Məhkəmədə ara QARIŞDI: Ləğv edilmiş MTN-nin sabiq rəisinin səs yazısı ortaya çıxdı

Məhkəmədə ara QARIŞDI: Ləğv edilmiş MTN-nin sabiq rəisinin səs yazısı ortaya çıxdıLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq, növbəti dəfə mətbuat nümayəndələrinin məhkəmə prosesində iştirakına imkan verməyib.

Prosesdə şahid qismində 2012-cı ildə 6 saylı notariat kontorunda notarius vəzifəsində işləmiş Ərəstun İmanov ifadə verib. O bildirib ki, "Texnikabank" ASC-nin rəhbəri Etibar Əliyevlə tanışlığı olub:

"Notariat kontorunun depozit hesabı həmin bankın "Paytaxt" filialında yerləşib. "Texnikabank" ASC-nin fəaliyyəti dayanmasından sonra notariatın depozit hesabı "Bank Respublika" ASC-nin Nəsimi filialına köçürüldü. 2012-ci ilin sentyabrın əvvəllərində Etibar Əliyevin oğlu Kəramət onun iş yerinə gəlib, bir obyektin alqı-satqısını etmək istədiklərini, lakin bunun üçün atasının razılıq ərizəsi alınmalı olduğunu bildirdi. Dedi ki, atası MTN-də saxlanılır, imkanı varsa, orada atasından notarial qaydada ərizə alaq".

Ə.İmanov bildirib ki, həmin vaxt MTN ilə yolları kəsişməməsi üçün Kəramətə dərhal razılıq verə bilməyib: "1-2 gün sonra iş yerimə orta boylu, dolu bədənli, bığsız, mülki geyimli şəxs gəldi. Həmin şəxs dedi ki, MTN-nin istintaq şöbə rəisi Vüsal Ələkbərovdur. Vüsal Ələkbərov bildirdi ki, Etibar Əliyevin barəsində cinayət işinin istintaqını aparılır, Etibar Əliyevə köməklik məqsədi ilə obyektinin satılması lazımdır. Ona görə də Kəramətlə birlikdə idarəyə gəlib, Etibar Əliyevdən ərizə qəbul etməsini istədi. Vüsal Ələkbərov gedəndən sonra Kəramət məni MTN-nə apardı. Etibar Əliyevdən əmlakın arvadı tərəfindən satılmasına razılıq ərizəsini aldıq. Mən də obyektin alqı-satqı sənədlərini hazırlayaraq Kəramətə anasını müqavilənin imzalanması üçün gətirməsi dedim. Obyekti alan şəxs obyekti almaq üçün verdiyim məktub əsasında notariat kontorunun dopozit hesabına 3 milyon manat pulu keçirdi, bu barədə sənədi mənə gətirən kimi müqaviləni imzalamağa hazır olduğunu bildirdim.

Təqsirləndirən şəxs Vüsal Ələkbərov şahid Ərəstun İmanova bir neçə sual verib.

- Siz məni tanıyırsız?

Şahid:

- Bəli.

- Məni hardan tanıyırsız?

-Siz işlədiyim notariat kontora gəlmişdiz. Etibar Əliyevin MTN-də razılığının alınmasının rəsmiləşdirilməsini xahiş etmişdiz. Bundan sonra da sizin iş yerinizdə həmin alqı-satqı rəsmiləşdirildi.

Daha sonra zərərçəkmiş şəxs qismində sərbəst ifadə verən Etibar Vahid oğlu Cəfərovun sözlərinə görə, 2005-ci ildən "Sədərək" Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub, kosmetika və parfumeriya malları satıb:

"Seyran Nəcəfov, Elman Əhmədov və digərləri ilə birlikdə Çindən mal sifariş edib, hər birinin malı bir konteynerdə gəlib. 2013-cü ilin avqust ayının 29-da konteyneri gömrükdən qəbul edərək Seyranın anbarına boşaldan zaman MTN əməkdaşları tərəfindən saxlanıldıq. Malların qaçaqmalçılıq olması əsası ilə məni, Seyran Nəcəfovu, Balaşirin Babayevi, Elman Əhmədovu, Elvar Əliyevi, Natiq Teymurovu MTN-nin binasına aparardılar. Orada səhərə qədər orada saxladılar. Saxladıqları müddətdə məndən ilkin olaraq 500 min manat istədilər. Pulu verə bilmədiyim üçün bizdən qısa izahatlarımız alındı və səhərə yaxın evə buraxıldıq".

