TƏBİB rəsmisi: "Suçiçəyi və "Meymun çiçəyi" xəstəliklərinin simptomları 90 faiz bir-birinə bənzəyir"

TƏBİB rəsmisi: "Suçiçəyi və "Meymun çiçəyi" xəstəliklərinin simptomları 90 faiz bir-birinə bənzəyir""Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış "Meymun çiçəyi" çiçək xəstəliyinin bir növüdür. İnsandan insana yoluxma faktı daha azdır. Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliyada qeydə alınıb".

Bu barədə Oxu.Az-a açıqlamasında TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva məlumat verib.

O bildirib ki, Azərbaycanda "Meymun çiçəyi" ilə yoluxma halları aşkarlanmayıb. Bu simptomla bağlı heç bir müraciət daxil olmayıb:

"Virus mənşəli xəstəlikdir. Daha çox hallarda heyvandan insana, daha az hallarda isə insandan insana yoluxma halları müşahidə olunub. Əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı ilə, sıx təmas yolu ilə baş verir.
Çiçək virusuna nisbətən "Meymun çiçəyi" virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, həmçinin yoluxduruculuq qabiliyyəti də daha zəifdir. Bu virusa qarşı vaksinasiya mövcuddur. Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir".

Xəstəliyin spesifik müalicəsinin olmadığını deyən N.Mustafayeva xəstəliyin adətən iki-dörd həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edildiyini vurğulayıb:

"Yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən pandemiya halını alması da çox zəif ehtimaldır. Lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son dövrlərdə çiçək virusuna qarşı aparılan profilaktik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olub.

Suçiçəyi və "Meymun çiçəyi"nin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqi ondan ibarətdir ki, "Meymun çiçəyi" xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir. "Meymun çiçəyi" xəstəliyi suçiçəyinə nisbətən daha yüngül əlamətlərlə müşahidə olunur".


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1167   Tarix: 22 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlon Maskdan "OpenAI" rəhbərliyinə qarşı sərt ittihamlar

"SpaceX" şirkətinin qurucusu İlon Mask "OpenAI" rəhbəri Sem Altmanı və şirkətin prezidenti Qreq Brokmanı oğurluqda ittiham edərək, onları "tamamilə etibarsız" adlandırıb. xəbər verir ki, bu barədə ABŞ-li sahibkar sosial şəbəkə hesabında paylaşım edib. "Onlar açıq mənb

30.08.2026 155
.

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

İtaliyanın Siciliya adasındakı tarixi Naro şəhəri tərk edilmiş evləri cəmi 1 avroya satışa çıxararaq yeni sakinlər cəlb etməyə çalışır. "Qafqazinfo" xəbər verir ki, layihənin əsas məqsədi şəhərin tarixi mərkəzini canlandırmaq, boş qalan binaları bərpa etmək və əhali azalmasının qarşısını almaqdır

25.08.2026 347
.

Paltaryuyana yuyucu tozla birlikdə əlavə edin: Nəticəni görənlər TƏƏCCÜBLƏNİR

Paltar yuyarkən yalnız yuyucu toz istifadə edənlərin diqqətini çəkəcək bir üsul gündəmə gəlib. Sirkən xüsusilə corab və alt paltarlarında yuyucu vasitənin təmizləyici təsirini artırır. Tərkibindəki sirkə turşusu sayəsində ağ sirkə parça üzərində yaranan pis qoxuların neytrallaşdırılmasına kömək edir

30.08.2026 330
.

Yetkin insanın emosional cəhətdən yetişmədiyini göstərən 7 ifadə

Emosional yetişməzlik yalnız davranışlarda deyil, insanın mübahisə və fikir ayrılığı zamanı işlətdiyi ifadələrdə də özünü göstərə bilər. Mütəxəssislərin fikrincə, xüsusilə məsuliyyətdən yayınmaq, başqalarını günahlandırmaq və qarşı tərəfin hisslərini nəzərə almamaq bu xüsusiyyətin əlamətlərindən ol

24.08.2026 420
.

Vəhşi təbiətin ən gözəl - Fotoları

2026-cı ilin ən təsirli vəhşi təbiət fotoları Londondakı Təbiət Tarixi Muzeyinin təşkil etdiyi "İlin Vəhşi Təbiət Fotoqrafı" müsabiqəsində nümayiş etdirilib. "Qafqazinfo" xəbər verir ki, müxtəlif ölkələrdən fotoqrafların çəkdiyi kadrlar heyvanların həm təbiətdəki həyatını, həm d

27.08.2026 365
.

"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO

"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. BİG.AZ xəbər veri

28.08.2026 398
.

Paltaryuyan 20 il işləyə bilər - Barabana vaxtaşırı bu məhlulu tökün

Paltaryuyan maşının uzun müddət problemsiz işləməsi üçün ona mütəmadi qulluq etmək vacibdir. Bu işdə ağ sirkədən istifadə etmək mümkündür. xəbər verir ki, zaman keçdikcə paltaryuyan maşının barabanında, yuyucu vasitə bölməsində və digər hissələrində deterjan qalıqları, kir, tük və nəmlik toplanır, b

30.08.2026 173
.

Şəkildə neçə üz görürsünüz? - Xarakterin sirrini açan sadə TEST

Bu şəkildə neçə üz tapa bilərsiniz? Nəticələrin dünyanı necə qavradığınızı, qərarlar qəbul etdiyinizi və gizli detalları necə gördüyünüzü ortaya çıxara biləcəyi deyilir. -ın xəbərinə görə, ilk baxışdan illüstrasiyada yalnız bir neçə üz görə bilərsiniz, amma diqqətlə baxsanız, say xeyli arta bilər. B

30.08.2026 267
.

Xidmetler.AZ - IT, internet, SMM xidmətləri

ın IT, İnternet və SMM bölməsi ən çox baxılan bölmələrdəndir. Xidmətə instaqram və tiktok panel xidməti, 1C proqramı servisi, proqram təminatı, proqramların yazılması, telefon proqramlarının yüklənməsi, oyunların yüklənməsi, mini ATS-lərin quraşdırılması, veb sayt dizaynı, İT support xidməti, mobil əlavələri

25.08.2026 222
.