"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO

"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTOAnsambl birlik, həmahənglik deməkdir, musiqi ifaçılığında isə bir-birini duymaq, dinləyə bilmək, bir yerdə çıxış edən zaman mütənasibliyi, ahəngdarlığı nümayiş etmək bacarığıdır. Əgər musiqiçi ansambl ifaçılığını bacarırsa, demək professional ifaçılıq sənətinə yiyələnib.
Bu baxımdan, 2022-ci il 3 iyun tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında keçirilən konsert də I kurs tələbələrinin ansambl sənətində əldə etdikləri biliklərinin təqdimatında maraqlı oldu.

Keçirilən tədbirdə Bakı Musiqi Akademiyasının baş müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevda Məmmədova və Sevda Məmmədlinin sinfində təhsil alan tələbələr çixiş etmişdir. Qeyd edək ki, Sevda Məmmədova pedaqoji işlə paralel olaraq ictimai fəaliyyətlə də məşğuldur. O, artıq neçə illərdir ki, BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. İşlədiyi illərdə məktəb-studiyanın fəaliyyətində mühüm rol oynamışdır, keçirilən müsabiqə, festival və konfranslarda, müxtəlif önəmli tarixlərlə bağlı tədbirlərdə fəal iştirak etmişdir.

Sevda Məmmədli isə ifaçılıq və pedaqoji işlə yanaşı professional bəstəkar kimi də fəaliyyət göstərir. Pianoçu, pedaqoq kimi, həm də professional bəstəkarlıq yaradıcılığı sahəsində o, çox sayda nailiyyətlər əldə etmişdir. Onun gözəl duyğularla zəngin, qəlbəyatan musiqisi müxtəlif tanınmış musiqiçilər tərəfindən mütamadi olaraq ifa olunur. Pianoçu kimi beynəlxalq səviyyəli müsabiqədə iştirak edərək laureat adını qazanmışdır.

Hər iki müəllimin yaradıcılıq palitrası geniş və çoxşaxəlidir. Onların sinfində təhsil alan tələbələr də çalışqan və məqsədyönlüdürlər. Konsertin gedişatında biz də bunun şahidi olduq.

Təqdim olunan konsertin rəngarəng proqramında müxtəlif bəstəkarların iki fortepiano üçün işləmələri və orijinal əsərləri yer almışdır. Burada həm Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirovun baletlərindən parlaq nümunələr, Arif Məlikovun iki fortepiano üçün "Skertso" konsert pyesi, həm "Çal-oyna" Azərbaycan xalq mahnısının işləməsi təqdim olundu. Eyni zamanda müxtəlif cərəyanlarda yaşayıb yaratmış xarici bəstəkarlardan V.Motsart, L.Bethoven, İ.Brams, J.Bize, A.Dvorjak, A.Sfasman, V.Qavrilin, A.Piazzollanın əsəsrləri səslənmişdir.
Tələbələr arasında Akademiyada birinci il təhsil aldıqlarına baxmayaraq, artıq Beynəlxalq müsabiqələr laureatları olan – Nəzrin Qulamova, Leyla Hüseynzadə, Nurgül Aslanova, Sübhiyyə Əsgərova, Əsmər Alxasova, Hidayət Sadıqbəyli, Əli Talıbov parlaq ifaları ilə fərqlənirdilər. Digər pianoçu-tələbələr – Gülnar Qədirova, Ülkər Abasova, Nəzrin Məhərrəmli, Fatimə Rəhimli, Qumral Zeynalova, Gültəkin Məmmədova, Aysel İbrahimli də obraz və texniki baxımdan ifa imkanlarını nümayiş etdirdilər.

Ümumiyyətlə, bu səpkidə keçirilən sinif konsertlərin təşkili tələbələri səhnənin xüsusi ab-havasına uyğunlaşdırır, onlarda məsuliyyət hissini daha da artırır.

Müəllimlərimiz və tələbələrimizə yaradıcılıqlarında yeni nailiyyətlər və uğurlar arzu edirik.

Aytən İbrahimova
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının
elmi-metodiki işlər üzrə direktor müavini,
aparıcı elmi işçi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru

"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO"Fortepiano ansamblı" fənnindən BMA-nın I kurs tələbələrinin konserti - FOTO


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1626   Tarix: 07 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL

Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr

22:30 1
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

18:30 158
.

Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq

Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n

17:10 167
.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

21:45 1
.

Gəncədə "Chevrolet" qəfil alışıb yandı

Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs

20:34 40
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını

19:22 178
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

14:41 185
.

Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu

Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində

21:00 1
.

Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi

Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma

1
.