"Azərişıq"dan problem yaradan YENİLİK

"Azərişıq"dan problem yaradan YENİLİKVətəndaşlar "Azərişıq" ASC-nin sms tipli sayğaclarında yaranan problemlərdən şikayət edirlər. Şikayətçilər iddia edirlər ki, onlara əlavə borc yazılır, balansdakı vəsait naməlum səbəblərdən silinir. Bəzi vətəndaşlar uzun çək-çevirdən sonra problemin həllinə nail olursa, əksəri süründürməçiliklə üzləşir.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Son dövrlər vətəndaşlar "Azərişıq" ASC-nin sms tipli sayğaclarının göstəriciləri ilə bağlı narazılıq edirlər. Redaksiyamıza müraciət edən şikayətçilər bildirir ki, 2021-ci ilin noyabr ayının 1-dən tariflər dəyişib, enerjinin qiyməti bahalaşıb. Ancaq tarif dəyişsə də, sms tipli sayğacların tarifi dəyişdirilməyib. "Azərişıq"ın İnformasiya Texnologiyaları şöbəsi bu işin öhdəsindən gələ bilmədiyi üçün, qurumun enerji satışı şöbəsinə edilən şikayətlərin həcmi hər gün artır. Təəssüf ki, bu şikayətlər real nəticə vermir.

Sms tipli sayğaclar ən çox Nəsimi rayonu ərazisində olduğu üçün şikayətlərin də əksəri məhz bu rayondandır. Sakinlərin iddiasına görə, "Azərişıq"ın işçiləri bu problemi həll etmək üçün elektron qaydada deyil, fərdi qaydada sayğaclara baxış keçirir, əl təması ilə sayğacda dəyişiklik edirlər. Amma bu da problemi həll etmir. İstehlakçılara yazılan əlavə borclara görə "Azərişıq" nümayəndələri ilə vətəndaşlar arasında mübahisələr yaranır. Misal üçün, QHT sektorunda tanınmış simalardan olan Vüqar Tofiqli iddia edir ki, "Azərişıq" hər ay ona əlavə borc yazıb. Özü də bu borc hər ay artır: "Fevral ayının əvvəlində yaşadığımız binadakı mənzillərin elektrik sayğacını sms tipli sayğacla əvəzləyiblər. Bu dəyişmənin özünü normal hesab etmirəm. Çünki əvvəlki sayğaclar daha etibarlı və münasib idi. Əvvəllər bir ay tamam olan kimi qəbz verilirdi və istehlakçıya 1 ay ərzində borcunu ödəmək imkanı yaradılırdı. Biz də ya onlayn şəkildə, ya da ödəmə terminalları vasitəsilə borcumuzu ödəyirdik. Yeni sms tipli sayğaclarda istehlakçılar əvvəlki imkandan məhrum olublar. İndiki sayğaclar istehlakçını məcbur edir ki, əvvəlcədən balansa pul yükləsin. Yəni "Azərişıq" satmaq istədiyi, istehlakçının hələ istifadə etmədiyi enerjinin pulunu bəri başdan alır. Belə məlum olur ki, "Azərişıq"ın yenilik adı altında tətbiq etdiyi sms tipli sayğacların əsas məqsədi bundan ibarətdir. Bundan başqa, əgər mən balansımı onlayn qaydada yoxlaya, sərfiyyatımı, pulumun qalığını onlayn şəkildə öyrənə bilmirəmsə, bunun nəyi yenilikdir? Təsəvvür edin, mən 3-cü mərtəbədə yaşayıram və balansımdakı məbləği öyrənmək üçün mütləq birinci mərtəbəyə düşməli, sayğaca baxış keçirməli, mexaniki qaydada məlumat almalıyam".

V.Tofiqli deyir ki, yeni sms tipli sayğaclar quraşdırılandan qısa müddət sonra e-manat ödəmə terminalında abonent kodunu yükləyən zaman mart ayı üzrə 26 manat 40 qəpik borc yazıldığını öyrənib. O, əvvəlcə bunu anlaşılmazlıq kimi qəbul edib, hər ehtimala borc kimi göstərilən məbləği artıqlaması ilə ödəyib. Lakin aprel ayında 15 gündən artıq müddətdə Bakıdakı mənzildə deyil, rayondakı evində yaşamasına rəğmən, abonent kodunu ödəmə terminalına daxil edəndə 27 manat borc yazıldığını öyrənib: "Maraqlı burasıdır ki, balansımda 22 manat artıq vəsait olduğu halda, mənim 27 manat borclu olduğum göstərilirdi. Dərhal "Azərişıq"la əlaqə saxladım, bunun səbəbini soruşdum. İzah etdilər ki, sistemdə problem var, tariflər əvvəlki qiymətlə hesablandığından belə fərqli vəziyyət yaranıb. Tələb etdilər ki, fərqin aradan qalxması üçün borcu ödəyim. Borcu ödəməkdən imtina etmədim, amma haqlı olaraq soruşdum ki, bu vəziyyətə görə kim günahkardır? Açıq şəkildə bildirdilər ki, günah "Azərişıq"dadır. Üçüncü dəfə "Azərişıq"ın Nəsimi rayonundakı enerji satış mərkəzinə gedəndə öyrəndim ki, mənim mənzilimin elektrik enerjisindən istifadəyə görə borcu artıq 88 manatdır. Ətraflı araşdırma aparılmasını tələb etdim. Sistemdəki nasazlığı, hansısa naməlum problemi əsas gətirib günahı öz üzərilərindən atdılar. Məsələni bu cür qoymadım, "Azərişıq" rəhbərliyi səviyyəsinə çıxdım. Onlara sübut etdim ki, əsassız yerə mənzilimə borc yazılıb və sistemdə yaranan hər hansı çatışmazlığa görə məsuliyyəti istehlakçı deyil, "Azərişıq" daşıyır".

