Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın yeni konturlarını müəyyənləşdirən 20-yə yaxın sənəd imzalandı. Böyük və zəngin tarixə, ciddi resurslara malik olan, əhalisinin sayına görə Mərkəzi Asiyada birinci yerdə qrəarlaşan Özbəkistanla iqtisadi-siyasi, hərbi əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması mühüm tarixi əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycan və Özbəkistanın xarici siyasətinin strateji hədəflərinin yer alması hər iki ölkə üçün daha müstəqil və çevik imkanlar yaratmış olacaq.
Sənəddə dövlətlərin ərazi bütövlüyünün və müstəqilliyinin qarşılıqlı şəkildə dəstəklənməsinin ifadə olunması hazırki gərgin qlobal proseslər fonunda xüsusilə əhəmiyyətlidir.
Hazırda Azərbaycanda şaxələndirilmiş (neftdən asılılığı azaldan) iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlar atılır və belə bir situasiyada Özbəkistanla qarşılıqlı kənd təsərrüfatı, logistika, sənaye, investisiya layihələrinin icrası ölkəmizdə qeyri-neft sektorunun yeni mərhələyə qədəm qoymasında mühüm rol oynayacaq.
Sənəddə ən mühüm məsələlərdən biri hərbi-texniki, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın nəzərdə tutulmasıdır. Bu məsələnin "kənar təhdidlərin olduğu bir dövrdə" sənəddə yer alması bu sahədəki oraktiki addımları sürətləndirəcək. Nəzərə almaq lazımdır ki, 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk edən Özbəkistan bu qurumu yaradan ölkələrdən biridir. Daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən Özbəkistan üçün Azərbaycanın bütün sahələrdə, xüsusilə də hərbi istiqamətdə Qərbə inteqrasiyası açar rolunu oynayır. Azərbyacan ordusunun əlahiddə döyüş təcrübəsinin öyrənilməsi Özbəkistan üçün də cəzbedici olmaya bilməz.
Digər tərəfdən, Azərbaycan-Özbəkistan arasında siyasi Bəyannamənin imzalanması Türk Dövlətləri Şurasının möhkəmlənməsinə də öz pozitiv töhfəsini verəcək. 2019-cu il sentyabrın 4-də Türk Şurasına üzv olan Özbəkistanın Azərbaycanla ayrıca strateji tərəfdaşlıq qazanması rəsmi Bakının manevr imkanlarını da genişləndirmiş olacaq.
Diqqət ediriksə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin gələcək inkişaf prioritetlərinin reallaşdırılması yalnız Azərbaycan üzərindən mümkündür. Qərbin Azərbaycanı enerji sahəsində əsas alternativ ölkə kimi görməsi yaxın gələcəkdə Bakının Qərblə Şərq arasında əsas orbit olacağını göstəricilərindəndir. Prezident Şövkət Mirziyoyevin qeyd etdiyi kimi, hər iki ölkə arasında razılaşdırılan məsələlərin praktiki həlli Özbəkistan-Qırğızıstan-Çin və Termez-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yollarının tikintisi gələcəkdə Azərbaycanla Özbəkistanın Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərininbazarlarına ən qısa yolla çıxışı təmin etməyə imkan verəcək.
Dənizə birbaşa çıxışı olmayan Özbəkistanın Azərbaycanın müasir nəqliyyat şəbəkəsindən, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edərək, yük daşımalarını bundan sonra da artırmaq niyyəti ölkəmizin qarşılıqlı imkanlar qazanmasını təmin edəcək.
Samir Feyruzov – araşdırmaçı jurnalist
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 928 Tarix: 22 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKrit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı
Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil
20:15 73 İlham Əliyev Kamboca Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında
11:59 186 Ərdoğanın Azərbaycana səfəri: qardaşlığın, strateji tərəfdaşlığın və ortaq gələcəyə baxışın növbəti nümayişi
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki dövlət arasında formalaşmış diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və sarsılmaz qardaşlıq prinsiplərinə əsaslanan strateji müttəfiqlik modelidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və ik
11:56 182 Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı
18:30 154 "Ukraynanın coğrafiyası artıq dəyişib"
Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın ərazi görünüşünün dəyişdiyini bildirərək cəbhədəki reallıqların bunu təsdiqlədiyini deyib. "Qafqazinfo" xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukrayna ilə bağlı ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Birləşmiş Ərəb Əmirliklərini
16:50 177 Azərbaycanda məktəb direktoru vəfat etdi
Yardımlıda vəzifəli şəxs vəfat edib. xəbər verir ki, rayonun Bilnə kənd natamam orta məktəbinin direktoru Ələsgər Naib oğlu Əsgərov dünyasını dəyişib. Bakı Dövlət Universitetinin məzunu olan Ə.Əsgərov uzun illər həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb. Son illərdə isə təhsi
18:00 177 Almaniya prezidenti postunda qadın görmək istəyir
Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib
14:50 184 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin İzmir şəhərində baş verən partlayışla bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Qardaş Türkiyənin İzmir şəhərində fabrikdə baş vermiş partlayış nəticəsində insan tələfatı və xəsarət alanların olması xəbəri bizi dərində
20:23 40 Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Dövlət başçısı təbriklər
15:06 198