Zərərçəkmişin sözlərinə görə, sentyabrın 5-də yenə MTN-nin binasına çağırılıb və İstintaq Baş idarəsinin müstəntiqi Elmar tərəfindən şübhəli şəxs qismində tutularaq 2 gün təcridxanada saxlanılıb, sonra Səbail rayon məhkəməsi tərəfindən barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib:

"İstintaq qrupunun rəhbəri Fuad Məmmədov olub. 5 noyabr 2013-cü ildə özüm də səbəbini bilmədən sərbəst buraxıldım. Çıxandan sonra atamdan "nə əcəb məni buraxdılar" deyə soruşdum. Atam azadlığa buraxılmağım üçün külli miqdarda pul verdiyini bildirdi.

Zərərçəkmiş deyib ki, 2015-ci ilin oktyabrında MTN-də həbslər baş verəndən sonra qardaşı Vüqardan azadlığa buraxılması üçün MTN müstəntiqinə nə qədər pul verildiyini soruşub: "Hər şeyi danışmasını istədim. Vüqar da həmin pulu atam ilə birlikdə MTN-nin müstəntiqi Fuad Məmmədova verdiyini bildirdi. Atam MTN-nin müstəntiqi Fuad Məmmədova 210 min manat verdiyini dedi".

Bundan sonra Etibar Cəfərovun atası Vahid Cəfərov ifadə verib. O deyib ki, oğlu Etibar Cəfərov 5 sentyabr 2013-cü ildə MTN əməkdaşları tərəfindən tutulub: "Həbsindən təxminən 1 ay keçdikdən sonra oğluma yemək aparanda kiçik pəncərədən mənə kağız verildi. Kağızda "Fenozepam", "Renalum" adlı dərman adları yazıldı. Kağızı verən MTN əməkdaşı dərmanları alaraq oğlum üçün gətirməyimi tapşırdı. Etibarın səhhətindəki problemlərin baş qaldırmasını başa düşdüm və pis oldum. Sonra digər oğlum Vüqar və Etibarın vəkili Qubadla birlikdə MTN-nin binasının qarşısında olan yolun digər tərəfınə, Fəxri Xiyaban tərəfə keçdik. Piyada gəzərkən Qubaddan "Etibarın işi necə olacaq" deyə soruşdum. Qubad isə Etibarın azadlığa buraxılması üçün 300 min manat pul istədiklərini dedi. Fuad danışıq zamanı mənə hər şey yaxşı olacaq dedi, Etibarın azadlığa çıxması üçün 300 min manat pul istədi. Fuad Məmmədovla uzun-uzadı söhbət edəndən sonra mənə 3 gün ərzində pulu çatdırmalı olduğumu bildirdi".

Məhkəmədə təqsirləndirilən şəxs Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış edib. O, M.Şıxəliyevin Akif Qurbanovla söhbəti olan səs yazısının dinlənilməsini istəyib.

Məlum olub ki, M.Şıxəliyev azadlıqda olarkən restoranda Akif Qurbanovla görüşüb və həmin görüş zamanı gizli şəkildə onun səsini yazıb.

Hakim vəkilin vəsatətini təmin edib və səs yazısı məhkəmə zalında dinlənilib. M.Şıxəliyevin vəkili səs yazısını müvəkkilinin zərərçəkmiş şəxs Akif Qurbanov tərəfindən şantaj yolu ilə ondan pul tələb etməsi kimi təqdim edib.

Akif Qurbanovun sözlərinə görə, iş materialları ilə də şantaj olunan tərəf özü olduğun sübut olunub: "Vəkil yalan danışır. Mövlam Şıxəliyev bu cür üsullarla MTN-dəki şantaj mövqeyini bir daha ortaya qoyur".

Akif Qurbanov Mövlam Şıxəliyevə deyib ki, səs yazısını kəsib, məhkəmədə dinlətməklə heç nəyə nail ola bilməyəcək."

Akif Qurbanov bildirib ki, Mövlam Şıxəliyevin ortaya saldığı adamların təşəbbüsü ilə onunla görüşüb: "Görüş zamanı Mövlam Şıxəliyev məndən və Vüsal Ələkbərovdan şikayət etməməyim üçün MTN-də alınan 1 milyon manatın müqabilində 300 min manat təklif etdi. Əvvəlcə razılıq versəm də, sonradan razılaşma pozuldu".