V.Tofiqlinin sözlərinə görə, hətta Tarif Şurasının qərarına uyğun olaraq qiymətlərdə dəyişiklik varsa, bu dəyişiklik sms tipli sayğaclara xüsusi proqram vasitəsilə ötürülməli, balansdakı vəsaitdən işlədilən elektrik enerjisinin xərci çıxılmalıdır: "Balansımda vəsait ola-ola mənə borc yazılması absurddur. Çox çətinliklə "Azərişıq" rəsmilərinə vəziyyəti izah etdikdən sonra tələblərim yerinə yetirildi, problem həllini tapdı. Məsələ burasındadır ki, bu situasiya ilə yalnız mən deyil, onlarla, bəlkə də, yüzlərlə abonent qarşılaşa bilər. İndi onların hamısı mütləq "Azərişıq" rəhbərliyinə müraciət etməli, bütün iş-gücünü atıb haqlı olduqlarını sübut etməklə məşğul olmalıdırlar? İstənilən yenilik tətbiq olunanda elə etmək lazımdır ki, vətəndaşlara əlavə qayğı yüklənməsin, əksinə, xidmət səviyyəsi daha da yaxşılaşsın, məmnunluq təmin olunsun".

Bu cür şikayətlər onlarladır. Hər birində də eyni məzmun var. Qeyd olunan problemlə əlaqədar "Azərişıq" ASC-nin Mətbuat katibi Vaqif Aydınoğlu ilə əlaqə saxladıq. Şikayətçilərin səsləndirdiyi iddiaların əsaslı olub-olmadığına aydınlıq gətirmək istədik. O, hər bir vətəndaşın şikayətinin ətraflı araşdırılması, obyektiv mənzərənin ortaya çıxması üçün abonent kodu ilə birlikdə "Azərişıq"ın yerli qurumuna müraciət olunmasını tövsiyə etdi. Bildirdi ki, abonent kodu vasitəsilə illər, aylar və günlər ərzində vətəndaşın istehlak etdiyi enerjinin miqdarını, indiyə qədər hansı onlayn vasitələrdən, ödəmə terminalından istifadə edilməklə nə qədər vəsait ödədiyini müəyyənləşdirmək olar.

Enerji məsələləri üzrə ekspert İlham Şaban mövzuya dair qəzetimizə açıqlamasında bildirib ki, "Azərişıq" ASC-nin elektron xidmətləri hər kəs üçün əlçatandır. Ekspertin qənaətincə, istənilən istehlakçı istifadə etdiyi smartfona "Azərişıq"ın xidmətlərinin mobil versiyasını yükləməklə, nəinki cari ay ərzində, eləcə də aylar və illər üzrə elektrik enerjisi sərfiyyatını, ödənişlərini, borcunu öyrənə bilər. İ.Şabanın sözlərinə görə, əgər hər hansı istehlakçı hesab edirsə ki, ona əlavə borc yazılıb, o, elektron qaydada, yaxud ərizə ilə "Azərişıq" ASC-yə müraciət etməklə məsələnin ətraflı araşdırılmasını tələb edə bilər. Məsələ bu müstəvidə həllini tapmazsa, hər bir vətəndaş öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməkdə azaddır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1002   Tarix: 28 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

09.11.2026 203
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

09.11.2026 196
.

İzmirdəki partlayışda ölənlərin sayı artıb

Türkiyənin İzmir vilayətindəki metallurgiya kombinatında baş verən partlayış nəticəsində həlak olanların sayı 16-ya çatıb. -ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasını

09.11.2026 258
.

Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı

09.11.2026 203
.

Ərdoğan Azərbaycan xalqını təbrik etdi

"Azərbaycanla Türkiyə fitnə mənbələrinə baxmayaraq, əməkdaşlığı gücləndirib. Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı iki qardaş ölkədir". "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan səfərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zaman

09.11.2026 198
.

Afinada dəhşətli hadisə: Çamadandan daha bir qadının meyiti tapıldı

Yunanıstanın paytaxtı Afinada yoldan keçən bir nəfər dəhşətli mənzərə ilə qarşılaşıb. Belə ki, o, Aqios Panteleymonas rayonunda yol kənarına atılmış çamadandan kəskin qoxu gəldiyini hiss edib. Hadisə yerinə gələn polis əməkdaşları çamadanı açarkən onun içərisində qadın meyiti aşkar ediblər. xəbər veri

09.11.2026 205
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 187
.