"COVID-19" pandemiyası qadınların gözü ilə... - ARAŞDIRMA

"COVID-19" pandemiyası qadınların gözü ilə... - ARAŞDIRMA"Bakıda gənc qadın amansızlıqla öldürüldü", "11 yaşlı məktəbli qız zorakılığa məruz qaldı", "33 yaşlı qadın özünü asaraq intihar etdi"... Bu xəbər başlıqlarının hər biri ötən bir ildə yazmağı arzulamadığımız, amma vaxtaşırı yazmağa məcbur olduğumuz xəbərlərdəndir. Axı biz jurnalistik...

Geridə qoyduğumuz "pandemiya ili" neçə həyatları parçaladı, nə qədər insanın psixologiyasını pozdu, kim bilir?

Müsahibim 32 yaşlı Nərgiz "COVID-19" pandemiyası başlayan dönəmi həyatından silmək istəyir:

"Mən o il haqqında danışmaq istəmirəm. Çünki o xəstəlik məndən atamı aldı".

Nərgiz 2020-ci ili unutmaq istəyir və inanır ki, hər şey qaydasında davam edəcək. Atası isə onu heç vaxt tərk etməyib.

Rəhimə isə hər gün həm universitətə qəbul olmaq, həm də pandemiyanın bitməsi üçün dua edib. Ali məktəbə daxil olmağı bacarsa da, tədris ilinin başlanğıcında universitətdə ənənəvi tədrisə qoşula bilməməsi ona çox pis təsir edib.

"İnstagram"da satış səhifələrindən birində gördüyü mavi, üzərində qırmızı gülləri olan donu alıb, saçlarını darayıb və kompüterin qarşısında ilk dəfə qrup yoldaşları ilə virtual olaraq tanış olub. Hazırda onlayn tədrisə vida etməyin xoşbəxtliyini yaşayan Rəhimə bir daha o illərin yaşanmamasını arzulayır.

4-cü sinif şagirdi Əsnad 2020-ci ilin yay ayında ailəsi ilə birlikdə şəhərə köçüb. Danışdıqlarından belə anladım ki, onun üçün iki sevimli gün var: biri doğum günü, bir də məktəb ləvazimatları almaq üçün bazarlıqa getdikləri gün... Elə hiss edib ki, bir daha məktəb bazarlığına gedib çanta ala bilməyəcək. Axı evdə çanta götürməyə ehtiyac qalmır. Heç distant formada keçirilən dərslərdə özünə yoldaş da tapa bilməyib. Yeni məktəb, yeni sinif yoldaşları, müəllimlər, bir də yeni çanta ala bilməməsi pandemiya dövrünü onun üçün ömürlük "unudulmaz" edib.

66 yaşlı Almaz nənə virusa yoluxmamaq üçün bacardıqca ünsiyyətdən qaçıb, hava almaq üçün belə, həyətə çıxmayıb, özünü evdə təcrid edib. Deyir: "Həyətdə necə oturaydım?.. Bəlkə yanımdan keçən və ya mənimlə söhbət edən kimsə aktiv koronavirus xəstəsidir? Tam zamanında vaksinlərimi vurdurdum, xəstələnmədim. A bala, getsin o günlər gəlməsin! O nə idi, başımıza gəldi?!"

Ən təsirlisi isə adının yazılmağını istəməyən, şərti olaraq adını Gül qoyduğum 27 yaşlı xanımdır. 5 il nişanlı qaldıqdan sonra toysuz gəlin köçüb. Vağzalı çalınmadan, gəlinlik geyinmədən, ağ, üstü naxışlı donla ata evini tərk edib. Uşaqlıqdan anasının xələtlərini geyinib tez-tez "Ana, bax, gəlin oldum" deməsi ilə, bəlkə də, bu arzusunun ondan alındığını düşünür:

"Əvvəlcədən nə isə barədə danışıramsa, reallaşmır. Bu arzum da onlardan biridir".

Zamanı qaytarmaq və yazmaq istədiyi hekayəsini tamamilə silməyi arzulayır.

Dünyanı cənginə alan koronavirus pandemiyası bir çox sahibkarı müflis etmişdi. Gülün həyat yoldaşı da bu şəxslərdən biri olub. Onun kiçik biznesi batıb. Elə problemlər də o gündən başlayıb. Həyat yoldaşının götürdüyü borclar və davamlı olaraq borc verənlərin etdiyi zənglər ömür-gün yoldaşını heç tanımadığı bir adama çevirməyə bacarıb. Hər gün dava, hər gün aldığı yaralar... Bu gün körpəsinə özü baxır. Yoldaşı isə ağ ölüm adlandırdığımız "narkotik"in qurbanlarından biridir...

2019-cu ilin dekabr ayının ortalarından "COVID-19" böhranı yayılmağa başladı. Sonuncu dəfə cəmiyyətdə bu cür çaşqınlıq 2008-ci ildə, müxtəlif viruslarının qarışığında yaranan "donuz qripi" (H1N1) yayılan zaman baş vermişdi.

Araşdırmalara görə, respondent qadınların 22 faizi ailə-məişət yükünün artdığına görə təhsili yarıda saxlamalı olub. Bu qadınların 63.6 faizi uşaqlıdır, 95.4 faizi paytaxtda yaşayanlardır. Ümumilikdə, dünyanın 190-dan çox ölkəsini və bütün qitələri əhatə etməklə, bu koronavirus təxminən 1.6 milyard təhsil alana təsir edib.

Lakin bu mübarizədə zərif adlandırdığımız qadınlar təhsil və səhiyyə sektorunda çalışanların böyük hissəsini təşkil ediblər. Qadınların təxminən 40-50 faizi zorakılıqla üzləşdiyi zaman müraciət edə biləcək yer tapa bilməyib. Sadəcə 2020-ci ildə ölkədə məişət zorakılığı nəticəsində ölənlərin sayı 34 faiz artıb.

Bu illərin bizdən aldıqlarından əlavə, qazandıqlarını da unutmamalıyıq. Həm qadınların, həm də kişilərin ailəsinə, övladlarına daha çox zaman sərf etmək üçün imkan yarandı. İnsanlar bir-birinin dəyərini daha yaxşı anlamağa başladılar. Müxtəlif sahələrdə çalışan şəxslər karyeralarının inkişafı üçün daha çox araşdırmalar edərək biliklərini dərinləşdirdilər.

Artıq sevincli-kədərli o günlər geridə qaldı. Azərbaycan cəmiyyəti virusa qalib gəldi! May ayının birindən etibarən soyuq havada sevdiyimiz, istidə cərimənin "qorxusu" ilə taxdığımız maskalarla vidalaşdıq. Ümid edirəm ki, karantin rejimi tətbiq edilən zaman qədrini daha çox bildiyimiz günlər kimi, qadınlarımızın da qiymətini bir gün daha çox anlayacağıq...

Qadın gülərsə, dünya gülər! Qoy maskadan azad olan üzlər həmişə gülsün!..

"COVID-19" pandemiyası qadınların gözü ilə... - ARAŞDIRMANƏRMİN MİRVALEHQIZI


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 833   Tarix: 25 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.