Tüfeyli həyata görə oğullarını döyən qonşusunu ÖLDÜRDÜ: "Uşaqlarımı qorumaq istədim"
Bakıda 74 yaşlı qonşusunu kəsici alətlə vuraraq öldürən şəxs həbs edilib.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrında baş verib.
Belə ki, hadisə günü təqsirləndirilən Ceyhun Ağabəyov (soyad şərtidir) evinə gələrkən binanın qarşısında qonşusu Vaqif Quliyevin (soyad şərtidir) Ağabəyov ailəsinin tüfeyli həyat tərzi keçirməsinə etiraz edərək oğullarını döydüyünü görüb və vəziyyətə müdaxilə edib. Bu zaman o, əlindəki kəsici alətlə qonşusunun sinə nahiyəsindən bir zərbə vuraraq ağır xəsarət yetirib. Hadisə nəticəsində Vaqif Quliyev ölüb.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Ceyhun Ağabəyov bildirib ki, o, qonşusunu oğullarını qorumaq üçün vurub. Öldürmək niyyəti olmayıb və əməlindən peşmandır:
"Özüm ikinci qrup əliləm, əsəb xəstəsiyəm. Heç yerdə işləyə bilmirəm. Günümün əksər hissəsini zibilliklərdən yararlı əşyalar toplamaqla keçirirəm. Ərzaq tapanda da evə gətirirəm. Həmin gün də zibil yığıb evə qayıdırdım. Gördüm ki, Vaqif binanın qabağında dəmir dabankeşlə oğlanlarımı döyür. Yaxınlaşıb müdaxilə etdim. Oğlanlarımı qorumaq üçün elə zibillikdən tapdığım dəmir parçasını ona vurdum. Onu öldürmək istəmirdim. O əvvəlcə diz üstə yıxıldı. Sonra da ayağa durub binaya girdi. Daha sonra təcili yardım yaxınlaşdı və polislər gəlib bizi apardılar. Bizim onunla əvvəllər münasibətimiz yaxşı olub. Sonra arvadlar arasında məişət söhbətlərinə görə dava düşdü. Bundan sonra münasibətlər korlandı".
Hadisə nəticəsində həyatını itirən Vaqif Quliyevin oğlu məhkəmədə verdiyi ifadədə bildirib ki, ona bu barədə xəbəri anası verib:
"Atamın 74 yaşı var idi. Hamı ilə münasibəti çox yaxşı olub. Həmin gün Ceyhun və iki oğlu atamla mübahisə ediblər. Nəticədə Ceyhun qəfildən atama əlindəki əşya ilə zərbə endirib. Onun əlində nəyin olduğunu heç kim görməyib. Hadisə baş verəndən sonra anam mənə zəng etdi. Mən gəlib təcili yardım çağırdım və atamı xəstəxanaya apararkən yolda öldü".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Ağabəyov 12 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1144 Tarix: 07 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏməliyyatı illərlə cərrah yox, xadimə edib - Özəl xəstəxanada QALMAQAL
Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən özəl xəstəxana ilə bağlı qalmaqallı iddia ortaya çıxıb. yerli mediaya istinadən xəbər verir ki, xəstəxanada təmizlik işçisi kimi çalışan şəxsin tibbi təhsili olmadığı halda əməliyyatlarda iştirak etdiyi və həkim, eləcə də əməliyyat tibb bacısı kimi xəstələr
22:30 1 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 158 Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
Biz dialoq və danışıqlar tərəfdarıyıq. APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümü münasibətilə keçirilən mərasimdə çıxışı zamanı İranı vurmaq planlarından danışarkən bildirib. O deyib ki, İranın Ali Rəhbəri "n
17:10 167 Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama
21:45 1 Gəncədə "Chevrolet" qəfil alışıb yandı
Gəncədə "Chevrolet" markalı avtomobil yanıb. -ın məlumatına görə, hadisə şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarından birinin yaxınlığında qeydə alınıb. Belə ki, vətəndaşa məxsus "Chevrolet" markalı avtomobil anidən alışıb. Nəticədə avtomobilin salonu və mühərrik hissəs
20:34 40 "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. Şou Prodakşının layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məlumat verib. C. Zamanlını
19:22 178 İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var
İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var
14:41 185 Aİ-nin 30 milyardlıq planı alınmadı: 16 ölkə qanunu pozdu
Bir sıra Avropa ölkələri 2025-ci ilin sonunadək süni intellektə nəzarət üzrə qurumlar yaratmağa müvəffəq olmayıb. Nəticədə, müvafiq qanunvericiliyin icrası ilə bağlı problemlər yaranıb. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Məlumata görə, Avropa İttifaqının (Aİ) 27 üzv dövlətində
21:00 1 Səslərini itirib səhnədən uzaqlaşan azərbaycanlı sənətçilər - Onların acı taleyi
Səsləri ilə milyonların qəlbini fəth edən, ifaları ilə Azərbaycan musiqi tarixində silinməz iz qoyan bəzi sənətçilərin yaradıcılıq yolu gözlənilmədən yarımçıq qalıb. Kimisi ağır xəstəlik, kimisi səs tellərində yaranan problemlər, kimisi isə həyatında üzləşdiyi çətinliklər səbəbindən əvvəlki kimi oxuma
1