7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO

7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEOPrezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

BiG.AZ xəbər verir ki, bu gün həmin məkanda baş tutan tədbiri çıxış nitqi ilə açan 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov bildirib ki, Azərbaycan Respublikasın Prezidenti cənab İlham Əliyevin imzaladığı əfv sərəncamı 3 nəfərə şamil olunub, onlardan biri azadlığa buraxılıb, digər iki şəxsin isə cəza müddəti azaldılıb:

"Onlardan biri 1991-ci il təvvəlüdlü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 maddəsi ilə 8 il 5 ay 7 gün azadlıqdan məhrum edilən Ağazadə Qəfər Telman oğlunun cəzası tam ləğv edilib, ikisinin cəza müddəti isə azaldılıb. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra bu günə qədər 68 əfv sərəncamı imzalanıb. Hər bir sərəncamın özünəməxsus hüquqi və humanist dəyəri var.

Bu sərəncamlar məhkumların islah prosesinə çox müsbət təsir göstərir. Bu günədək 7 saylı Cəzaçəkmə Müəssisəsində yüzlərlə məhkum imzalanan əfv sərəncamı və amnistiya aktı ilə azadlığa buraxılıb. Mən də öz adımızdan cənab Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Bu bayramların azadlığa buraxılan məhbuslar üçün xüsusi dəyəri var. Onlar cənab Prezidentin humanist addımı ilə öz ailələrinə, yaxınlarına və sevdiklərinə qovuşurlar".

Rasim Bayramov qeyd edib ki, 44 günlük Vətən müharibəsində 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbusların yaxınları da iştirak edib:

"Bu gün əfv sərəncamının şamil olduğu Ələsgər Xuduyevin oğlu da Şuşa uğrunda döyüşlərdə şəhid olub. Dünən cəzasının azaldığını eşidən Ələsgər Xuduyevin sevincinin həddi-hüdudu yox idi.

Bu cür humanist addımlara görə cənab Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevaya bir daha təşəkkür edirəm. Bundan sonra da cənab Prezidentin göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirməyə hazırıq".

Tədbir zamanı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Ələkbər Mirzəyev və Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Zeyni Rauf Xurşud oğlunun iştirakı ilə azadlığa buraxılan məhkuma arayış təqdim olunub və o, azadlığa buraxılıb.

Əfv sərəncamı ilə azadlığa buraxılan Qəfər Ağazadənin anası humanist addımına görə ölkə başçısına təşəkkür edib. O, həmçinin, bu illər ərzində oğluna göstərilən qayğıya görə 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə də minnətdarlığını bildirib.

Q. Ağazadənin anası qeyd edib ki, oğlunun ziyarətinə gəldikdə burada onu daim yüksək qayğı və diqqətlə qarşılayıblar.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 27-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamla ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad edilib, eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaşı olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.

Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.

7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO7 saylı Cəzaçəkmə Müəssisəsində əfv sərəncamı icra olundu - FOTO-VİDEO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1904   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 198
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 187
.