Mübariz Mənsimov yaxşı və düzgün insandırsa, niyə doğma qardaşı onu məhkəməyə verir?

Mübariz Mənsimov yaxşı və düzgün insandırsa, niyə doğma qardaşı onu məhkəməyə verir?Son günlər Palmali Şirkətlər Qrupunun sahibi, iş adamı Mübariz Mənsimov özünü "qəhrəman" kimi qələmə verməyə çalışır. Əslində Mübariz Mənsimovun bu addımını diqqəti əsas məsələdən yayındırmaq cəhdi kimi də qiymətləndirmək olar.

Sonxeber.az xəbər verir ki, "azpolitika.info" saytı hətta Mübariz Mənsimova saxta "qəhrəman" obrazını yaratmaqda kömək edən Bakıdakı əlaltısını ifşa edən məlumatlar da yaymışdı. Həmin məlumatda "Palmali" şefinin Bakıdakı "qara kassa"sı funksiyasını oynayan həmin şəxs Bakının "20 yanvar" metrosu yaxınlığında yerləşən "Ləvəngi" restoranını özünə ştab seçən sayt rəhbərləri ilə orada görüşür, danışıqlar aparır.

Belə ki, Azərbaycana qarşı söyüş müxalifəti ilə sıx iş birliyində olan Mübariz Mənsimov paralel olaraq bəzi saytlarla da əməkdaşlıq edib, "qəhrəman", "xeyriyyəçi" obrazını yaradaraq özünün kirli oyunlarını ört-basdır etməyə çalışır. Onun fəaliyyətindən xəbərsiz olan vətəndaşlarımız alınan pullar qarşılığında yazılan o yazıları oxuyanda Mübariz Mənsimovu xilaskar, xeyirxah, mələk simalı insan olduğunu düşünər. Zaman-zaman özünü cəmiyyətə insanlığın ən yüksək keyfiyyətlərinə malik olan bir şəxs kimi təqdim etməyə çalışan Mübariz Mənsimov artıq özünün əsl simasını gizlədə bilmir. Artıq onun kirli əməlləri bir bumeranq kimi özünə qayıdır və o, etdiyi pislikləri gizlədə bilmir.

Sifariş qarşılığında Mübariz Mənsimovu "xeyriyyəçi" kimi qələmə verməyə çalışan saytların yazılarını oxuyan zaman insanı düşündürən bir sual ortaya çıxır. Əgər sizin söylədiyiniz kimi, Mübariz Mənsimov yaxşı və düzgün insandırsa, niyə qanı qanından olan, doğma qardaşı onu məhkəməyə verir? Öz doğmasına pis olan insan yad insanlara qarşı nə qədər yaxşı ola bilər? Görünür, Mübariz Mənsimov cəmiyyətin gözünün tərəzi olduğunu və insanların pisi yaxşıdan, doğrunu yalandan ayırmağı bacardığını unudur.

Əslində Mübariz Mənsimovun verdiyi açıqlamaları oxuyan zaman onun kütləyə oynadığı və özü üçün yaratdığı obrazın saxta oludğu açıq-aydın görünür.

Məhz buna görə də Mübariz Mənsimov Azərbaycanda fəaliyyət göstərən bəzi sayt rəhbərini satın alaraq, haqqında müsbət yazılar yazdıraraq üstü açılmaqda olan kirli oyunlarını malalamağa çalışır. Amma artıq onun pulları belə, əsl simasını gizlətməkdə acizdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3943   Tarix: 16 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O, fitnə ocaqlarına baxmayaraq, iki ölkənin əməkdaşlığının bi

09.11.2026 195
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

09.11.2026 243
.

"Qalatasaray"ın əfsanəvi futbolçusu vəfat etdi

"Qalatasaray"ın və Yuqoslaviya futbolunun əfsanəvi simalarından olan Cevad Prekazi 69 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qalatasaray" və "Partizan" klublarının mətbuat xidmətləri məlumat yayıb. 1985-ci ildə "Hayduk Split"dən "Qalatasaray"

09.11.2026 168
.

Şoular, kuboklar və ya qalmaqallar: ulduz futbolçuların milli komandalardakı vida oyunları necə olub?

Ronaldo Jorje Jesuşla mübahisəsindən sonra Portuqaliya milli komandasından getdi. Kriştiano Ronaldo rəsmi olaraq Portuqaliya milli komandasında kryerasını başa vurduğunu elan edib. 41 yaşlı futbolçu milli komandada rekord sayda - 234 oyun keçirib, 146 qol vurub, Avropa çempionatını və iki Millətlər Liqasın

09.11.2026 123
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql

09.11.2026 221
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Maykl Kerrik "Mançester Yunayted"dən gedir?

"Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik vəzifəsindən istefa verməyəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Telekanala müsahibəsində Kerrikdən düzgün qərar hesab edəcəyi təqdirdə vəzifəsindən ayrılmağı düşünüb-düşünmədiyi soruşulub. O, sual

09.11.2026 184
.