- Şuşa şəhərində bir çox mədəni-tarixi abidələr var. Onlar gələcəkdə turist marşrutlarına əlavə olunacaqmı, yaxud onları hansı tale gözləyir?

- Şuşa şəhərində 190 tarixi abidə var. Ermənilər bunun 60-nı tamamilə dağıdıblar. Geriyə qalanın əksəriyyəti də yararsız halda idi.

Restavrasiya işi çox vaxt alan bir prosesdir. Bir binanın restavrasiyası iki-üç ilə qədər davam edə bilər.

Hazırda restavrasiya olunanlardan – general Mehmandarovun, Məşədi Əlinin evləri var. Şirinsu hamamı və tarzən Sadıqcanın evinin restavrasiyasına da artıq başlayırıq.

Xurşidbanu Natəvanın, Əsəd bəyin və Uğurlu bəyin evlərinin restavrasiya planı da hazırlanır, italiyalı mütəxəssislər bu restavrasiya işlərinin konseptini işləyirlər.

Restavrasiya bitən kimi həmin obyektlər turistik marşrutlara salınacaq və hər kəs üçün açıq olacaq.

Amma elə evlər, mədəniyyət ocaqları var ki, ermənilər onun içini tamamilə talayıblar. Onların muzey kimi fəaliyyət göstərməsi üçün burada kifayət qədər eksponat olmalıdır.

İndi bu evlərin gələcək təyinatı müəyyənləşdirilir. Yəni onların hamısı muzey olmayacaq. Burada gələcəkdə kitabxana, musiqi evi, butik-hotel, restoran etmək olar. Məsələn, tarzən Sadıqcanın evinin üst mərtəbəsində onun yaşadığı dövrün ab-havasını əks etdirmək, alt mərtəbədə isə tar dükanı açmaq olar. Bütün bunlar bizi yaxın gələcəkdə gözləyir.

- Media işçilərini ən maraqlandıran məqamlardan biri də elan olunan Şuşa televiziyasının bərpasıdır. Bu yöndə işlər gedirmi?

- Biz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bu məsələ ilə bağlı əlaqədəyik. Hazırda şəhərdə teleqüllə tikilir, burada telestudiya qurulacaq və bundan sonra teleradionun fəaliyyəti üçün şərait yaranacaq.

Bunun üçün də müəyyən resurslar lazımdır, ən azı, burada işləyəcək heyət yığılmalıdır. İstəyirik, bunları əvvəlcədən Qoruğun nəzdində yaradaq.

- 2022-ci il "Şuşa İli" elan olundu və burada artıq bir neçə tədbir keçirildi. İlin axırına kimi daha hansı tədbirlərin keçirilməsi nəzərdə tutulub?

- "Şuşa İli" çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub ki, bunların da siyahısını Nazirlər Kabinetinin veb-saytında görmək olar.

Ən böyük tədbirlərdən biri avqust-sentyabr aylarında nəzərdə tutulub. Bildiyiniz kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir.

Bu təşkilata daxil olan 120 ölkədən təxminən 150 şəhərin meri Şuşaya gələcək. Assambleya Bakı şəhərində toplaşacaq və sonra Şuşaya səfər təşkil ediləcək.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 867   Tarix: 16 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

09.11.2026 243
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

09.11.2026 221
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.