Adları dəyişən 10 ölkə - SİYAHI
Bir müddət öncə Türkiyə hökumətinin ölkə adının xarici dillərdə yazılışının dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciəti qəbul olundu. Beləliklə, beynəlxalq səviyyədə ölkə adı olaraq istifadə olunan "Turkey" (Turkei, Turquie və s.) kəlməsi "Türkiye" olaraq istifadə olunacaq
Ancaq Türkiyə beynəlxalq aləmdə adı dəyişdirilən yeganə ölkə deyil.
Hollandiya - Niderland
Niderland hökuməti də "Hollandiya" adından imtina edərək imicinə yenidən baxdı. 2020-ci ildən bəri biznes liderləri, turizm şurası və mərkəzi hökumət ölkəni Niderland adlandırır.
Hazırda Şimali Hollandiya və Cənubi Hollandiya Avropa ölkəsinin 12 əyalətindən yalnız ikisidir.
Makedoniya Respublikası - Şimali Makedoniya
2019-cu ildə Makedoniya Respublikası rəsmi olaraq Şimali Makedoniya Respublikası oldu. Bəzi digər ölkə ad dəyişikliklərindən fərqli olaraq, bu işdə Yunanıstanla bağlı siyasi motiv olub.
Çexiya - Çex Respublikası
Mərkəzi Avropa ölkəsi Çexiya üçün ad dəyişikliyinin arxasında yenə marketinq dayanır. 2016-cı ildə Çexiya hökuməti adıni rəsmi olaraq Çex Respublikasına dəyişdi.
Persia - İran
1935-ci ildə Persia ölkənin adını İran olaraq dəyişdirdi (Zərdüştilikdə İranın şimalı və Əfqanıstanın cənubu Ariana adlanırdı). 1979-cu ildə İranda Ayətullah Xomeyninin rəhbərlik etdiyi islam inqilabı baş verdi, bu zaman monarxiya devrildi və İran İslam Respublikası elan edildi.
Siam – Tailand
Siamın adı 1939-cu ildə idarəetmə üsulu konstitusiyalı monarxiyaya çevrildikdən sonra Tailand olaraq dəyişdirildi. Yerli dildə "Prathet Thai" ("azad insanların ölkəsi") kimi tələffüz olunur.
Demokratik Kampuçiya - Kamboca Krallığı
Kamboca adını bir neçə dəfə dəyişib. 1953-1970-ci illər arasında ölkənin adı dəyişdirilərək Kamboca Krallığı, sonra isə 1975-ci ilə qədər Kxmer Respublikası adlandırıldı. 1975-1979-cu illərdə kommunist hakimiyyəti altında Demokratik Kampuçiya oldu. 1989-1993-cü illərdə BMT-nin keçid hakimiyyəti altında Kamboca dövlətinə çevrildi. 1993-cü ildə monarxiyanın bərpasından sonra onun adı yenidən dəyişdirilərək Kamboca Krallığı adlandırıldı.
Birma - Myanma
Əvvəlcə Birma adlanan hakim hərbi xunta 1989-cu ildə xalq üsyanında minlərlə insanın öldürülməsindən bir il sonra adını Myanma olaraq dəyişdi. Bu dəyişiklik Birləşmiş Millətlər Təşkilatı, Fransa və Yaponiya kimi ölkələr tərəfindən tanınsa da, ABŞ və Böyük Britaniya tərəfindən tanınmayıb.
Svazilend - Esvatini
2018-ci ilin aprelində Kral III Msvati ölkənin müstəmləkə keçmişindən azad olmaq istəyini vurğulayaraq Svazilendin adını dəyişdirərək Esvatini qoydu. Deyilənə görə, kral həmçinin bəzilərinin Svazilendi İsveçrə ilə səhv salmasından narazı olub.
Seylon - Şri-Lanka
Esvatini kimi, Şri-Lanka da müstəmləkə keçmişindən ayrılmaq üçün adını dəyişdi. Rəsmi ad dəyişikliyi 1972-ci ildə, ölkə Britaniya hökmranlığından müstəqil olduqdan sonra edilsə də, köhnə müstəmləkə adı olan Seylon hökumətin istifadəsindən rəsmi olaraq 2011-ci ildə çıxarıldı.
Bununla belə, məşhur Seylon çay etiketi öz adını saxlayıb.(oxu.az)
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1429 Tarix: 05 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSevgili tapmağın ən çətin olduğu iki yaş dövrü
İnsanların romantik münasibət qurmaqda daha çox çətinlik çəkdiyi iki yaş mərhələsi müəyyənləşdirilib. Psixiatr Marin Kolombelin fikrincə, 30 və 50 yaş dövrlərində yaranan sosial təzyiqlər və psixoloji maneələr yeni münasibətlərə başlamağı çətinləşdirə bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Doctissimo"
10.11.2026 226 Yay fəsli uzanır... 6 ay davam edəcək
Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə
08.11.2026 266 İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat
01.11.2026 602 Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər
Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric
01.11.2026 717 Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb
07.11.2026 303 Telefon işığı beynimizi aldadırmış - Yuxusuz gecələrin səbəbi...
Smartfon və digər rəqəmsal cihazlardan yayılan mavi işıq insan sağlamlığına və yuxu rejiminə ciddi zərər vurur. "Qafqazinfo"nun xəbərinə görə, Harvard Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, mobil telefon ekranlarının şüalanması yuxuya getməyi təmin edən melatonin hormonunun ifrazın
04.11.2026 532 Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
08.11.2026 308 Gecələr ürəyimiz niyə zərərli qidalar istəyir?
Şam yeməyindən sonra mətbəxə tərəf addımlamaq bir çox insan üçün adi hallardan biridir. Araşdırmalar göstərir ki, insanların təxminən üçdə biri, 18-24 yaş arası gənclərin isə 80 faizi axşam yeməyindən sonra qəlyanaltı edir. Lakin dietoloq Dr. Kristina Bolyo yatmazdan iki saat əvvəl yemək yeməyin kökəlm
06.11.2026 449 İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət
İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini
01.11.2026 605