Bakıda bu küçələrin adları dəyişdiriləcək

Bakıda bu küçələrin adları dəyişdiriləcəkBakının adları qəribə olan küçələri, yeni salınan və adsız məhəllələri haqqında araşdırma aparılır. Həmin küçələrin adları dəyişdiriləcək, bundan əlavə, yeni küçələrə adlar veriləcək.

Modern.az-ın əldə etdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində yeni formalaşdırılan küçə adları ilə bağlı Komissiya bu istiqamətdə aktiv iş aparır. Ümumi qərara əsasən, bir çox küçələrə şəhidlərin, Milli Qəhrəmanların, görkəmli şəxsiyyətlərin adları veriləcək.

Komissiyanın sədr müavini Elmin İmanov sorğumuza cavab olaraq bildirib ki, artıq adları dəyişdiriləcək küçələrin, yeni məhəllələrin siyahısı hazırlanıb. Onun sözlərinə görə, pasportlaşdırma mərhələsində Bakı rayonlarının icra başçılarının müavinləri də iştirak edirlər.

"Hazırlanan siyahı əsasında dəyişim, yenilənmə həyata keçiriləcək. Yeni adlar verilərkən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin adlarının qanunvericiliyə uyğun olaraq əbədiləşdirilməsi, Azərbaycana xidmətlərinə görə, ölkənin ictimai-siyasi, mədəni həyatında fərqlənən şəxslərin adlarının küçələrə verilməsi nəzərə alınacaq", - deyə Elmin İmanov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Modern.az saytı Bakıdakı qəribə küçə adları ilə bağlı siyahı yaymışdı. Binəqədi rayonunda yerləşən "Keçid məhəllə", "Vtorçermet - Yusifzadə", "Rezervuar", "İzlivnoy", "Stroydetal", "2-ci dəmiryol küçəsi", "3-cü dəmiryol küçəsi", "1-ci - 15 ci sıra küçələri", "Vorovski", "Xutor", Yasamal rayonu ərazisindəki "7-ci Sallaqxana", Nəsimi rayonunda yerləşən "22-ci dairə", "Kərpic", "7-ci Sverdlov", "Todorski", "Droqal" küçələri, "İnşaatçılar" prospekti və s. kimi küçələr həmin siyahıda yer almışdı.

Bakı Şəhər İcra Hakimiyyətindən xəbərdə qeyd olunan küçələrin adlarının dəyişdiriləcəyi bildirilmişdi.

Bu ilin aprel ayında isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən paytaxtdakı küçə və prospektlərin inventarlaşdırılması, onlara adların verilməsi və dəyişdirilməsi ilə bağlı Komissiya yaradılıb. Komissiyaya adları çəkilən və digər küçələrin də yer aldığı siyahı təqdim olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1073   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan manatının dövretmə sürəti iyulda yenidən azalıb

Bu ilin avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,02 bənd, ilin əvvəlinə nisbətən 0,2 bənd, 2025-ci ilin avqustun 1-i ilə müqayisədə isə 0,39 bən

30.08.2026 150
.

Kanada Anatoli Çubaysın adını sanksiyalar siyahısından çıxardı

Kanada "Rosnano" korporasiyasının sabiq rəhbəri Anatoli Çubaysın (Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi - red.) adını özünün sanksiya siyahılarından xaric edib. xəbər verir ki, bu barədə "Canada Gazette" məlumat yayıb. Kanada Çubaysa qarşı sanksiyaları 2025-ci ilin iyun ayınd

30.08.2026 155
.

Avstriyada alpinistin dağlarda itirdiyi avadanlıq 63 il sonra ona qaytarılıb

lp dağlarında buzlaqda 60 ildən çox qalan bel çantası və alpinizm avadanlığı 86 yaşlı avstriyalı alpinistə qaytarılıb. xəbər verir ki, bu barədə "ORF Tirol" Tirol polisinə istinadən məlumat yayıb. Polisin məlumatına görə, dağ bələdçisi iyulun 16-da Zultsalferner buzlağında, dəniz səviyyəsində

30.08.2026 166
.

Tramp Ayda öz adının əbədiləşdirilməsini istəyir

ABŞ Prezidenti Donald Tramp Ayda onun şərəfinə hansısa obyektin adlandırılmasını arzuladığını bildirib. xəbər verir ki, Tramp bu açıqlamanı Hyustondakı NASA-nın Conson Kosmik Mərkəzində "Artemis II" missiyasının heyətinin Konqresin Kosmik Şərəf Medalı ilə təltif olunması mərasimində verib

30.08.2026 154
.

Azərbaycanda bu tarixdə GÜCLÜ KÜLƏK ƏSƏCƏK: Sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə güclü külək əsəcək. Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax

30.08.2026 309
.

Bu ölkə oğru qağayılara görə hər il 232 milyon dollar ziyan görür

Böyük Britaniyada qağayıların insanlardan yemək oğurlaması hər il milyonlarla funt sterlinq zərərə səbəb olur. Araşdırmaya görə, quşların oğurladığı qidaların illik dəyəri təxminən 171 milyon funt sterlinq (təxminən 232 milyon 464 min dollar) təşkil edir. xəbər verir ki, "Independent" nəşrini

30.08.2026 162
.

Azərbaycanda 17 yaşlı qız toyuna günlər qalmış sığınacağa müraciət etdi

Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinə cəhd edildiyi bildirilir. xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, gənc qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Lakin o bu evliliy

30.08.2026 259
.

Cəlilabadda ikimərtəbəli ev külə döndü

Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini

30.08.2026 157
.

Tibetdə sel nəticəsində 16 nəfər həlak olub, 500-dən çox şəxs itkin düşüb

Çinin Tibet Muxtar Rayonunun Şiqadze şəhər dairəsində sel nəticəsində 16 nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi regional hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakət nəticəsində 546 vətəndaş itkin düşüb. "The Paper"qəzet

30.08.2026 141
.