Boğaz ağrısından belə qurtulun
Boğaz ağrısı xüsusən soyuq havalarda bir çox insanda müşahidə olunan ümumi problemidir. Şiddətli boğaz ağrıları ilə yanaşı, qıcıqlanma udma və yeməkdə gündəlik həyatda çətinlik yaradır.
BiG.AZ Axşam.az-a istinadən ev şəraitində tənəffüs yolunda yaranan ağrı və öskürəkdən qurtulmağınıza yardımçı olacaq vasitələri təqdim edir.
Heyva və limon:
Tərkibindəki C vitamini, mis, dəmir, kalium və maqnezium ilə boğaz infeksiyalarına qarşı qoruma təmin edən heyva antiseptik özəlliklərə sahib meyvədir. Limon güclü C vitamini mənbəyidir və eyni zamanda təbii antibiotikdir.
Dilimlənmiş heyvanın üzərinə limon sıxın, 1 çay qaşığı bal tökün və yüngülcə əzin. Hər səhər və ya axşam istehlak edin. Bu ikili sizi boğaz infeksiyalarından qoruyacaq və daha tez sağalmağınıza yardımçı olacaq.
Kərəviz:
Kərəviz çiy istehlak edildikdə boğaz ağrısını aradan qaldırmağa kömək edir. Bu tərəvəzi rəndələyib üzərinə limon sıxaraq istehlak edə bilərsiniz. Kərəvizdə bol miqdarda C vitamini, kalium, maqnezium, natrium və dəmir var. Bu tərəvəz demək olar ki, 75 faiz su və 25 faiz lifdən ibarətdir. Ondan müntəzəm istifadə boğaz xəstəliklərinə tutulma riskini azaldır.
Soğan suyu:
Təbii antibiotik olan soğan və sarımsağı qış aylarında daha çox istehlak etməyə çalışın. Soğanın tərkibində seliyin tənəffüs yollarından xaric olmasına imkan verən kükürd birləşmələri var. İki orta boy soğanın qabığını təmizləyin, yarıya bölün və bir gün suda saxlayın. Ertəsi gün həmin suyu için. Bu ağrıları və öskürəyi aradan qaldıracaq. Sarımsaq həm bişmiş, həm də çiy halda boğaz infeksiyalarına qarşı təsirlidir. Bu səbəbdən qışda bişirdiyiniz hər yeməyə əlavə edə bilərsiniz.
Bitki və tərəvəzlər:
Çobanyastığı, itburnu kimi bitki çaylarını istehlak etmək boğaz infeksiyalarına qarşı qoruyur.
Zəncəfil, zerdeçal və qara bibəri bal ilə qarışdırıb hər səhər 1 çay qaşığı qəbul etmək boğaz ağrılarını və infeksiyaları aradan qaldırmağa kömək edir. Zəncəfilin daha faydalı olması üçün təzə üyüdülmüş olduğundan əmin olun. Çayın ardınca su içməyin.
Qovrulmuş yaşıl və qırmızı bibərin üzərinə bir az su ilə qarışdırılmış sirkə töküb istehlak etmək sizi boğaz xəstəliklərindən qoruyacaq.
Boğaz ağrısını aradan qaldırmaq üçün bir neçə mixək çeynəmək də olar.
Hər növ infeksiyaya qarşı bol su içməyə çalışın.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQışda dəriyə qulluq zamanı edilən əsas səhvlər
İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd
28.10.2026 802 İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13.10.2026 816 Bir çox xəstəliyi müalicə edən MASAJ
Masaj xidməti bir çox xəstəlikləri sağaldır, masaj zamanı Təbii yağlardan istifadə olunur, sizin bədənizdə olan oynaq ağrıları, bel ağrıları, baş ağrılarını vaxtında götürür. Dünyada edilən masajların 90 %-i tibbi masajdır. Avropada və Şərqdə həkimlər masajı resept olaraq yazırlar. Masaj inteqtaiv bi
01.11.2026 965 Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11.10.2026 797 Kamran Musayev: Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur
Qafqazda ilk dəfə ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi tarixi uğurdur. "Report" xəbər verir ki, bunu Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Azərbaycanda və Cənubi Qafqazda ilk donor ürək transplantasiyasının həyata keçirilməsinin birinci ildönüm
31.10.2026 529 Alimlər orqanizmin hansı yaşda gücünü itirməyə başladığını müəyyənləşdirdi
Yaşlanma insanın fiziki qabiliyyətlərinə çoxlarının gözlədiyindən daha erkən təsir göstərməyə başlaya bilər. Alimlər müəyyən ediblər ki, yaş artdıqca fiziki göstəricilərin azalması sürətlənir. Bununla belə, yetkin yaşda idmanla məşğul olmağa başlamaq da fiziki göstəriciləri yaxşılaşdıra bilər. Qaynarinf
19.10.2026 1064 Üzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27.10.2026 838 Sosial şəbəkələrdən uzun müddət istifadə depressiyaya səbəb ola bilər
Sosial şəbəkələrdə gündəlik keçirilən vaxt böyüklər arasında depressiya barədə məlumat verilməsi ilə əlaqəli əsas amillərdən biri kimi müəyyən edilib. Bu əlaqə ABŞ-da 11 il ərzində aparılan sorğularda müşahidə olunub. Qaynarinfo xəbər verir ki, araşdırma Şimal-Qərb Universiteti və Sinsinnati Universitetini
02.11.2026 621 Su qan təzyiqini azaltmağa kömək edir - Gündəlik norma 6-8 stəkan
Gündəlik kifayət qədər su qəbul etmək arterial təzyiqin nəzarətdə saxlanmasına kömək edə bilər. Qaynarinfo xəbər verir ki, "Verywell Health" nəşrinin məlumatına görə, ekspertlər sağlam arterial təzyiq səviyyəsini qorumaq üçün nə qədər su içmək lazım olduğunu və hansı hallarda maye qəbulun
26.10.2026 860