Akif Qurbanovun vəkili Osman Kazımov səs yazısının tam olaraq məhkəməyə təqdim olunmasını, bu səs yazısının bir neçə saatlıq söhbətdən 10 dəqiqəlik fraqment olduğunu nəzərə çatdırıb. Vəkil vəsatətində məhkəməyə təqdim olanan SD diskin fonoskopik ekspertizaya göndərilməsini istəyib.

Vəkil bildirib ki, Mövlam Şıxəliyev səs yazısını montaj etməklə özünü təmizə çıxarmaq istəyir. Hakim vəsatətə növbəti prosesdə baxılacağını bildirib.

Məhkəmənin növbəti iclası mayın 31-nə təyin edilib.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1413   Tarix: 24 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KİV: ABŞ-də 65 ildə ilk dəfə hərbçilər edam edilə bilərlər

ABŞ ordusu 1961-ci ildən bəri ilk dəfə olaraq ölüm hökmünə məhkum edilmiş dörd hərbçini edam edə bilər. xəbər verir ki, bu barədə ABC telekanalı daxili planlaşdırma sənədlərinə istinadən xəbər verir. Edam edilə biləcək məhkumlar qətl və təcavüz cinayətlərinə görə həbs olunublar. İlkin olaraq fevral ayınd

07.06.2026 130
.

İsrail Livanda "Hizbullah"a qarşı əməliyyata başladı

İsrail ordusunun xüsusi təyinatlı dəstələri Livanın Nəbatiyyə şəhərinin ətrafında "Hizbullah" təşkilatının silahlı dəstələrinə qarşı əməliyyata başlayıb. "Al Hadath" telekanalına istinadən xəbər verir ki, paytaxt Beyrutdan 75 km məsafədə yerləşən şəhərin ətraf ərazilərinə hücum intensi

07.06.2026 126
.

Abbas Əraqçi: İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir

İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Livanın ABŞ ilə danışıqlarda Tehran üçün "sövdələşmə vasitəsi" olması barədə bəyanatını tənqid edib. "Report" xəbər verir ki, bu barədə İran XİN başçısı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib

07.06.2026 147
.

Azərbaycan ABŞ-yə ixracını 15 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 338 milyon 608 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % azdır. Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracını

07.06.2026 144
.

Jak Şirakın həyat yoldaşı 93 yaşında vəfat etdi

Fransanın keçmiş prezidenti Jak Şirakın dul arvadı Bernadett Şirak 93 yaşında vəfat edib. xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Bernadett Şirak Fransa tarixində seçkili siyasi vəzifə tutan ilk və yeganə birinci xanım olub. O, 1971-ci ildə Korrez departamentində Sarran bələdiyyə şurasın

07.06.2026 173
.

Təyyarədə yatmaq təhlükəli ola bilər - SƏBƏBLƏR

Təyyarədə yatmaq uzun uçuşları daha rahat keçirməyə kömək etsə də, bütün yatış formaları eyni dərəcədə təhlükəsiz hesab olunmur. Aviasiya sahəsində uzun illər çalışmış mütəxəssis bəzi məşhur istirahət pozalarının həm sərnişinlərin özləri, həm də ətrafdakılar üçün narahatlıq və risk yarada biləcəyin

07.06.2026 155
.

Paşinyandan etiraf: "Ermənistan Avropa İttifaqına üzv olmağa hazır deyil"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin hələlik Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı namizəd statusu almağa hazır olmadığını etiraf edib. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib. "Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq barədə referendum o zaman keçiriləcə

07.06.2026 135
.

Gömrükçülərin sınaq müddəti necə qiymətləndiriləcək? - Yeni tələblər

Gömrük orqanlarında sınağın keçirilməsi qaydası və şərtləri təsdiqlənib. -ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb. Qərara əsasən, qeyd olunan şəxslər barəsində sınaq müddəti müəyyən edilməyəcək və onlar müvafiq vəzifəyə təyin olunmaqla gömrük orqanlarında daimi xidmətə qəbul olunacaqlar:

07.06.2026 142
.

KİV: İran ABŞ Hərbi Hava Qüvvələrinin Qətərdəki mərkəzini sıradan çıxarıb

İranın raket zərbələri nəticəsində Qətərin paytaxtı Doha yaxınlığında yerləşən Əl-Udeyd aviabazası ərazisindəki ABŞ Hərbi Hava Qüvvələrinin əməliyyat mərkəzi tamamilə sıradan çıxıb. xəbər verir ki, bu barədə "Air and Space Forces Magazine" məlumat yayıb. Nəşr adları açıqlanmayan yüksəkvəzifəl

07.06.2026 154
.

TOP MP3