İşğaldan azad olunan rayonlarda tikinti işlərinə nə qədər pul xərclənib?

İşğaldan azad olunan rayonlarda tikinti işlərinə nə qədər pul xərclənib?Ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2 178,4 milyon manat xərclənib. Müdafiə və milli təhlükəsizlik sahəsinə isə 4885,5 milyon manat məbləğində vəsait yönəldilib. 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat açıqlanıb ki, burada digər xərclərin də statistikası yer alıb.

Ötən ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 2200,0 mln. manat ayrılmışdı ki, ilin sonuna icra edilmiş məbləğ 2178,4 mln. manat olub. Bu isə təsdiq edilmiş göstəricinin 99,0%-nə bərabərdir.

Sözügedən məbləğin 6,7 milyonu işğaldan azad olunmuş ərazilərdə muzey, memorial kompleks, məscid və digər mədəniyyət obyektlərinin layihələndirilməsi və tikintisinə xərclənib ki, bu da proqnozlaşdırılan məbləğdən 9,4 milyon manat və ya 58,4 faiz azdır.105,8 milyonu həmin ərazilərin partlamamış hərbi sursat və minalardan təmizlənməsi işlərinin yerinə yetirilməsinə xərclənib. Bu rəqəm isə 2020-ci illə müqayisədə 98,2 milyon manat və ya 14,1 dəfə çoxdur.

Ötən il müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,8 faizi həcmində və ya 4885,5 milyon manat məbləğində vəsait yönəldilib. 2021-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üzrə isə 2198,8 milyon manat həcmində vəsait nəzərdə tutulub.

Bundan başqa, ötən il dövlət büdcəsində dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üzrə 312,3 milyon manat proqnoza qarşı icra 311,9 milyon manat olub. bu xərclərdən 109,5 milyon manatı tələbələrə verilən təqaüd xərcləri, 202,4 milyon manatı isə təhsil və tibb müəssisələrində təhsil xərcləri təşkil edib.

icmal büdcənin gəlirlərlərinə gəldikdə, 23828,1 milyon manat proqnoza qarşı 33903,7 milyon manat təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 9438,5 milyon manat çoxdur. İcmal büdcənin xərcləri isə 31163,4 milyon manat proqnoza qarşı 29990,5 milyon manat icra edilib ki, bu da 2020-ci illə müqayisədə 830,4 milyon manat çoxdur.(xəzərxəbər)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1038   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Ukraynanın coğrafiyası artıq dəyişib"

Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini

09.11.2026 210
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 187
.

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Rusiyanın Odessaya hücumunda üç nəfər ölüb, bir nəfər xəsarət alıb. APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, yaralının vəziyyəti ağırdır. Lısak bildirib ki, Rusiya qüvvələri Odessada mülki infrastruktura zərbə endiri

09.11.2026 197
.

Tarixi müqavilənin bağlandığı yerdə üçrəngli bayraq

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib. Baş konsul üçrəngli bayrağımızın tarixi Qar

09.11.2026 200
.

Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib

09.11.2026 210
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 195
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

09.11.2026 198
.