Avropa İttifaqı - Azərbaycan əməkdaşlığının uğuru
Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatlarında Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu bir daha bildirmişdir. Ölkə başçısı bu mühüm məqamı diqqətə çatdırıb ki, Azərbaycana etibarlı və uzunmüddətli, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır. Bu isə Avropa bazarıdır. Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir.
Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Dövlət başçısının qeyd etdiyi kimi Cənub Qaz Dəhlizi həm Azərbaycana, həm də qonşu və Avropa ölkələrinə böyük fayda gətirəcək, ölkəmizin bu sahədə də liderlik keyfiyyətlərinin təsdiqidir. Avropa İttifaqının rəsmiləri də daim bildirirlər ki, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır, bu əlaqələrin gələcəkdə böyük potensialı vardır və Azərbaycan öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir.
Ölkəmizin qitə dövlətləri üçün etibarlı tərəfdaş olması dəfələrlə təsdiq olunmuş həqiqətdir. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək. Dövlət başçısı bir məqamı da xüsusi qeyd edir ki, birinci böyük layihələrin icrası nəticəsində bizim şirkətlərimiz, demək olar ki, ayağa qalxa bilmişlər, kapital, təcrübə toplamışlar. Ondan sonra Azərbaycana investisiya qoymağa başlamışlar. Azərbaycanda belə bir şərait yaratmışıq ki, buraya investisiya qoymaq ən sərfəli yoldur. İnvestisiyaların həcminin artırılması üçün ölkəmizdə geniş imkanlar mövcuddur. Sabitlik iqtisadi inkişafın əsas məsələsidir. Ölkəmizdə çox gözəl ab-hava vardır. 1995-ci ildən bu günə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiyanın qoyulması təbii ki, Azərbaycanın bugününə və gələcəyinə olan inamdan irəli gəlir.
Bu gün qeyd edə bilərik ki, Azərbaycan bütün hədəflərə nail olub, Cənub Qaz Dəhlizi reallığa çevrilib. "Yeni əsrin müqaviləsi" uğurla icra edilir. Dövlət başçısı İlham Əliyev Litva Prezidenti ilə birgə mətbuata bəyanatında bildirmişdir ki, bu gün Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır.
Metin Hüseynov – siyasi şərhçi
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 585 Tarix: 21 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşVenesuela hakimiyyəti ABŞ ilə neft sazişinin detallarını açıqlayıb
ABŞ və Venesuela arasında neft sahəsində əməkdaşlığa dair bağlanmış saziş təsdiqlənmiş ehtiyatı 65 milyard barel neft olan 17 strateji yatağın işlənməsini nəzərdə tutur. "Report" xəbər verir ki, bu barədə Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqesin öz "Telegram"
30.08.2026 181 Ukraynanın keçmiş müdafiə nazirinə İtaliyada yüksək vəzifə verildi
Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov İtaliyanın müdafiə naziri Guido Krozettonun müdafiə innovasiyaları üzrə müşaviri təyin edilib. xəbər verir ki, bu barədə məlumatı Fedorovun "Telegram" kanalı yayıb. Fedorov bildirib ki, İtaliyanın müdafiə naziri ilə görüşüb və ona göstərdiyi şəxs
30.08.2026 227 Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb
Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində sel nəticəsində 16 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində 546 vətəndaş itkin düşüb. "The Paper"qəzet
30.08.2026 276 Tramp Ayda öz adının əbədiləşdirilməsini istəyir
ABŞ Prezidenti Donald Tramp Ayda onun şərəfinə hansısa obyektin adlandırılmasını arzuladığını bildirib. xəbər verir ki, Tramp bu açıqlamanı Hyustondakı NASA-nın Conson Kosmik Mərkəzində "Artemis II" missiyasının heyətinin Konqresin Kosmik Şərəf Medalı ilə təltif olunması mərasimində verib
30.08.2026 203 İraq və Oman İrana qarşı ABŞ sanksiyalarının nəticələri barədə xəbərdarlıq edib
İraq ilə Omanın xarici işlər nazirləri Fuad Hüseyn və Bədr əl-Busaidi xəbərdarlıq ediblər ki, ABŞ-ın İrana qarşı sanksiyalarının sərtləşdirilməsi İslam Respublikası ilə ticari-iqtisadi və maliyyə əlaqələrini azalda və regiondakı vəziyyətə mənfi təsir göstərə bilər. "Report" xəbər verir ki
30.08.2026 173 Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 179,28 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləğ
30.08.2026 152 Azərbaycanda həyat sığortası üzrə ödənişlər 32 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 580,017 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr
30.08.2026 173 Filippində musson yağışları və qasırğalar 32 insanın ölümünə səbəb olub
Filippində musson yağışları və tropik siklonların yaratdığı daşqınlar, torpaq sürüşmələri son bir ayda azı 32 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə "Philippine Daily Inquirer" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, ölü
30.08.2026 270 Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi
Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir. xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, gənc qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin o bu evliliy
30.08.2026 364