Gəncədə şiddət görən üç ilin gəlini danışdı: "Ərim məni döydü, sonra..."

Gəncədə şiddət görən üç ilin gəlini danışdı: "Ərim məni döydü, sonra..."Gəncə şəhərində 1997-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Aytənə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 21-də baş verib.

Əli həmin gün saat 10 radələrində Aytənlə birgə yaşadıqları evdə aralarında ailə münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı Əli arvadını əl və ayaq zərbələri vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncənin Kəpəz rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zaur Hüseynovun icraatına verilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aytən ilə 2019-cu ildə qeyri-rəsmi ailə həyatı qurub, birgə nigahdan 1 övladları var: "Arvadım Aytənlə son vaxtlar aramızda mübahisələr yarandı. Təxminən 2021-ci ilin dekabr ayında Aytəm mənim başqa qadınlarla mobil telefon vasitəsilə danışdığımı bildi, məndən küsdü. Evdən çıxaraq anası evinə getdi. Sonra Aytən özü məndən xahiş edərək onu geri qaytarmağımı istədi. Mən də Aytənin anası evinə gedərək onu öz yaşadığımız evə geri gətirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 21-də, saat 10 radələrinə evdə yatan zaman arvadı Aytən onun mobil telefonunu ondan xəbərsiz götürüb, içərisindəkilərə baxıb, təkrar onun başqa qadınlarla danışdığını aşkar etdiyinə görə anidən qışqırıb: "Mən də qorxaraq yuxudan oyandım. Yuxudan oyanan kimi Aytən mənimlə kobud rəftar edərək qışqırmağa başladı. Mən də Aytənin telefonumu icazəsiz götürməyinə əsəbləşdim. Onun sifətinə, bədəninə yumruq və təpik zərbələri vurdum. Daha sonra isə ayağa qalxaraq əl və ayaq zərbələri ilə onun bədəninin müxətlif nahiyələrinə vurdum. Aytəni döydükdən sonra evdən getdim. Evə qayıtdıqda Aytənin evdən çıxaraq anası evinə getdiyini öyrəndim. Baş verən hadisəyə görə çox peşmanam. Hazırda Aytənlə barışmışam".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aytənin sözlərinə görə, təqsirləndirilən şəxs ilə 2019-cu ildə qeyri-rəsmi ailə həyatı qurub, birgə nigahdan 1 övladları var: "Ərim ilə son vaxtlar aramızda mübahisələrimiz yaranıb. Əli mütəmadi olaraq digər qadınlarla danışdığı üçün aramızda mübahisələrimiz yaranıb".

Zərərçəkmiş şəxs qeyd edib ki, yanvarın 21-də yaşadığı evdə olan zaman saat 10 radələrində əri Əlinin mobil telefonunda başqa qadınların yazışma və şəkillərini aşkar edib: "Əli də mənim mobil telefonun icazəsi götürdüyümə görə əsəbləşdi, burun nahiyəmdən vurdu, daha sonra isə bədənimin müxtəlif nahiyələrinə təpik zərbələri vurdu. Sonra Əli əl və ayaq zərbələri ilə kürəyimdən və ayağımdan vurmağa başladı. Əli məni döydükdən sonra evdən qovdu. Mən də əşyalarımı yığaraq anamın yaşadığı Gəncə şəhəri Depo qəsəbəsində yerləşən evə gəldim".

Aytən bildirib ki, yanvarın 24-dəm Kəpəz rayon Polis İdarəsinə gələrək ərinin onu döyməsi barədə ərizə ilə müraciət edib. Qeyd edib ki, Əli onu döyən zaman evdə başqa şəxslər olmayıb. O, hazırda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayəti olmadığını deyib.

Məhkəmənin hökmü ilə Əlinin barəsində olan cinayət işinə xitam verilib. Buna səbəb Əlinin ondan şikayətçi olmaması ilə bağlı olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2378   Tarix: 02 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

09.11.2026 162
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 159
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 250
.

Antalyada 102 lider bir araya gələcək

Antalyada bu gün başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) 95 ölkənin dövlət və hökumət başçısı, eləcə də 7 beynəlxalq təşkilatın rəhbəri bir araya gələcəklər. "Report"a istinadən xəbər veri

09.11.2026 219
.

Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib

Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli

09.11.2026 195
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 193
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 196
.

Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər

09.11.2026 209
.

Azərbaycanda Aliment Fondunun yaradılması niyə ləngiyir?

Bir neçə ildir ki, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı müzakirələr aparılır. Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, ekspertlər tərəfindən müxtəlif təkliflər irəli sürülüb, lakin fond hələ yaradılmayıb. Fondun yaradılması hüquqi və sosial baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki

09.11.2026 178
.